14 Avqust 2024 09:53
14729
Turizm
A- A+
Turizm həm də Azərbaycan həqiqətlərinin dünyada təbliğinə xidmət edir

Turizm həm də Azərbaycan həqiqətlərinin dünyada təbliğinə xidmət edir

 

Bu vasitə ilə ölkəmizə qarşı aparılan qərəzli kampaniyaları zərərsizləşdirmək olar

 

Azərbaycanın xoş sorağı ta qədimlərdən bütün dünyaya yayılıb, bu əsrarəngiz məmləkət daim əcnəbilərin diqqət və marağında olub.

Yerləşdiyi unikal coğrafi mövqe, malik olduğu füsunkar təbii şərait, dağlıq relyef, termal sular, qədim tarixi abidələr, müqəddəs ziyarətgahlar planetin ən uzaq guşələrində yaşayanları da özünə cəzb edib.

Maddi-mənəvi sərvətlərindən, zəngin flora və faunasından əlavə, xalqımzın qonaqpərvərliyi də Azərbaycana səyahətçi axınını gücləndirib.

Ölkəmizdə imkan və potensiallardan vüsət alan turizm sahəsi sürətli dirçəlişi ilə bərabər, paralel şəkildə bir çox istiqamətlərdə - hotelçilik, ictimai iaşə, məşğulluq, termal səhiyyədə də irəliləyişə təkan verib. Bu sahənin inkişafı həm iqtisadiyyatın şaxələndirilməsi, gəlirlərin və qeyri/neft-qaz sektorunda payının artması, yeni iş yerlərinin açılması, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə real, obyektiv çatdırılması ilə müşayiət edilir. Turizmə dövlət qayğısı, müvafiq qanun və normativ-hüquqi sənədlərin qəbulu, nüfuzlu tədbirlərə evsahibliyimiz, turistik məkanlarda müasir infrastrukturun yaradılması, yolların abadlaşdırılması, azadlığa qovuşan ərazilərdə kurort məntəqələr və tarixi-mədəniyyət abidələrinin təmir-bərpası bu sahənin tərəqqisinə xüsusi təkan verib.

Prezident İlham Əliyevin 2 avqust 2024-cü il tarixli "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin yaradılması haqqında" Fərmanı da adıçəkilən sahədə idarəçiliyi təkmilləşdirəcək. Fərmanda məhz bu qurumun respublikamızda turizm və rekreasiya zonalarının fəaliyyətinin təşkilini, onların idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən publik hüquqi şəxs qismində funksional vəzifələr və digər tövsiyələr yer alıb. Rekreasiya - istirahət və müalicə məqsədilə həyata keçirilən səyahətdir. Turizmin bu növü dünyada geniş yayılıb.

Əlamətlərinə görə turizm aktiv və passiv növlərə ayrılır. Xarici turistlərin gəlişi və ya ölkə vətəndaşlarının regiona üz tutması aktiv turizmdir və büdcəyə pul (valyuta) gətirməsi ilə xarakterikdir. Bir şəxsin digər ölkəyə səyahəti və ya həmin regiondan olan turistlərin başqa yerlərə səfərləri passiv turizm sayılır. Turizm qızğın (ziyarətçilər çoxdursa), sakit (ortasəviyyəli), ölü (turistlərin azlığı və ya olmadığı halda) mövsümlərə ayrılır, qısamüddətli və uzunmüddətli olur. Safari - ovçuluq və ya fotoovçuluq, balıq ovu, heyvanları müşahidə etmək məqsədilə təbiət qoynuna edilən səyahət; idman - idman tədbirlərində iştirak üçün səyahət; trofi - avtomobillə müəyyən marşurut üzrə çətin keçilən ərazilərdən təşkil olunmuş tur; şop - bazarlıq etmək məqsədilə səyahət; sirli - məkanı və məqsədi öncədən elan edilməyən səyahət; şəhərətrafı - istirahət günlərində sakinlərin şəhər ətrafına səyahəti və sair növlərə bölünür.

Cari ilin əvvəlindən ölkəmizə 1 milyon 300 mindən çox turist gəlib ki, bu da 36 faiz artım deməkdir. Rəsmi statistikaya görə, ən çox qonaq Rusiya, Türkiyə, Hindistan, İsrail, Səudiyyə Ərəbistanı, İrandan qəbul olunub. Ötən ildə gəlmə turizmindən əldə olunan gəlirlərin 2022-ci illə müqayisədə 82 faiz çoxalması müşahidə olunur. 2019-cü illə müqayisədə 2023-cü ildə ümumi turizm gəlirləri 9 faiz artıb.

Seçilmiş məkanlar təbiət, xüsusi maraq və şəhər təcrübəsi, sağlamlıq, mədəniyyət və tarix kimi 4 kateqoriya əsasında təsnifatlaşdırılır. Paylaşım sayına görə təbiət kateqoriyası 43,8 faizlə birinci sırada, 38,7 faizlə xüsusi maraq və şəhər təcrübəsi ikinci, 12,79 faizlə mədəniyyət və tarix üçüncü, 4,7 faizlə isə sağlamlıq kateqoriyası dördüncü sırada qərarlaşıb. Əcnəbi turistlər yay aylarında ən çox respublikamızın şimal bölgələrinə - Quba, Qusar rayonlarına üz tuturlar.  Eyni zamanda qərb rayonlarından Şəki, Qax, Zaqatala və Balakənə də əcnəbi turist axını çoxdur. Ümumiyyətlə isə Bakı, Qəbələ, Quba, Lerik ən populyar turizm məkanlarındandır. Növbəti 5 il ərzində Qarabağ və Şərqi Zəngəzura böyük maraq yaranacaq. Bu günlərdə Şuşa, Laçın və Suqovuşana turlar təşkil olunur. Qarşıdakı illərdə isə xüsusən Şuşa, Laçın və Zəngilana böyük turist axınının olacağı gözlənilir.

 

Qurban MƏMMƏDOV,

"Azərbaycan"

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlanıb  

12:07
17 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb  

11:39
17 Yanvar

BDYPİ gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib  

11:15
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!