12 Dekabr 2024 09:40
186
SİYASƏT
A- A+
Ulu Öndər Böyük Zəfərin həmmüəllifidir

Ulu Öndər Böyük Zəfərin həmmüəllifidir


Ordu dövlətin dayağı, xalqın güvənc  və qürur mənbəyidir. Ordu həm də müstəqilliyin etibarlı təminatçısı və müdafiəçisidir. Dövlətin nüfuzu təkcə iqtisadi, siyasi və elmi potensialı ilə deyil, həm də onun malik olduğu ordusunun qüdrəti və gücü ilə ölçülür. Yaxın tariximizdən məlumdur ki, ölkəmizdə bu vacib sahə, ordu quruculuğu çox çətin, mürəkkəb mərhələlərdən keçib. Onun qurulması və formalaşması üçün uzun zaman sərf olunub. Sonda düşmən üzərində Zəfər qazanmağa qadir olan güclü və qüdrətli bir ordu yaradılıb.

Başqa sahələrlə yanaşı, Azərbaycanda ordu quruculuğu da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.  Xalqın təkidli tələbi ilə 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində uğurlara hesablanmış olduqca mühüm addımlar atıldı. Ümummilli Lider 1993-cü il noyabrın 2-də radio və televiziya ilə çıxış edərək ölkədə yaranmış vəziyyətlə bağlı Azərbaycan xalıqına tarixi müraciət etdi. Ürəyi Vətən eşqi ilə döyünən oğulları ordu sıralarına, yurdumuzun müdafiəsinə səslədi. Qısa müddət ərzində yüzlərlə, minlərlə vətənpərvər gənc könüllü olaraq ordu sıralarına axışdı. Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsinin davamına yalnız Heydər Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi cəbhə bölgələrinə səfərlərindən, zabit və əsgərlərlə görüşlərindən sonra son qoyuldu. Ulu Öndərin cəbhə xəttinə gəlişi, çıxışları, dəyərli və qiymətli sözləri hərbçilərin qələbə əzmini daha da artırdı, döyüş ruhunu yüksəltdi. Yenicə formalaşan Azərbaycan Ordusunun bölmələri bir sıra bölgələrdə uğurlu əməliyyatlar həyata keçirərək düşməni geri sıxışdırdılar. Erməni qəsbkarlarının tapdağında qalmış neçə-neçə yaşayış məntəqələri qəsbkarlardan azad olundu. 

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğunda çox nuhum islahatlar aparıldı, o cümlədən ixtisaslı kadrların hazırlanması məqsədilə hərbi təhsil sahəsində uğurlu addımlar atıldı. Göstərilən səylər hədər getmədi. Qısa müddət ərzində müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradıldı. Məhz Ulu Öndər Heydər Əliyevin Ali Baş Komandanlığı dövründə ordumuz hərb elminin prinsipləri əsasında  yenidən yaradıldı, yenidən quruldu. Getdikcə formalaşan, güclənən Azərbaycan Ordusu dövlət səviyyəsində hərtərəfli qayğı və yardımla əhatə olundu. Ulu Öndər həmişə çıxışlarında fərəhlə deyirdi: "…İndi bizim hərtərəfli təlim görmüş, yüksək döyüş hazırlığına malik güclü ordumuz var". Bu gün hər birimiz fəxrlə deyə bilərik ki, sıralarında Azərbaycan oğullarının xidmət etdiyi Silahlı Qüvvələr məhz Ümummilli Liderimiz Heydər Əliyev kimi dahi bir sərkərdənin ordusudur.

Ulu Öndər hakimiyyətdə olduğu dövrlərdə dəfələrlə irimiqyaslı təlimlərdə iştirak edərək ordumuzun zabit və əsgərlərinin döyüş vərdişlərinin artırılmasına xüsusi diqqət yetirirdi. Ali Baş Komandan Heydər Əliyev deyirdi: "Bizim ordumuz, Silahlı Qüvvələrimiz torpaqlarımıza hücum edənlərin qarşısını almağa hər an, hər saat hazır və layiqli cavab verməyə qadir olmalıdır". Məhz  onun atalıq qayğısından ruhlanan hərbi hissə komandirləri, təcrübəli zabitlər şəxsi heyətin döyüş ruhunu daha da yüksəltmək üçün səylə çalışırdılar. Dərs və məşğələlərin hər dəqiqəsindən səmərəli istifadə etməyə can atırdılar. Vətənin keşiyində ayıq-sayıq dayanan əsgərlər hazırlayırdılar.   

Ulu Öndər Heydər Əliyev ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlayır, Silahlı Qüvvələrimizin daha da güclənməsi üçün tədbirlər  görürdü. Ümummilli Lider 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I Forumundakı çıxışında ordu quruculuğundan bəhs edərək demişdir: "Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir".

Nadir şəxsiyyət, Ulu Öndər Heydər Əliyev dövlətimizin imicini beynəlxalq aləmdə daha da yuksəltdikdən sonra Silahlı Qüvvələrimizin də dünya ölkələrinin ordularına inteqrasiya etməsinə əlverişli şərait yarandı. Həyata keçirilən uğurlu və çevik islahatlar nəticəsində Azərbaycan Ordusunun beynəlxalq əlaqələri qısa vaxt ərzində daha da genişləndi və möhkəmləndi. Ümummilli Liderin təşəbbüsü ilə Silahlı Qüvvələrimizin tərkibində formalaşan sülhməramlı taborun şəxsi heyəti zaman-zaman Kosovoda, Əfqanıstanda və İraqda sülhün qorunmasında fəal iştirak etdi. Təbiidir ki, bütün bunlar ordumuzun beynəlxalq aləmdə artan nüfuzunun müsbət göstəricisi idi. 

Məhz buna görə də inamla deyə bilərik ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Liderin zaman-zaman Vətən, ordu və Qarabağ haqqında söylədiyi fikirlər addım-addım xalqımızı, ordumuzu şanlı qələbələrə, zəfərlərə doğru aparırdı. 

Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə əsası qoyulan ordu quruculuğu sahəsindəki islahatlar Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlət başçısının həyata keçirdiyi ordu quruculuğu sahəsindəki islahatlar qısa müddət ərzində Silahlı Qüvvələrimizin qüdrətini daha da artıraraq regionda ən güclü orduya çevirdi. Dövlət başçısının diqqət və qayğısı sayəsində bu gün ordumuz dünyanın güclü orduları sırasındadır. 

Getdikcə güclənən Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında 27 sentyabr 2020-ci ildə erməni işğalçılarının təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrini məğlub etdi. Ulu Öndərin bünövrəsini qoyduğu Azərbaycan Ordusu 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Azərbaycan Ordusunun zabit və əsgərləri döyüşlərdə böyük hünər və qəhrəmanlıqlar göstərərək xalqımıza Zəfər sevinci yaşatdılar. Uğurlu döyüşləri ilə Azərbaycan xalqının başını zirvələrə ucaltdılar.  30 ilə yaxın davam edən həsrətə, intizara son qoyuldu. Azərbaycan Ordusu qazandığı Zəfəri ilə tariximizə yeni səhifələr yazdı. Bu səhifələri tarixə əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu Azərbaycan Ordusu yazdı. Bu qüdrətli, güclü ordu 44 günlük Vətən müharibəsində düşmən üzərində böyük Zəfər qazandı. Qazanılan uğurlara, qələbələrə əsaslanıb deyə bilərik ki, erməni işğalçıları üzərində Zəfərimizin həmmüəllifi Ümummilli Lider Heydər Əliyevdir. Çünki məhz onun sevə-sevə əsasını qoyduğu və qurduğu Azərbaycan Ordusu zaman-zaman gücünü, qüdrətini artıraraq Zəfər ordusuna çevrildi. İkinci Qarabağ müharibəsində düşmənləri məhv edərək Qələbə qazandı, Qarabağı və ətraf rayonları erməni işğalçılarından azad etdi.

Döyüşlərdən zəfərlə çıxmış Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs  nəticəsində gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır. Bu gün ordumuz yenə də torpaqlarımızın keşiyindədir. Xalqımız isə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin həmmüəllifi olan Ulu Öndər Heydər Əliyevi daim böyük ehtiram və hörmətlə yad edir.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərb bölgəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad olunub

18:41
12 Dekabr

Naxçıvanda Ümummilli Liderin xatirəsinə ağacəkmə aksiyası keçirilib

18:39
12 Dekabr

Kişineuda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb

18:13
12 Dekabr

DSX-nin Aparatında Ulu Öndərin xatirəsi anılıb

17:56
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:55
12 Dekabr

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

17:54
12 Dekabr

Sumqayıtlılar Ulu Öndərin abidəsini ziyarət ediblər

17:53
12 Dekabr

Vüqar Qurbanov: Hədəfimiz çox qısa müddətdə ölkə üzrə xəstəxanalarda onlayn növbənin tətbiq olunmasıdır  

17:51
12 Dekabr

Hava şəraiti kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək

17:47
12 Dekabr

Masallı Sənaye Məhəlləsində istehsal 15 faizə yaxın artıb

17:29
12 Dekabr

Yeni Azərbaycan Partiyasının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

17:21
12 Dekabr

Baş nazir Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib YENİLƏNİB

17:11
12 Dekabr

Çimərlik voleybolu üzrə “Qış kuboku” təşkil olunacaq

17:01
12 Dekabr

Yaponiyalı məşhur karate ustası Bakıda

16:59
12 Dekabr

Suriyada Hafiz Əsədin məzarı yandırılıb

16:41
12 Dekabr

Yaponiya 2024-cü ilin heroqlifini seçib

16:33
12 Dekabr

“WhatsApp” yeni funksiyasını sınayır  

16:21
12 Dekabr

Dövlət Xidmətinin hərbi qulluqçuları Ulu Öndərin xatirəsini anıblar

16:00
12 Dekabr

Hava çirkliliyi depressiya riskini artırır

15:54
12 Dekabr

Bayden 39 nəfəri əfv edib

15:53
12 Dekabr

Rumıniya və Bolqarıstan Şengenə tam üzv olurlar

15:52
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!