28 Iyul 2024 04:00
102
Mədəniyyət
A- A+

Xəzərin sahilində "Dream Fest - 2024" festivalı davam edir

 

Bakıda, "Sea Breeze" istirahət mərkəzində "Dream Fest - 2024" Beynəlxalq Musiqi Festivalı davam edir.

İyulun 28-də yekunlaşacaq festivalda əksəriyyəti postsovet məkanından, eləcə də Türkiyə, Böyük Britaniya, Kanada və digər ölkələrdən 100-dən çox musiqiçinin çıxışı maraqla izlənilir.

Onların arasında Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Jony (Cahid Hüseynli), həmçinin Xalq artistləri Aygün Kazımova, Emin, isveçli müğənni Bosson, rusiyalı sənətçi Ani Lorak, azərbaycanəsilli Qazaxıstan müğənnisi Jah Khalib (Bəxtiyar Hüseynov), Mot (Matvey Melnikov) və başqaları var. MDB ölkələri arasında "Ən yaxşı remiks" nominasiyası üzrə "Qremmi" mükafatını alan ilk musiqiçi qazax İmanbek Zeikenov (DJ İmanbek) da festivalın iştirakçısıdır.

Artıq neçə gündür ki, "Sea Breeze" istirahət mərkəzində bir neçə nəsil musiqiçilər populyar mahnılarla mavi Xəzəri salamlayır. Festival tamaşaçılarının rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobuslar da ayrılıb. Festival məkanına avtobuslar hər gün saat 16:00-dan 20:00-a qədər "Koroğlu" metro stansiyasının cənub çıxışındakı nəqliyyat mübadilə məntəqəsindən yola düşür.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video