10 Sentyabr 2026 13:30
526
SİYASƏT
A- A+
Türkiyənin İğdır vilayətində Qərbi Azərbaycandan olan qəhrəmanın abidəsi təmir edilib

Türkiyənin İğdır vilayətində Qərbi Azərbaycandan olan qəhrəmanın abidəsi təmir edilib


Türkiyənin Azərbaycanla həmsərhəd olan İğdır vilayətinin rəhbərliyi XX əsrin birinci yarısının qəhrəmanlarından biri, erməni quldur dəstələrinə qarşı mübarizəyə töhfə vermiş Kərbəlayi İsmayıl Çəmənin abidəsini təmir edib və ətrafdakı ərazini abadlaşdırıb.

AZƏRTAC xəbər verir ki, K. İ. Çəmən 1870-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub. Ömrünün son illərini İğdırda keçirən K. İ. Çəmən digərləri ilə birlikdə Araz çayını keçərək, buraya gəlməyə məcbur olub. O, Türkiyədə Çəmən soyadını Qərbi Azərbaycanda doğulduğu yaşayış məntəqəsinin adından götürüb. K. İ. Çəmən 1948-ci ildə vəfat edib.

İğdırın Karakoyunlu rayonunun Taşburun qəsəbəsində yerləşən azərbaycanlı qəhrəmanın məzarı onilliklər keçməsinə baxmayaraq, şərq vilayətinin sakinlərinin və qonaqlarının ziyarət etdiyi məkan olaraq qalır. K. İ. Çəmənin məzarüstü abidəsinin önündə Türkiyə və Azərbaycan bayraqları ucaldılıb.

Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının sədr müavini Sərdar Ünsal bu vilayətin hakimiyyət orqanlarına minnətdarlığını bildirib. O qeyd edib ki, bərpa işlərindən sonra qəhrəmanın məzarı daha yaxşı vəziyyətə gətirilib və bu, regionun tarixi irsinə göstərilən hörmətin növbəti təzahürüdür. “Tarixdə mühüm iz qoymuş qəhrəmanların xatirəsini yad etmək bizim borcumuzdur. Çəmən İrəvanda və ətraf rayonlarda yaşayan azərbaycanlıların hüquqları uğrunda fəal mübarizə aparıb. İki qardaş ölkənin bayraqlarının dalğalandığı belə mühüm məkanların xatırlanmasına və onların qorunmasına sevinirəm”, - deyə S. Ünsal diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!