14 Noyabr 2024 08:50
296
SİYASƏT
A- A+
Türk dövlətlərinin "yaşıl" həmrəyliyi

Türk dövlətlərinin "yaşıl" həmrəyliyi


Noyabrın 11-dən etibarən dünyanın siyasi, iqtisadi nəbzinin Azərbaycanda döyünməyə başladığını desək, heç də yanılmarıq. 

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasında iştirak etmək üçün çoxlu sayda Prezident və baş nazirlər, nazirlər və digər rəsmilər ölkəmizə səfər edərək planetimizin xilası üçün həll yolları axtarırlar.

Türk dövlətləri də Bakıda keçirilən COP29-da ən yüksək səviyyədə təmsil olunurlar. Qardaş ölkələrin - Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan prezidentləri bu beynəlxalq miqyaslı tədbirdə iştirak edərək həm Azərbaycana tam dəstək olduqlarını göstərir, həm də ümumilikdə türk dünyasının birgəliyini, "yaşıl həmrəy"liyini nümayiş etdirirlər. 


Tarixi hadisə


Bu günlərdə on minlərlə əcnəbi qonağa evsahibliyi edən Azərbaycan COP29 kimi nüfuzlu tədbiri yüksək səviyyədə təşkil etməsi ilə elə ilk gündən etibarən diqqət mərkəzinə çevrilib. Bildirək ki, respublikamız ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə vacib işlər görür. Buna görədir ki, ötən il ölkəmiz 200-ə yaxın dövlət tərəfindən yekdilliklə COP29-a sədr seçildi. Bu həm də Azərbaycana qlobal səviyyədə verilən dəyərin, göstərilən hörmətin təzahürü idi. 

COP29-a ev sahibi seçildiyi dönəmdən bəri respublikamız bu tədbiri layiqincə keçirmək üçün mühüm hazırlıq işləri həyata keçirib. Ötən müddətdə BMT-nin bu tədbirinin konkret nəticələrinin əldə edilməsində Azərbaycanın ardıcıl səylərini təqdir edən türkdilli ölkələr respublikamızla sıx əməkdaşlıq şəraitində dəstəklərini əsirgəməyiblər. Hələ bu ilin iyulunda Şuşada təşkil olunan Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin dövlət rəhbərlərinin qeyri-rəsmi Zirvə görüşündə də dövlət başçıları tərəfindən birmənalı olaraq vurğulandı ki, türkdilli dövlətlər COP29 konfransının işində fəal iştirak edəcəklər.

Sözügedən tədbirdəki çıxışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının türk dövlətləri üçün böyük tarixi hadisə olduğunu bildirmişdi: "İqlim dəyişikliyi məsələsində dünya liderlərinin uğurlu bir görüş keçirmələrini səmimi-qəlbdən diləyirik. Biz bu nüfuzlu tədbirə fəal şəkildə qatılmağa və bu məsələdə Azərbaycana mümkün olan hər cür yardımı göstərməyə hazırıq".

Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə imzalanan və türk dünyası üçün böyük əhəmiyyət kəsb edən Qarabağ Bəyannaməsində də COP29-a yekdil dəstək öz əksini tapıb: "2024-cü il noyabrın 11-22-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının  Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına evsahibliyi etməkdə Azərbaycan Respublikası Hökumətinə uğurlar arzulayır və Konvensiyanın tərəflərinin gözləntiləri əsasında COP29-un konkret nəticələrinin əldə edilməsində Azərbaycanın ardıcıl səylərini dəstəkləyirik".


Türk dünyasında ilk


Artıq bir neçə gündür ki, öz işinə başlayan COP29-da iştirak etmək üçün Bakıya gələn Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev də bildirib ki, COP29 kimi möhtəşəm bir tədbiri türk dünyasında ilk dəfə keçirilir və bu, hamımız üçün böyük önəm daşıyır. TDT-nin baş katibi qeyd edib ki, bu tədbir təkcə Azərbaycan üçün deyil, eyni zamanda türk dünyası üçün əhəmiyyətlidir: "Hazırda COP29-un əsas mövzularından biri "yaşıl dünya"dır. İqlim dəyişikliyi ilə mübarizə üçün bütün ölkələrin, liderlərin, ekspertlərin və beynəlxalq təşkilatların bir araya gələrək həll yolları tapması olduqca vacibdir".

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Ötən gün isə Prezident İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub.

Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində Strateji tərəfdaşlıq haqqında Saziş"i imzalayıblar.

Türk dövlətlərinin liderlərinin COP29 tədbirində fəal iştirakları da bir daha təsdiqlədi ki, qardaş ölkələr dünyanın gələcəyi naminə qərarların qəbul edildiyi Azərbaycanla birgəliklərini, həmrəyliklərini  göstərirlər.   

Tam əminliklə deyə bilərik ki, COP29 təkcə iqlim tədbiri deyil, bu qlobalmiqyaslı toplantı özündə siyasi dialoqları, sülh çağırışlarını da ehtiva edir. Eyni zamanda BMT-nin bu tədbiri türk dünyası ailəsinin yeni yol xəritəsinin müəyyənləşdirilməsi istiqamətində də mühüm rol oynayır. Qardaş ölkələrin gələcək hərtərəfli əməkdaşlıqları üçün müxtəlif və yeni sahələr açır.  


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 çərçivəsində Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi məsələsi müzakirə edilib  

00:00
15 Noyabr

Energetika naziri moldovalı və mərakeşli həmkarları ilə görüşüb 14.11.2024 [20:05]  

23:57
14 Noyabr

Tahir Budaqov: Azərbaycan dövlətlərarası münasibətlərin konstruktiv müstəvidə inkişafının tərəfdarıdır  

23:55
14 Noyabr

Tonqanın Qanunvericilik Assambleyasının sədri Azərbaycana səfərə gəlib  

23:54
14 Noyabr

Ədliyyə naziri BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru ilə görüşüb  

23:52
14 Noyabr

YAP nümayəndə heyəti Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda iştirak edib  

23:50
14 Noyabr

COP29 çərçivəsində İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb  

23:48
14 Noyabr

Azərbaycanla Moldovanın prokurorluq orqanları hüquqi əməkdaşlığı genişləndirirlər  

23:46
14 Noyabr

Britaniyalı nazir: COP29-da iştirak etmək böyük bir imtiyazdır  

23:39
14 Noyabr

Cəbrayıl və Füzulidə bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib  

23:30
14 Noyabr

Dövlət Komitəsinin sədri Şirvanda vətəndaşlarla görüşüb  

23:29
14 Noyabr

Türkiyə mediası: COP29-da dünyanın ən böyük mərcanının aşkar edildiyi açıqlanıb  

23:24
14 Noyabr

COP29-da iştirak edən Çin nümayəndə heyəti Milli Məclisdə olub

23:01
14 Noyabr

Azərbaycan ilə Anqola arasında elm və təhsil sahəsində əməkdaşlıq genişləndiriləcək  

22:41
14 Noyabr

Akademik: Azərbaycanda keçirilən COP29 yeni sənaye inqilabının anonsu təsirini bağışlayır  

22:40
14 Noyabr

COP29-un ən gənc iştirakçısı: Məqsədim uşaqların səsini bütün dünyaya çatdırmaqdır  

22:38
14 Noyabr

Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb YENİLƏNİB 

22:34
14 Noyabr

“AzərEnerji” ilə “Schneider Electric” şirkəti memorandum imzalayıb  

22:29
14 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO  

22:22
14 Noyabr

İsrail səfiri: COP29-un yüksək səviyyədə təşkil edilməsi Azərbaycan üçün böyük nailiyyətdir  

22:19
14 Noyabr

COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə imzalayıblar  

22:17
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!