22 Noyabr 2024 16:39
141
SİYASƏT
A- A+
YAP Sədrinin müavini ICAPP-ın 12-ci Baş Assambleyasında iştirak edib  

YAP Sədrinin müavini ICAPP-ın 12-ci Baş Assambleyasında iştirak edib  

Noyabrın 22-də Kamboca Xalq Partiyasının (KXP) ev sahibliyi ilə bu ölkənin Pnompen şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 12-ci Baş Assambleyasının açılış mərasimi olub. “Sülh və barışıq axtarışı” mövzusunda keçirilən və 28 ölkədən 49 siyasi partiyanın qatıldığı 12-ci Baş Assambleyada Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da iştirak edib.

YAP-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Kamboca Xalq Partiyasının Prezidenti, ICAPP-ın 12-ci Baş Assambleyasının fəxri prezidenti Hun Sen ilə nəzakət görüşü keçirilib.

ICAPP Daimi Komitəsi sədrinin müavini, KXP Xarici əlaqələr komissiyası sədrinin birinci müavini və Kamboca Krallığı Milli Assambleyasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və informasiya komitəsinin sədri Suos Yara, ICAPP Daimi Komitəsinin sədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri Çunq Eu-yonq, ICAPP-ın baş katibi Kvon He-seoq, ICAPP Daimi Komitəsinin həmsədri Müşahid Hüseyn Səid, Kamboca Krallığının baş naziri, Kamboca Xalq Partiyasının vitse-prezidenti və ICAPP-ın 12-ci Baş Assambleyasının prezidenti Hun Manet açılış nitqləri ilə çıxış ediblər. Çıxışlarda dünyada artan münaqişələrə, iqlim dəyişikliklərinə, sosial-iqtisadi ədalətsizliklərə və geosiyasi təhdidlərə qarşı mübarizədə siyasi partiyaların rolu və əməkdaşlığının əhəmiyyətindən bəhs olunub.

Ev sahibinin xüsusi qonaqlarının təbrik çıxışlarından öncə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti oxuyub.

Sonra xüsusi qonaqlar qismində Laos Xalq Demokratik Respublikasının vitse-prezidenti xanım Pani Yatotou, Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının Prezidenti cənab Tran Tan Man, Mərkəzçi Demokratlar İnternasionalı (CDI) Prezidenti, Kolumbiyanın sabiq prezidenti cənab Andres Pastrana Aranqo, Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin müavini cənab Zəfər Sırakaya çıxış ediblər.


Açılış mərasimi Kamboca Xalq Partiyasının sədri, Baş Assambleyanın fəxri prezidenti Hun Senin xüsusi müraciəti ilə yekunlaşıb.

Daha sonra birinci plenar sessiyada çıxış edən Tahir Budaqov qeyd edib ki, plenar sessiya nəinki burada təmsil olunan üzv ölkələr, eləcə də bəşəriyyət üçün olduqca aktual və taleyüklü bir məsələyə həsr olunub. Qeyd edilib ki, yeni çağırışlarla qarşı-qarşıya olduğumuz belə bir mürəkkəb şəraitdə sülh və barışıq axtarışı mütləq zərurətə çevrilib. Daim sülh, sabitlik və qarşılıqlı anlaşma tərəfdarı olan, ölkələrin milli maraqlarına hörmətlə yanaşmaq prinsipini dəstəkləyən Azərbaycan öz daxili və xarici siyasətində bu dəyərlərə sadiqliyini nümayiş etdirir.

T.Budaqov vurğulayıb ki, bu gün Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Onun sözlərinə görə, tolerantlıq ənənəsini və multikultural dəyərləri qoruyub yaşadan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir. Azərbaycan Avrasiyanın mühüm geostrateji bölgəsindən olan Cənubi Qafqazın lider ölkəsi kimi regional sabitlik və əməkdaşlığa da olduqca mühüm töhfələr verir. İşğal faktına son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan bölgədə sülh və etimad quruculuğunu daim diqqət mərkəzində saxlayaraq, yeni işbirliyi platforması və etibarlı təhlükəsizlik mühitinin təşəkkülü üçün önəmli təşəbbüslərlə çıxış edir.

YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Azərbaycanın yaratdığı reallıqlar əsasında Cənubi Qafqazda sülh gündəliyi müəyyənləşib. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların bərpası bu gündəliyin mühüm tərkib hissəsi kimi beynəlxalq ictimaiyyətin diqqətindədir.

Sülh və barışığın Cənubi Qafqazda yeni nizam və geosiyasi konfiqurasiyanın formalaşması baxımından olduqca əhəmiyyətli olduğunu bildirən Tahir Budaqov bunun həm bölgə xalqları və dövlətləri, həm də yeni reallıqlar fonunda tərəfdaşlıqda maraqlı olan ölkələr üçün tarixi şans və strateji fürsət olmaqla bərabər, rifah, inkişaf və parlaq perspektivlər vəd etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, sülh və barışıq üçün birgə müzakirələrə və dialoqa ehtiyac duyulduğu indiki şəraitdə siyasi partiyaların da üzərinə böyük məsuliyyət və önəmli vəzifələr düşür.

“Asiyanın 350-dən artıq siyasi partiyasını öz sıralarında birləşdirən ICAPP bu kontekstdə faydalı fikir və təcrübə mübadiləsi üçün olduqca əhəmiyyətli platformadır. Hazırda 700 mindən artıq üzvü olan hakim YAP partiyalararası əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlamaqla dost ölkələrin siyasi partiyaları ilə işbirliyinin genişləndirilməsi, o cümlədən sülh və barışığa xidmət edən ideyaların təşviqi üçün məqsədyönlü fəaliyyət göstərir”, - deyə Tahir Budaqov əlavə edib.

Sonra ICAPP-ın 12-ci Baş Assambleyası işini ikinci və üçüncü plenar sessiyalarla davam etdirib.

Həmin gün Asiya, Afrika, Latın Amerikası və Karib dənizi, həmçinin Avropa siyasi partiyaları arasında “Siyasi partiyaların sülh və barışıq qurulmasında rolu” mövzusunda dəyirmi masa da keçirilib. Dəyirmi masada irqçilik, ksenofobiya, dini və mədəni dözümsüzlüyün rədd edilməsi və mədəniyyətlərarası dialoqun təşviqi məsələləri müzakirə olunub.

Baş Assambleya çərçivəsində ICAPP ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament ilə ASEAN Parlamentlərarası Assambleyası arasında anlaşma memorandumları imzalanıb.

Sonda Kamboca Xalq Partiyasının Prezidenti və ICAPP-ın 12-ci Baş Assambleyasının fəxri prezidenti Hun Sen adından rəsmi ziyafət verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Koreyalı nümayəndə: COP29-dan gözləntilərim, demək olar ki, özünü doğruldub

20:21
22 Noyabr

“Afrika danışıqlar qrupu ixracat dəstəyi” şirkətinin təmsilçisi: COP29-da təşkilatçılıq yüksək səviyyədədir  

20:17
22 Noyabr

“Hitaçi” şirkətinin nümayəndəsi: COP29-da öz texnologiyalarımızı nümayiş etdirmək şərəfdir

20:11
22 Noyabr

Avstriyada bir fəhlə 30 kq qızıl sikkə tapıb  

20:09
22 Noyabr

Rusların ev almağa maraq göstərdiyi beş ölkənin adı açıqlanıb  

19:40
22 Noyabr

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

19:33
22 Noyabr

ESA 74 milyon kilometr məsafədən Günəşin fotoşəkillərini çəkib

19:29
22 Noyabr

Milli Məclisin sədri MDB PA-nın 57-ci iclasında COP29 haqqında məlumat verib

19:26
22 Noyabr

COP29 Sədrliyi bəyanat yayıb

19:24
22 Noyabr

Dünyanın ən bahalı zibil torbası  

19:07
22 Noyabr

Misirli qonaq: COP29-un əsas mövzusu maliyyə olduğu üçün danışıqlar məni daha çox maraqlandırır  

18:33
22 Noyabr

Günəşin ən detallı görüntüləri təqdim edilib

18:21
22 Noyabr

İsveç uzaqmənzilli raket istehsalı üçün Kiyevə 2,25 milyard dollar ayıracaq  

18:13
22 Noyabr

Fransada nəqliyyat problemləri davam edir  

17:57
22 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb  

17:49
22 Noyabr

Monqolustanlı bank sədri: Mən buradakı pavilyonların müxtəlifliyinə, bolluğuna və rəngarəngliyinə heyranam  

17:44
22 Noyabr

V. Orban növbəti iki ayı dünya üçün ən təhlükəli dövr adlandırıb  

17:39
22 Noyabr

Pakistanda avtomobil karvanına silahlı hücum nəticəsində ölənlərin sayı 42-yə çatıb  

17:29
22 Noyabr

Türkiyənin Millətlər Liqasındakı rəqibi Macarıstan oldu  

17:21
22 Noyabr

Azərbaycan Prezidenti: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq  

17:16
22 Noyabr

UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb  

17:10
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!