21 Yanvar 2025 11:12
162
DÜNYA
A- A+
Ukraynalı ekspert: ABŞ Ukraynada prezident seçkilərinin keçirilməsini israr edir

Ukraynalı ekspert: ABŞ Ukraynada prezident seçkilərinin keçirilməsini israr edir


Tərəfdaş ölkələr, xüsusilə ABŞ Ukraynada parlament və prezident seçkilərinin keçirilməsini israr edirlər.

Bunu AZƏRTAC-a açıqlamasında ukraynalı ekspert İvan Us söyləyib: “Amerika hakimiyyəti fakt kimi qeyd edir ki, ABŞ İkinci Dünya müharibəsində seçkilər keçirib və heç bir problemlə üzləşməyib. ABŞ müharibə dönəmində seçkilərin keçirilməsi təcrübəsini söyləyir və bunun qorxulu olmadığını deyir. Ukrayna rəsmiləri isə bəyan edir ki, ABŞ 1944-cü ildə prezidentini seçəndə, aktiv hərbi münaqişə yox idi, Ukraynanın ərazisinin isə bir hissəsi işğal olunub. Aktiv müharibə Ukrayna ərazisində davam edir”.

Ukraynanın mövcud qanunvericiliyinə görə, müharibə zamanı seçkilər keçirilə bilər. “Bəs rəsmi Kiyevi bundan çəkindirən səbəblər nədir?” suala cavabında ukraynalı ekspert bildirib: “Ölkə parlamenti hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi barədə qərar qəbul edə bilər. Ancaq gəlin etiraf edək ki, seçki bir günə keçirilmir. Seçkinin keçirilməsi üçün bir müddət vaxt lazım olur. Bu proses 90 gün davam edir. Bu isə o deməkdir ki, dövlət müharibə zamanı 90 gün ərzində vətəndaşının həm də təhlükəsizliyinə qarant durmalıdır. Başa düşmək lazımdır ki, aktiv müharibə zamanı seçkilər keçiriləndə vətəndaşların təhlükəsizliyinə zəmanət vermək olduqca çətindir. Əgər 90 gün seçki prosesində Rusiya raketləri, dronları hər gün hücum edərsə, vətəndaşların təhlükəsizliyinə təminat mümkünsüzdür. Nəzərə alaq ki, seçki prosesində nə qədər kütləvi tədbirlər də keçirilir”.

İvan Us hesab edir ki, sadalanan bu amillərə görə Ukrayna dövləti bu müddətdə seçkiləri keçirməklə vətəndaşların taleyini risk altına atmaq istəmir.

“Müharibə üzündən nə qədər vətəndaşımız ölkə xaricindədir, bundan başqa insanlar səngərdə vuruşur. Onların səsverməsi real görünmür. Əgər bu il sülh olarsa, bunu da hələ nəzəri söyləmək mümkündür, o halda seçki prosesinin başlanması böyük ehtimalla mümkün olacaq”, - deyə ukraynalı ekspert bildirib.

Qeyd edək ki, Volodimir Zelenskinin 5 illik prezidentlik səlahiyyət müddəti ötən ilin may ayının 20-də başa çatıb. Ölkədə parlament seçkiləri isə 2023-cü ilin payızında keçirilməli idi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb  

16:01
21 Yanvar

Çində dünyada ilk dəfə insanlar və robot-humanoidlər arasında marafon keçiriləcək

15:47
21 Yanvar

Cənub bölgəsində məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunub

15:30
21 Yanvar

Çin və Rusiya liderlərinin virtual görüşü olub

15:29
21 Yanvar

Prezident İlham Əliyev Davosda “The Goldman Sachs Group İnc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb - YENİLƏNƏCƏK  

15:28
21 Yanvar

Rusiya XİN: Moskva Ermənistanla Azərbaycan arasında bütün istiqamətlər üzrə münasibətlərin normallaşdırılmasına kömək etməyə hazırdır  

15:28
21 Yanvar

Kişineuda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

15:27
21 Yanvar

Donald Tramp miqrantlara qarşı kütləvi kampaniyaya başlayıb

15:25
21 Yanvar

Moldova parlamentinin üzvü: Qanlı Yanvar Azərbaycan tarixinin dönüş nöqtəsidir

15:24
21 Yanvar

Ötən həftə 601,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

15:02
21 Yanvar

Bu gün “planetlərin böyük paradı” müşahidə olunacaq

14:55
21 Yanvar

ABŞ-da “TikTok”un bloklanması 75 günlüyə təxirə salınacaq

14:25
21 Yanvar

Bələdiyyə seçkiləri: Füzulidə maarifləndirici treninqlər keçirilir

14:23
21 Yanvar

On doqquz saylı Nərimanov birinci seçki dairəsində növbəti treninq təşkil olunub

14:21
21 Yanvar

Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb  

14:18
21 Yanvar

Mustafa Abdou-Raouf: XXI əsrdə müstəmləkəçiliyin yeri yoxdur

13:37
21 Yanvar

Yasamal rayonu üzrə bələdiyyə seçkilərində 37 nəfər namizədliyini irəli sürüb

13:36
21 Yanvar

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

13:36
21 Yanvar

Qərb bölgəsində məntəqə seçki komissiyasının üzvləri üçün treninqlər davam edir

13:35
21 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar 7 saylı Səbail seçki dairəsində növbəti treninq keçirilib

13:34
21 Yanvar

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

13:32
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!