27 Dekabr 2024 08:25
128
CƏMİYYƏT
A- A+
Vartana faciəsinin canlı şahidi doğma yurduna qayıdacağına əmindir

Vartana faciəsinin canlı şahidi doğma yurduna qayıdacağına əmindir


Qərbi Azərbaycanın Vartana kəndinin əzəli sahibi olan azərbaycanlılar ötən əsrdə ermənilər tərəfindən dəfələrlə etnik təmizləməyə və insanlığa sığmayan vəhşiliklərə məruz qalıblar. 1918-ci ildə yerindən-yurdundan didərgin salınan dinc əhaliyə zülm edilib, 100-dən çox insan yandırılaraq öldürülüb. 1988-ci ildə azərbaycanlılar yenə də öz ata-baba yurdlarından zorla çıxarılıblar. Buna etiraz edənlər, doğma yurdu ilə vidalaşmaq istəməyənlər işgəncələrə məruz qalaraq həyatları ilə vidalaşmalı olublar. Erməni zülmündən sağ qurtula bilənlərin ürəyinə isə yurd dağı çəkilib.

Tarixən azərbaycanlıların əsasını qoyduğu bir eldə, Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Vartana kəndində 1949-cu ildə anadan olan Məmmədhəsən Məmmədovun də tale payına torpaq nisgili, doğmasının itkisini yaşamaq, min bir əziyyətə qatlaşmaq düşüb. O, yaddaşında qalan ən acı xatirələri AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb. Məmmədhəsən müəllim sonradan özünün də şahidi olacağı erməni məkri, zülmü barədə ilk olaraq atasından eşidib: "10 uşaqlı ailədə dünyaya göz açmışam. Anam mənə və qardaşlarıma 1918-ci ildə ermənilər azərbaycanlıları deportasiyaya məruz qoyanda itkin düşən qohumlarının adlarını qoyub. O zaman atam Qəmbər Məmmədovun da 12 yaşı olub. Ailəsi ilə birgə Vartanadan çıxaraq digər türk eli olan Hallavar kəndinə sığınıb. Sonradan baba yurduna geri dönən atam deyərdi ki, bu yerlər bizim əzəli torpaqlarımızdır. 1830-cu ilə qədər orada sadəcə türk tayfaları yaşayıb".

Müsahibimin sözlərinə görə, azərbaycanlılar kəndə sonradan köçürülən ermənilərlə birgə yaşayışa məhkum ediliblər. Maymaq dağı, Xalxallı, Qazax talası, Ocağ dərəsi, Çətin dərə yaylaları, Qarpı, Mədən çayları, Gözdəyən, Muncuqlu, Söyütlü bulaqları ilə tanınan kənd vaxtilə Qazax əhalisinin yaylağ yerləri olub: "Maymaq dağının başında ilin bütün fəsillərində qar olardı, hər kəs zirvəsindəki pirə ziyarətə gələrdi. Kəndin havası təmiz, torpağı münbit idi. Bulaqların dumduru, şirin suyundan doymaq olmurdu. Əhali əsasən əkinçilik, heyvandarlıqla məşğul olurdu. Kənddə əvvəl 8 illik, sonradan yeni, 3 korpuslu 10 illik məktəb fəaliyyət göstərirdi. Tibb məntəqəsi, kitabxana, məscid, qədim qəbir daşları olan qəbiristanlıq da var idi".

Məmmədhəsən müəllim azərbaycanlıların zəhmətdən çəkinmədiklərini, öz adət-ənənələrinə sadiq olduqlarını da bildirir: "Bayramlarda, toylarda aşıqlar dastanlar söyləyib, bol nemətli süfrələr açılıb, dünyasını dəyişənlərin qəbirləri ziyarət edilib, insanlar bir-birinin evinə müxtəlif hədiyyələrlə gediş-gəliş edib, daha da mehribanlaşıblar. Kənddə yaşlılara ehtiram, uşaqlara qayğı, möhkəm ailə bağları kimi dəyərlərə xüsusi diqqətlə yanaşılıb. "Kəndin kişiləri igid, qeyrətli, sözünün ağası ərənlər idi, at belində gəzərdilər. Atamın təhsilimizlə maraqlanmaq üçün atın belində məktəbə gəlişi hələ də xatirimdədir. Bayramlarda da atlılar yarışardılar. Qadınlarımız yaşmaqlanardılar, ismətli, abırlı, bir o qədər də qorxmaz idilər. Gülabatın nənə var idi, atın tərkində gəzəndə ermənilər ondan çəkinərdilər. Ümumiyyətlə, ermənilər bizə yaltaqlanırdılar, sonradan əsl simaları üzə çıxdı".

O deyir ki, ötən əsrin 80-ci illərinin sonlarında ermənilərin azərbaycanlılara qarşı bəslədiyi kin-küdurət özünü daha aydın büruzə verməyə başlayıb. Təhsilli azərbaycanlılara vəzifə verilməyib, işləyənləri də bezdirməyə çalışıblar. Günahsız insanların həyatı üçün təhlükə yaradıblar. "Gözəldərə kəndində Bayram müəllim var idi, polisdə işləyirdi, ermənilər onu tapança ilə vurub öldürmüşdülər, guya öz canına qəsd edib. Süni qəzalar da törədirdilər. Bir dəfə bələkdəki oğlum qızdırmadan yanırdı, onu həkimə aparmağa belə ehtiyat etdik. Bilirdik ki, öldürə bilərlər. Neçə dəfə ermənilərlə bizə "Yaxşı oğlansan, amma heyif ki, türksən" dedikləri üçün dalaşmışıq", - deyə müsahibim bildirir.

Ermənilərin azərbaycanlılara qarşı təzyiqləri bununla yekunlaşmayıb. 1988-ci ilin qış aylarında vəziyyət lap dözülməz hal alıb. "Noyabrın 25-i evimizin pəncərəsindən içəriyə yekə daşlar atıldı. Kimə dəysəydi, ölüm halı qaçılmaz idi. Daşnaklar kəndə girib, oradan çıxmağımızı tələb edirdilər. Evləri daşlayırdılar, yanğınsöndürən maşınların siqnalları hələ də qulağımdan getmir. Çörəyimizi yeyən ermənilər də onlara qoşulmuşdular" deyən Məmmədhəsən Məmmədov onu da qeyd edir ki, azərbaycanlılar öz evlərini tərk etmək istəməyiblər. Vəziyyət get-gedə daha ağır hal almağa başlayıb: "Cəlal və Sadıq kişi öz ailələrini xilas etmək istəyərkən onların qarşısını kəsib getdikləri maşını əzik-əzik etmişdilər, özlərini dərədən aşağı atmışdılar. Onların harayına yetmək istəyən qardaşım oğlu Mikayılı, Mamed müəllimi möhkəm döymüşdülər, Sadıq kişinin oğlu 33 yaşlı Vaqifi tüfənglə vurub öldürmüşdülər. Mən də anamı, həyat yoldaşımı, balacası 7 aylıq olan 3 övladımı min bir zülmlə Hallavar kəndinə apardım".

Müsahibimin sözlərinə görə, bu kənddə ancaq azərbaycanlılar yaşadığı üçün oranı daha az təhlükəli hesab edib. Kəndə çatanda orada da vəziyyətin pis olduğunu görüb. "Ermənilər yerli əhalidən evlərini tərk etmələrini istəyirdilər. Dekabrda baş verən zəlzələ yaşayışı daha dözülməz hala gətirdi. Evlərindən də olan insanlar çadırlara sığındılar. Sonda isə anamgili birtəhər Qazaxa yola salmağa macal tapdıq. Onlar da körpə uşaqla birgə dağ-dərə aşaraq, ac-susuz, zülm çəkə-çəkə canlarını qurtara bildilər" deyən Məmmədhəsən müəllim Vartanada daha dəhşətli hadisələrin yaşandığını qəhərlə xatırlayır. Bildirir ki, burada evlərini tərk etmək istəməyən 16 nəfərin canına vəhşiliklə qəsd edilib. "Ermənilər qardaşım Süleymandan Qarabağın onlara məxsus olduğunu söyləməsini istəmişdilər. O da bunu heç yuxularında da görə bilməyəcəklərini demişdi. Onu yandırıb öldürdülər. Mehralı İsgəndərov Sürik adlı erməniyə 5000 manat borc vermişdi. Həmin Sürik daşnaklara onun evini işarə verdi, onlar da gəlib özünü, arvadı Xanımı və oğlu Alimi amansızlıqla öldürdülər" deyən qərbi azərbaycanlı erməni vəhşiliyinin ağır nəticələrini yada salır. Deyir ki, ermənilər başqalarına gözdağı vermək üçün insanlığa yaraşmayan qətliamı davam etdiriblər: "İkinci Dünya müharibəsində bir qolunu itirən Qərib Bayramovu erməni faşistləri mal-qaraya ot verərkən öldürüb yandırmışdılar. Əhməd Alıyev, Leyli Hüseynova, Qara Bayramov, Abdulla Əliyevi də vəhşicəsinə qətlə yetiriblər. Fatma Əliyevanı maşının təkərləri altına salıb əzmişdilər. Şərabanı xalanın bədənini siqaret kötüyü ilə yandırmışdılar, zorla sağ qalmışdı. Digər kənd sakinləri Qazaxa sığındılar".

Ürəyinə dağ çəkilən vartanalılar 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə ilə təsəlli tapıblar. "Öldürülən qardaşım Süleymanın adını daşıyan nəvəsi digər qardaşım oğlu ilə birgə Vətən müharibəsində iştirak edərək qazi oldu. Şanlı Qələbədən sonra Süleyman mənə "Əmi, daha ağlama, babamın heyfini döyüş meydanında aldım" dedi. Elə bil dünyanı mənə verdilər" deyən Məmmədhəsən Məmmədov dədə-baba torpaqlarından qovulmuş, zülmə məruz qalmış hər bir azərbaycanlının Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını dəstəklədiyini deyir. Bildirir ki, ədalətin bir gün bərpa olunacağına, qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına ləyaqətli, təhlükəsiz şəkildə qayıdışına əmindir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Xorvatiyada ehtiramla anılıb  

00:08
28 Dekabr

Avstriya Parlamentinin üzvü təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyinə baş çəkib  

00:08
28 Dekabr

Bosniya və Herseqovinada təyyarə qəzası qurbanlarının xatirəsi anılır

23:28
27 Dekabr

Qazaxıstanın ictimai xadimləri təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Astanadakı səfirliyinə baş çəkiblər  

23:27
27 Dekabr

Qazaxıstanda Aktauda qəzaya uğrayan təyyarə qurbanları üçün qanvermə aksiyaları keçirilib  

23:25
27 Dekabr

Azərbaycanın Polşadakı səfirliyində matəm günü ilə bağlı başsağlığı kitabı açılıb

23:23
27 Dekabr

Ceyhun Bayramov Hakan Fidanla beynəlxalq və regional məsələləri müzakirə edib

23:20
27 Dekabr

Pedaqoji Universitetdə Aktau faciəsinin qurbanları anılıb

23:19
27 Dekabr

Təyyarə qəzası qurbanlarının xatirəsi UNESCO-da anılır

23:16
27 Dekabr

“AZAL”ın təyyarəsinin qəzası ilə əlaqədar Seuldakı səfirliyimizdə başsağlığı kitabı açılıb

23:15
27 Dekabr

Vinisius “Globe Soccer Awards”a görə ilin ən yaxşı futbolçusu seçilib  

23:13
27 Dekabr

SN: Vyanada bazarda terror aktı planlaşdıran əfqan saxlanılıb  

22:21
27 Dekabr

Türkiyəli idman mütəxəssisləri ölkəmizdə səfərdədir  

22:10
27 Dekabr

"Suzuki"yə təxminən 50 il rəhbərlik edən Osamu Sudzuki 94 yaşında vəfat edib

21:17
27 Dekabr

Almaniya Prezidenti parlamenti buraxıb və yeni seçkilər təyin edib

21:16
27 Dekabr

Azərbaycan Güləş Federasiyası Gəncədə seçimlərə başlayacaq

21:15
27 Dekabr

“Olimpiya dünyası” qəzeti ilin ən yaxşılarını seçdi  

21:12
27 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Fələstində ehtiramla yad edilir

21:01
27 Dekabr

Təyyarə qəzasının qurbanları Tacikistanda anılıb

20:59
27 Dekabr

Azərbaycanın Batumidəki baş konsulu Acarıstan MR Ali Şurasının sədri ilə görüşüb

20:59
27 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Özbəkistanda anılıb

20:57
27 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!