08 Aprel 2026 13:07
159
İQTİSADİYYAT
A- A+
Trampın ikihəftəlik atəşkəs elanından sonra neftin qiyməti 100 dollardan aşağı düşüb  

Trampın ikihəftəlik atəşkəs elanından sonra neftin qiyməti 100 dollardan aşağı düşüb  


Dünya birjalarında neft ABŞ Prezidenti Donald Trampın İranla ikihəftəlik atəşkəs barədə razılıq əldə olunduğunu açıqlamasından sonra kəskin ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, aprelin 8-də “Brent” markalı neftin bir barelinin qiyməti 15,58 dollar və ya 13,3 faiz azalaraq 93,69 dollara enib. ABŞ-nin WTI markalı nefti isə 17,16 dollar və ya 15,2 faiz ucuzlaşaraq 95,79 dollar təşkil edib.

ABŞ Prezidentinin bu qərarı İran üçün müəyyən etdiyi müddətin başa çatmaq üzrə olduğu bir vaxtda verilib. Həmin müddət çərçivəsində İrandan dünya neft tranzitinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazını açması tələb olunurdu, əks halda ölkənin mülki infrastrukturuna genişmiqyaslı hücumlar ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdi.

Donald Tramp sosial şəbəkə paylaşımında “Bu, ikitərəfli atəşkəs olacaq!” ifadəsini işlədib. Bundan əvvəl isə o, İranın tələblərə əməl etməyəcəyi təqdirdə “bu gecə bütöv sivilizasiyanın məhv ola biləcəyi” barədə sərt bəyanatla çıxış etmişdi.

İranın xarici işlər naziri Abbas Əraqçinin verdiyi açıqlamaya görə, İrana qarşı hücumlar dayandırılarsa, Hörmüz boğazından təhlükəsiz keçid İran Silahlı Qüvvələri ilə koordinasiya olunmaqla və texniki məhdudiyyətlər nəzərə alınmaqla növbəti iki həftə ərzində mümkün ola bilər.

Mütəxəssislər vurğulayıb ki, ABŞ-İsrail və İran arasında baş verən münaqişə mart ayında neft qiymətlərinin tarixdə ən kəskin aylıq artımını göstərməsinə səbəb olub və qiymətlər 50 faizdən çox artıb. Qeyd olunub ki, bu addım müsbət başlanğıc sayılsa da, davamlı razılaşma üçün hələ çox sayda qeyri-müəyyən məqam qalır.

WTI markalı neftin “Brent” üzərində qiymət üstünlüyü davam edir. Bu, onun daha yaxın tarixdə – may ayında, “Brent”in isə daha gec – iyun ayı üzrə tədarük müqavilələrinə bağlı olması ilə izah olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycana dost və qardaş olan Pakistanın fəallığı xüsusilə təqdirəlayiqdir

16:10
08 Aprel

Nazir: “Yüksəliş” müsabiqəsi qaliblərinin bilik və təcrübələrini artırmaları üçün işlər davam etdiriləcək  

15:41
08 Aprel

Azərbaycan ilə Gürcüstan arasında dostluq və əməkdaşlıq daha da möhkəmlənir

15:36
08 Aprel

Dini konfessiya rəhbərləri ABŞ Komissiyasının hesabatındakı qiymətləndirməni rədd edib - Bəyanat  

15:24
08 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

15:19
08 Aprel

Nazir: Azərbaycan qazının Serbiyaya çatdırılması tərəfdaşlığın mühüm nailiyyətlərindən biridir  

15:11
08 Aprel

Kreml İran ilə ABŞ arasında atəşkəsi alqışlayır

15:03
08 Aprel

Ukrayna Prezidenti Yaxın Şərqdə atəşkəsi alqışlayıb  

14:59
08 Aprel

İstanbulda baş verən silahlı insidentlə bağlı 11 nəfər saxlanılıb

14:55
08 Aprel

Moskva Dövlət Universitetinin Bakı filialı yuxarı sinif şagirdlərini “Açıq qapı” gününə dəvət edir 

14:53
08 Aprel

Bakıda keçirilmiş yarmarkada 30 işəgötürən 341 vakansiya təqdim edib

14:51
08 Aprel

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

14:39
08 Aprel

Körfəzdə 800 gəmi Hörmüz boğazından keçmək üçün gözləməkdədir  

14:33
08 Aprel

ABŞ-də bir uşağın böyüdülməsinə nə qədər pul xərclənir?

14:29
08 Aprel

Əfqanıstan və Pakistan gərginliyi azaltmaq barədə razılığa gəliblər  

14:21
08 Aprel

Müxtəlif yükləri daşıyan gəmilər Hörmüz boğazından keçməyə hazırlaşır  

14:13
08 Aprel

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib 

14:09
08 Aprel

Xəzər dənizində 5.3 bal gücündə zəlzələ olub

13:47
08 Aprel

Azərbaycan və Qazaxıstan xarici işlər nazirləri regional məsələləri nəzərdən keçiriblər

13:29
08 Aprel

Türkiyə XİN: Daimi sülhə gedən yol diplomatiya və qarşılıqlı etimad vasitəsilə mümkün olacaq  

13:13
08 Aprel

Trampın ikihəftəlik atəşkəs elanından sonra neftin qiyməti 100 dollardan aşağı düşüb  

13:07
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!