21 Yanvar 2025 13:32
170
Məktublar
A- A+
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa


Hörmətli cənab Prezident.

Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Amerika xalqının rifahı naminə qarşıdakı məsul ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Əminəm ki, Sizin gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaqdır.

Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlar və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər.

ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirir, ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim.

Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik.

İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir.

Bir daha Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tədqiqat: Arktika karbon qazı emissiyasının mənbəyinə çevrilir

17:53
21 Yanvar

Latviyada rusların və belarusların daşınmaz əmlak almasını qadağan etmək istəyirlər

17:52
21 Yanvar

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

17:51
21 Yanvar

Xalq şairi Zəlimxan Yaqubun məzarı ziyarət olunub

17:50
21 Yanvar

Bələdiyyə seçkilərində səsvermə hüququ olan şəxslərin sayı 5 milyon 961 min 625 nəfərdir  

17:48
21 Yanvar

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

17:47
21 Yanvar

Çində dünyanın ən hündür körpüsü inşa edilir

17:46
21 Yanvar

Aral dənizinin genişmiqyaslı yaşıllaşdırılması: Qazaxıstan ekosistemi bərpa edir

17:44
21 Yanvar

Min seçki məntəqəsində seçki prosesini veb-kameralar vasitəsilə izləmək mümkün olacaq  

17:43
21 Yanvar

Milli Məclisin sədri İtaliyaya rəsmi səfər edib

17:29
21 Yanvar

51 saylı Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlərə 258 nəfər cəlb ediləcək  

17:27
21 Yanvar

Azərbaycan muğamı “Əl-Cəzirə” telekanalında

17:26
21 Yanvar

Bakıda “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfrans keçirilib YENİLƏNİB

17:21
21 Yanvar

Tanınmış türkiyəli mütəxəssis İran klubu ilə danışıqlar aparır

17:20
21 Yanvar

Prezident İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb YENİLƏNİB

17:17
21 Yanvar

Prezident İlham Əliyev Davosda “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb YENİLƏNİB

17:13
21 Yanvar

Xəzər rayonu üzrə bələdiyyə seçkilərində 178 nəfər namizədliyini irəli sürüb  

17:12
21 Yanvar

Aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır

17:03
21 Yanvar

Baş konsulluğumuzun təşəbbüsü ilə İstanbulda ağacəkmə aksiyası keçirilib

17:02
21 Yanvar

Prezident İlham Əliyev Davosda İraq Prezidenti ilə görüşüb YENİLƏNİB

17:01
21 Yanvar

Bakı Təşəbbüs Qrupu və “Ka Ubuntu” Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

17:00
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!