28 Iyul 2024 04:17
93
CƏMİYYƏT
A- A+

Abşeronda şəhid ailələri ilə görüşlər baş tutub

 

Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib. 
AZƏRTAC xəbər verir ki, görüşlərdə iştirak edən icra hakimiyyətin başçısı Abdin Fərzəliyev bildirib ki, Abşeron rayonunda da şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir. Hazırda rayon ərazisində 210-dan çox şəhid ailəsinin, o cümlədən 132 şəhid övladının yaşadığı qeyd edilərək onların hər birinə qayğı ilə yanaşıldığı və bu diqqətin daimi olacağı qeyd olunub.
Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan leytenant, hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli, şəhid İsmayıl Qəsəbov, şəhid gizir Vidadi Zalov, anti-terror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan Qiyas Manafov, şəhid kapitan Nurlan Mustafayev, şəhid Nurlan Ağakişiyev doğum günlərində şəhid ailələrilə birgə yad edilib, şəhidlərin məzarları ziyarət edilib, qəhrəmanlarımızın xatirəsi dərin ehtiramla yad olunub, ruhlarına dualar oxunub. Şəhidlərimizin keçdiyi döyüş yollarından və göstərdikləri şücaətlərdən danışılıb, onlarla bağlı xatirələr bölüşülüb.
Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medallarına layiq görülən şəhid baş leytenant İlqar Vəliyevin oğlu Vəli Vəlizadənin həqiqi hərbi xidmətə yola salınma mərasimi keçirilib. Vəli Vəlizadə də şəhid atasının iftixarlı hərb yolunu davam etdirmək üçün hərbi xidmətə yola düşdüyünü vurğulayaraq qəhraman şəhidlərimizin bizə əmanəti olan şanlı bayrağımızı hər zaman layiqincə daşıyacağını və vətənimizə böyük qürur və şərəflə xidmət edəcəyini bildirib. 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video