02 Aprel 2025 01:17
349
Fərmanlar
A- A+
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2.  həmin Qanunun 5-ci maddəsinin altıncı hissəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

2. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman ödənilən birdəfəlik müavinətin məbləği 2600 (iki min altı yüz) manat müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti  "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanunundan və bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 498 (Cild I); 2024, № 6 (I kitab), maddə 667, № 12 (II kitab), maddə 1362) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1.  2.1-ci bəndə "və 8-ci" sözlərindən əvvəl ", 5-ci maddəsinin altıncı hissəsində" sözləri əlavə edilsin;

4.2.  2.1-1-ci bəndə "Qanunun" sözündən sonra "5-ci maddəsinin altıncı hissəsində və" sözləri əlavə edilsin;

4.3. 2.4-cü bənddə "və altıncı hissələrində" sözləri "hissəsində" sözü ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 aprel 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İmtahan stresinin öhdəsindən necə gəlmək olar?

08:45
05 Aprel

Musiqi ilə keçən ömür

08:40
05 Aprel

Sahibkarlığın İnkişafı Fondunun əsas hədəfi dəyişmir

08:35
05 Aprel

"Cənub qaz dəhlizi"nin potensialı hələ böyükdür

08:30
05 Aprel

Azərbaycan xalqına qarşı cinayət törədənlər layiqli cəzalarını alacaqlar

08:25
05 Aprel

Öz gözündə tiri görmür...

08:20
05 Aprel

"Paşinyan hakimiyyəti ikili oyun oynayır"

08:15
05 Aprel

Qərbi Azərbaycanın hər qarışında izimiz və ruhumuz var

08:10
05 Aprel

Sülh müqaviləsi imzalana bilər

08:05
05 Aprel

Sülh müqaviləsinin imzalanması revanşistlərin xəyallarının sonu deməkdir

08:00
05 Aprel

Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında

02:05
05 Aprel

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:04
05 Aprel

Millətlər Liqası: Qadın futbolçulardan ibarət Azərbaycan yığması səfərdə Litvaya qalib gəlib

23:16
04 Aprel

“Diplomatic World Sweden” nəşri Azərbaycanda mina təhlükəsi ilə bağlı məqalə dərc edib

23:15
04 Aprel

David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırmasını etiraf edib 

23:13
04 Aprel

Azərbaycanın humanitar yardımı əsasında Sumının enerji infrastrukturunun bərpasına avadanlıqlar verilib  

23:11
04 Aprel

Tokayev: Qazaxıstan Özbəkistan və Azərbaycanla birgə irimiqyaslı enerji layihəsinin həyata keçirilməsinə başlayıb  

23:10
04 Aprel

Almaniyadakı diasporumuzun üzvü Azərbaycan əleyhinə filmə etiraz edib

23:09
04 Aprel

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

23:08
04 Aprel

Özbəkistan Prezidenti: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişləndirilməsi vacib məsələdir  

23:06
04 Aprel

Parlamentlərarası İttifaq ilə QH Parlament Şəbəkəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib  

23:05
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!