12 May 2026 19:48
396
SİYASƏT
A- A+
YAP nümayəndə heyəti Çində səfərdədir

YAP nümayəndə heyəti Çində səfərdədir


Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, partiyanın Veteranlar Şurasının üzvü, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdiri Hülya Məmmədli, İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovdan ibarət nümayəndə heyəti Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Çin Xalq Respublikasına səfər edib.

YAP-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində mayın 12-də nümayəndə heyətinin Ümum-Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini Çjen Tszyanban ilə görüşü keçirilib.

Görüşdə Azərbaycan-Çin münasibətlərinin tarixi ənənələrə, möhkəm dostluğa, qarşılıqlı etimada və hərtərəfli strateji tərəfdaşlığa əsaslandığı vurğulanıb.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin dövlətlərarası münasibətlərin inkişafına xüsusi önəm verdikləri bildirilib.

Prezident İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə rəsmi dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dan irəli gələrək fəal siyasi dialoq şəraitində müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, nəqliyyat-logistika, turizm, yaşıl enerji, rəqəmsal texnologiyalar və digər sahələrdə mövcud potensialdan səmərəli istifadənin diqqət mərkəzində saxlanıldığı və çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi üçün ardıcıl fəaliyyətin həyata keçirildiyi qeyd olunub.

Qlobal kataklizmlərlə müşayiət olunan geosiyasi transformasiya şəraitində Azərbaycan ilə Çinin beynəlxalq hüququn normalarına və milli maraqlara hörmət prinsiplərinə əsaslanaraq bəşəriyyətin sağlam gələcəyi naminə sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın təşviqi istiqamətində konstruktiv siyasət yürütməsinin önəmi vurğulanıb.

Tahir Budaqov Azərbaycanın Vahid Çin prinsipini birmənalı şəkildə dəstəklədiyini bildirib.

Çjen Tszyanban isə Çinin ölkəmizin haqlı və ədalətli mövqeyini müdafiə etdiyini, o cümlədən ərazi bütövlüyü və suverenliyinə qətiyyətli dəstək göstərdiyini vurğulayıb.

Hər iki ölkənin mühüm qlobal təşəbbüslərlə çıxış etdiyi qeyd olunaraq “Bir kəmər, bir yol” layihəsinin və Zəngəzur dəhlizinin geostrateji əhəmiyyəti diqqətə çatdırılıb.

Mayın 17-də paytaxt Bakıda öz işinə başlayacaq və Çin nümayəndə heyətinin də təmsil olunacağı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasının beynəlxalq müstəvidə şəhərsalma prosesində önəmli rol oynayacağına inam ifadə olunub.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müasir şəhərsalma konsepsiyaları əsasında genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı və Çin şirkətlərinin də innovativ texnologiyalardan istifadə etməklə bu prosesə mühüm töhfələr verə biləcəyi qeyd olunub.

Azərbaycan-Çin əlaqələrinin vacib tərkib hissəsi olaraq YAP ilə ÇKP arasında işbirliyinin, həmçinin qanunverici orqanlarda dostluq qruplarının səmərəli fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

2024-cü il noyabrın 13-də hakim partiyalar arasında imzalanmış Əməkdaşlıq Memorandumundan irəli gələrək müştərək hədəflərin gerçəkləşdirilməsi üçün məqsədyönlü tədbirlərin uğurla davam etdirildiyi bildirilib və bu xüsusda qarşılıqlı maraq doğuran digər məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin Pekin Partiya Məktəbinə, Mərkəzi Partiya Məktəbinin Tarix muzeyinə və “Xiaomi” şirkətinin avtomobil superzavoduna ekskursiyası da təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal siyasətdə yeni nizamsızlıq

18:07
13 May

PAŞA Bank kiçik və orta biznes üçün yeni kampaniyaya start verib

17:59
13 May

Naxçıvanda sənaye istehsalı 13,9 faiz artıb

17:53
13 May

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

17:43
13 May

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

Xankəndinin “gənclər şəhəri” kimi inkişafı planlaşdırılır

16:00
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!