22 Noyabr 2024 08:35
182
SİYASƏT
A- A+
"Bakıda unikal fürsət"

"Bakıda unikal fürsət"


Bakıda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatmaq üzrədir. Nüfuzlu tədbirə növbəti dəfə evsahibliyi etməklə Azərbaycan yenə nümunə yaratdı. Dünyanın aparıcı qəzet, televiziya və KİV-inin əsas xəbər başlıqlarını COP29-la bağlı ən son məlumatlar bəzəyir. Bəzi televiziyalar və agentliklər Bakıdan canlı bağlantı qururlar.

İtaliya mətbuatı Bakının evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) geniş işıqlandırmaqda davam edir. "Rai", "Adnkronos", "il Messaggero", ANSA, "La Stampa", AGI, "Domani", "Aska News", "il Fatto Quotidiano", "il Denaro", "Corila", "Qui Finanza" və digər nəşrlərdə yayımlanan materiallarda COP29-un iqlim maliyyəsi üzrə yekun sənədinin əhəmiyyətindən bəhs olunur. Bildirilir ki, sənəd həm inkişaf etməkdə olan, həm də digər ölkələrin mövqeyini əks etdirir, həmçinin iqlim maliyyələşdirilməsinə trilyonlarla dolların ayrılmasından bəhs edir. Vurğulanır ki, COP29 çərçivəsində 25 ölkə kömürlə işləyən elektrik stansiyalarında istehsalı dayandırmağı öhdəsinə götürüb. Eyni zamanda Avropanın COP29-da zəif iştirak etməklə iqlim üzrə liderlik fürsətini əldən verdiyi bildirilir.

Yazılarda İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratinin COP29 çərçivəsində plenar sessiyalarda çıxış etdiyi, müzakirələr apardığı qeyd olunur. Bildirilir ki, nazir COP29-dakı İtaliya pavilyonunda konkret qlobal uyğunlaşma fəaliyyətlərini, investisiyaları və əməkdaşlığı stimullaşdırmaq üçün ölkəsinin G7-yə sədrliyi çərçivəsində irəli sürülən təşəbbüs - G7 Adaptasiya Sürətləndirici Mərkəzinin açılışını edib. Bundan başqa, COP29-da Venesiyanın iqlim dəyişikliyinə uyğunlaşma və şəhər davamlılığının nümayiş etdirildiyi də qeyd olunur.

Müqəddəs Taxt-Tacın "Vatican News" portalı da Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) yazıb. "Bakıda COP29-da yüksək dialoq: Yerin ekosistemi getdikcə daha çox risk altındadır" adlı məqalədə Azərbaycan paytaxtının ən mühüm iqlim sammitinə evsahibliyi etdiyi vurğulanır. Diqqətə çatdırılır ki, Birləşmiş Millətlər Təşkilatının üzv ölkələrindən olan nümayəndələr çətin vəzifə - iqlim böhranı ilə mübarizə aparmağın yollarını müzakirə etmək məqsədilə Bakıya toplaşıblar.

Yazıda qeyd olunur ki, COP29 dünyanın zənginləri və kasıbları arasında çox çətin dialoqu həll etməyə çalışır. Sammitdə misli görünməmiş iqlim böhranı ilə mübarizə üçün əsas ilkin şərtin yaradılması yolları axtarılır. Əlli mindən çox nümayəndə yoxsul ölkələrin davamlı inkişafını təmin etmək üçün zəruri olan çox təcili sərmayələri müəyyənləşdirmək üçün müzakirələr aparır.

Vurğulanır ki, onsuz da "dağılmaq" astanasında olan Yer ekosistemi görünməmiş sayda ekoloji qurban və düzəlməz iqtisadi ziyan vurmaq riski daşıyır.

Meksikanın "Kanyon" radiosunda isə Azərbaycanın COP29-a sədrliyi zamanı əldə etdiyi nailiyyətlərdən danışılıb. Reportajda ölkəmizin ekoloji problemlərin həllinə hərtərəfli və dəstəkləyici yanaşmaya sadiqliyi, eləcə də COP29-a sədrliyin əsas məqsədinin iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi təşviq etmək olduğu vurğulanıb. Tədbirin ilk günündə Paris Sazişinin 6.4-cü maddəsi ilə bağlı artıq müsbət nəticələr əldə olunduğu qeyd edilərək, bunun iqlim dəyişikliyi ilə mübarizə üçün nəzərəçarpacaq nəticələr verən səmərəli mexanizmlər hazırlamağa imkan verəcəyi bildirilib. Eyni zamanda Bakıda keçirilən COP29 çərçivəsində indiyədək bir sıra mühüm saziş və əməkdaşlıqların, o cümlədən "Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalandığı, bunun üç ölkənin əməkdaşlığında yeni mərhələ olduğu da qeyd edilib. 

Reportajda ilk dəfə olaraq Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) sammitinin keçirildiyi qeyd olunub, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin səsinin qlobal arenada eşidilməsi və onların təcrübəsinin öyrənilməsinin, eləcə də ən çox bu ölkələrə təsir edən iqlim dəyişikliyi kimi qlobal problemlərə inklüziv həll yollarının axtarışının vacibliyi vurğulanıb.

Hazırda beynəlxalq siyasətdə davam edən və kiçik ada dövlətlərinin iqlim dəyişikliyi ilə mübarizədə özlərinin qərar verməsinə mane olan neokolonializm təzahürləri ilə bağlı narahatlıq da ifadə edilib. Reportaj həmçinin Meksikanın "Miled" və "ADRNetwork" radio kanallarında efirə gedib.

Türkiyənin "Milliyet" qəzeti oxucularına ölkənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlunun Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı ilə bağlı məlumat verib. Nəşr şəhər nəqliyyatı sahəsində aparılan çoxsaylı islahatlara diqqət ayırıb. Bu islahatlar barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri iqlim sammitinin iştirakçılarına məlumat verib. Nazirin sözlərinə görə, Türkiyənin hakimiyyət orqanları təkcə şəhər mühitində istixana qazları tullantılarını minimuma endirməyə deyil, həm də vətəndaşların həyat keyfiyyətini maksimum dərəcədə artırmağa çalışır. Məqalədə Türkiyədə elektrikli avtobus parkının artırılmasına da diqqət yetirilib.

Nəşrdə həmçinin Türkiyədə elektromobil bazarının stimullaşdırılması və dövlət dəstəyi siyasətindən bəhs edilir, yerli "TOGG" elektromobilinin istehsalının yaradılması isə nümunə gətirilir. İstixana emissiyalarının azaldılması üzrə yol xəritəsinə uyğun olaraq, Türkiyədə qaçış və velosiped yollarının sayının artırılması planlaşdırılır. Elektrikli velosipedlərin təmiri üçün parklar yaradılır ki, bu da ölkədə sağlam həyat tərzinin populyarlaşmasına kömək edir.

Türkiyənin "Haber Global" telekanalı  Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırladığı növbəti süjetində göstərib ki, maliyyələşdirmə müqaviləsinin mətni hazırlanır. Bildirilib ki, COP29-un əsas mövzularından biri iqlim maliyyələşdirilməsi ilə bağlıdır: "Həmçinin iqlim dəyişikliklərinə adaptasiya məsələsi də gündəmdədir. COP29-un baş danışıqçısı Yalçın Rəfiyev hazırlanan mətnin qısa və konkret olacağını bildirib. Bu, COP29 mətnini əvvəlki COP mətnlərindən fərqləndirən əsas xüsusiyyət olacaq".

Eyni zamanda qeyd olunub ki, COP29-un sonuncu günündə əsas diqqət sözügedən mətnin hazırlanmasına yönələcək: "Bu günün gündəmində isə nəqliyyat, turizm kimi məsələlər var. Sabah isə gender bərabərliyi, təbiət və biomüxtəliflik kimi məsələlər müzakirə olunacaq. COP29 çərçivəsində hər bir ölkə bu məsələlərlə bağlı öz layihəsini təqdim edir".

Rusiyanın "1news" nəşrinin yaydığı məqalədə qeyd olunur ki, noyabrın 11-də Bakıda başlayan COP29 tədbiri Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir: "Planetimizin gələcəyi Azərbaycanda müzakirə edilir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana ehtiramın və dəstəyin göstəricisidir. 

Jurnalist Həsən əl-Yusifi əl-Məğari "əl-Elami" nəşrindəki COP29 haqqındakı yazısında nəzərə çatdırıb ki, medianı ekoloji hədəflərin həyata keçirilməsi işinə daha yaxından cəlb etmək lazımdır. Vurğulanıb ki, informasiyaların daha geniş izləyici kütləsinə çatmasında onun imkanlarından istifadə etmək olar. 

"Ənfas press" nəşri isə Mərakeşin "Tansift" inkişaf mərkəzinin rəhbəri doktor Əhməd əş-Şəhbuninin iqlim maliyyələşməsi mövzusuna həsr olunmuş seminardakı çıxışı barədə yazıb. Nəşrin məlumatına görə, əş-Şəhbuni bildirib ki, iqlim maliyyələşməsi iqlim dəyişikliyinə qarşı mübarizədə mühümdür. Həmçinin qeyd edib ki, özəl və dövlət investisiyaları istixana qazlarının azaldılmasına töhfə verəcək layihələrə yönəldilməlidir.

"Kuwaittimes" qəzeti yazıb ki, COP29-un  müəyyən olunmuş prezidenti Muxtar Babayev ambisiyaları artırmaq, 1,5 dərəcə hədəfinə nail olmaq və iqlim dəyişmələrinə qarşı fəaliyyətə imkan yaratmaq üçün konfransın aydın baxışa malik olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Küveytin kritik iqlim problemlərinin həllində səyləri yüksək qiymətləndirilib. Qeyd olunub ki, Azərbaycan noyabrın 23-dək davam edəcək COP29 konfransına evsahibliyi edir və burada əsas prioritet iqlimin maliyyələşdirilməsi üçün yeni hədəfin razılaşdırılmasıdır.

"Arabtimes" qəzetində isə qeyd edilib ki, COP29 iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş siyasətlərin müzakirəsi və həyata keçirilməsi üçün əvəzsiz platformadır. Dünyanı birləşdirən Azərbaycanda konfransın iştirakçıları iki həftə ərzində qlobal dekarbonizasiya hədəfi üçün yeni maliyyə resursları barədə müzakirələr apardılar. COP29-un əsas məqsədləri sırasında istixana qazlarının emissiyalarının azaldılması, qlobal istiləşmənin dramatik təsirlərinə uyğunlaşmaqda ən həssas ölkələrə dəstək olmaq üçün yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması var. Konfrans bir çox bölgədə təbii fəlakətlərə təkan verən qlobal temperaturun həyəcanverici artımına cavab vermək üçün unikal fürsət kimi qiymətləndirilib.

Gürcüstanın "Gaxa.ge" informasiya portalının yaydığı materialda deyilir ki, dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında 11-ci gün geridə qalıb. Noyabrın 23-dək Bakı Olimpiya Stadionunda davam edəcək COP29 Azərbaycanın indiyə qədər təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur. Materiallarda COP29-dan əsas gözləntinin iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarət olduğu qeyd edilir.


Hazırladı:

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada nəqliyyat problemləri davam edir  

17:57
22 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb  

17:49
22 Noyabr

Monqolustanlı bank sədri: Mən buradakı pavilyonların müxtəlifliyinə, bolluğuna və rəngarəngliyinə heyranam  

17:44
22 Noyabr

V. Orban növbəti iki ayı dünya üçün ən təhlükəli dövr adlandırıb  

17:39
22 Noyabr

Pakistanda avtomobil karvanına silahlı hücum nəticəsində ölənlərin sayı 42-yə çatıb  

17:29
22 Noyabr

Türkiyənin Millətlər Liqasındakı rəqibi Macarıstan oldu  

17:21
22 Noyabr

Azərbaycan Prezidenti: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq  

17:16
22 Noyabr

UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb  

17:10
22 Noyabr

Tələbə tərəfindən hazırlanan raket 20 illik rekordu qırıb

17:03
22 Noyabr

Yaponiya hökuməti 141,7 milyard dollar dəyərində iqtisadi stimullaşdırmanı təsdiqləyib  

17:03
22 Noyabr

Prezident İlham Əliyev: ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib  

16:47
22 Noyabr

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılacaq  

16:44
22 Noyabr

Qazaxın 4 kəndində sərhəd xidmətinin yeni bölmələri yaradılacaq  

16:43
22 Noyabr

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına  

16:41
22 Noyabr

Xarici təşkilatın təmsilçisi: COP29-da maliyyə razılaşmalarının həll olunmasını gözləyirəm  

16:40
22 Noyabr

YAP Sədrinin müavini ICAPP-ın 12-ci Baş Assambleyasında iştirak edib  

16:39
22 Noyabr

Türkiyədə Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib  

16:05
22 Noyabr

Çinli müşahidəçi: COP29-da bəzi liderlər “ağıllı şəhər” layihələrindən danışdılar, bu, yaxşı fikirdir  

16:00
22 Noyabr

Azərbaycan və Ukrayna ekologiya sahəsində əməkdaşlığı dərinləşdirir

15:59
22 Noyabr

COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində beynəlxalq elmi konfrans keçirilib  

15:58
22 Noyabr

Annalena Berbok: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə və mitiqasiya əsas rol oynayır  

15:57
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!