07 İyul 2026 02:41
1059
Fərmanlar
A- A+
"Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 422-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 422-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 422-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13.6-2-ci maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 13.6-2-ci maddəsinin birinci (birinci halda) və üçüncü cümlələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Qanunun 13.6-2-ci maddəsinin birinci cümləsində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Rəqəmsal ekologiya" informasiya sistemi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsində nəzərdə tutulan qərarın qəbul edilməsi prosesinin sadələşdirilməsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Rəqəmsal ekologiya" informasiya sistemi üzərindən elektron formada həyata keçirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının2026-cı il 12 iyun tarixli 422-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 640 (Cild I) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1-ci bəndə "Qanununun" sözündən sonra "13.6-2-ci maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrində," sözləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 3.2-1-ci və 3.2-2-ci bəndlər əlavə edilsin:

"3.2-1. həmin Qanunun 13.6-2-ci maddəsinin birinci (birinci halda) və üçüncü cümlələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

3.2-2. həmin Qanunun 13.6-2-ci maddəsinin birinci cümləsində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Rəqəmsal ekologiya" informasiya sistemi nəzərdə tutulur;".

4. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 282 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 1, maddə 22; 2026, № 4, maddə 313) ilə təsdiq edilmiş "Rəqəmsal ekologiya" informasiya sistemi haqqında Əsasnamə"nin 3.3.2-ci yarımbəndinə "olunması," sözündən sonra "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13.6-2-ci maddəsinə uyğun olaraq barəsində məlumatlandırma icraatı tətbiq edilən kollar üzrə həmin maddədə nəzərdə tutulmuş məlumatların təqdim edilməsi," sözləri əlavə edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 6  iyul 2026-cı il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Xidmətinin rəisi Goranboyda vətəndaşların müraciətlərini dinləyib

17:00
29 İyul

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

16:55
29 İyul

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında növbəti görüş keçirilib

16:54
29 İyul

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ  

16:50
29 İyul

Ağdamda yanğın genişlənib 

16:42
29 İyul

Azərbaycan Qazaxıstanla tərəfdaşlığın prioritet inkişaf istiqamətlərini nəzərdən keçirib

16:35
29 İyul

AMEA ilə ICESCO-nun Bakı ofisi arasında anlaşma memorandumu hazırlanacaq

16:28
29 İyul

Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

16:23
29 İyul

Konqoda “Ebola” virusundan ölənlərin sayı 1487-yə çatıb

16:21
29 İyul

Dünya bazarında neft qiymətlərinin artım tendensiyası davam edir

16:14
29 İyul

Kiprdəki bufer zonasında BMT Baş katibinin sədrliyi ilə üçtərəfli görüş keçirilib

16:07
29 İyul

Deputat: Orta Dəhliz qlobal ticarətin təhlükəsiz inkişafına xidmət edən strateji platformadır

16:00
29 İyul

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

15:55
29 İyul

Azərbaycan ficital-idman üzrə Astanada keçirilən beynəlxalq sammitdə təmsil olunur

15:49
29 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:42
29 İyul

Fransada azyaşlılara qarşı törədilən zorakılıq cinayətləri ilə bağlı həbs olunanların sayı artıb

15:35
29 İyul

Türk ekspert: Orta Dəhliz regional turizmin inkişafına yeni imkanlar yaradır

15:28
29 İyul

Altı ayda Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 18 faizdən çox artıb

15:21
29 İyul

Xidmət rəisi: Süni intellekt alətlərinin fəaliyyətimizdə geniş tətbiqi təbii prosesə çevriləcək

15:14
29 İyul

Deputat: Azərbaycan regionlararası mühüm tranzit körpüyə çevrilib

15:07
29 İyul

Vergi Məcəlləsinə dəyişiklik sahibkarların maliyyə imkanlarını genişləndirəcək

15:00
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!