08 Aprel 2026 15:36
146
SİYASƏT
A- A+
Azərbaycan ilə Gürcüstan arasında dostluq və əməkdaşlıq daha da möhkəmlənir

Azərbaycan ilə Gürcüstan arasında dostluq və əməkdaşlıq daha da möhkəmlənir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 6-da Gürcüstana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin strateji mahiyyətini və gələcək inkişaf istiqamətlərini bir daha aydın şəkildə ortaya qoyur.

Bu səfər bir daha təsdiqlədi ki, Azərbaycan–Gürcüstan əlaqələri dərin tarixi köklərə, qarşılıqlı etimada və sarsılmaz dostluğa əsaslanır. Dövlət başçısının vurğuladığı kimi, əsrlər boyu xalqlarımız arasında formalaşmış qardaşlıq münasibətləri bu gün də uğurla davam etdirilir və dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir.

Gürcüstanda müşahidə olunan siyasi sabitlik və dinamik iqtisadi inkişaf xüsusi qeyd olunmalıdır. Məhz bu sabitlik və əlverişli investisiya mühiti Azərbaycan investorlarının da bu ölkəyə marağını artırmış, nəticədə Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına milyardlarla dollar həcmində sərmayə qoyulmuşdur. Bu isə qarşılıqlı iqtisadi inteqrasiyanın real göstəricisidir.

Beynəlxalq müstəvidə Azərbaycan və Gürcüstanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi iki ölkə arasında münasibətlərin yüksək siyasi səviyyəsinin bariz nümunəsidir. Bu həmrəylik regionda sabitliyin və təhlükəsizliyin qorunmasına mühüm töhfə verir. 

Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri də Cənubi Qafqazda formalaşan yeni reallıqlardır. Bu gün regionun sülh, əməkdaşlıq və inkişaf məkanına çevrilməsi üçün tarixi imkanlar yaranmışdır. Bu imkanların reallaşdırılmasında Gürcüstanın oynadığı rol yüksək qiymətləndirilməlidir.

Enerji və nəqliyyat sahəsində həyata keçirilən iri regional layihələr, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi həm region ölkələri üçün, həm də daha geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyır. Bu layihələr enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla yanaşı, Azərbaycan və Gürcüstanın beynəlxalq əhəmiyyətini daha da artırır. Eyni zamanda, Orta Dəhliz kimi nəqliyyat marşrutlarının inkişafı regionun logistika imkanlarını genişləndirir və iqtisadi əməkdaşlığı yeni mərhələyə yüksəldir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan–Gürcüstan münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında qurulmuş nümunəvi tərəfdaşlıq modelidir. Bu model regionda digər ölkələr üçün də örnək təşkil edə bilər.

Hesab edirəm ki, mövcud siyasi iradə və strateji baxış sayəsində Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, regionda sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə mühüm töhfələr verəcəkdir.


Fatma YILDIRIM,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah əksər rayonlarda hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

16:37
08 Aprel

Enerji sahəsində Serbiya ilə əməkdaşlıq dinamik inkişaf edir

16:31
08 Aprel

Azərbaycanda nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edilib  

16:23
08 Aprel

Azərbaycan Qolf Federasiyasının yeni nizamnaməsi təsdiq olunub, quruma prezident və vitse-prezidentlər seçilib  

16:14
08 Aprel

Azərbaycana dost və qardaş olan Pakistanın fəallığı xüsusilə təqdirəlayiqdir

16:10
08 Aprel

Vens: Moskva və Kiyevin atəşkəs şərtləri ilə bağlı mövqeləri xeyli yaxınlaşıb  

16:07
08 Aprel

Birinci rübdə 235 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

15:59
08 Aprel

Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib

15:57
08 Aprel

Fransa ordusunun Yaxın Şərqdəki əməliyyatlarının xərci açıqlanıb

15:51
08 Aprel

Nazir: “Yüksəliş” müsabiqəsi qaliblərinin bilik və təcrübələrini artırmaları üçün işlər davam etdiriləcək  

15:41
08 Aprel

Azərbaycan ilə Gürcüstan arasında dostluq və əməkdaşlıq daha da möhkəmlənir

15:36
08 Aprel

Dini konfessiya rəhbərləri ABŞ Komissiyasının hesabatındakı qiymətləndirməni rədd edib - Bəyanat  

15:24
08 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

15:19
08 Aprel

Nazir: Azərbaycan qazının Serbiyaya çatdırılması tərəfdaşlığın mühüm nailiyyətlərindən biridir  

15:11
08 Aprel

Kreml İran ilə ABŞ arasında atəşkəsi alqışlayır

15:03
08 Aprel

Ukrayna Prezidenti Yaxın Şərqdə atəşkəsi alqışlayıb  

14:59
08 Aprel

İstanbulda baş verən silahlı insidentlə bağlı 11 nəfər saxlanılıb

14:55
08 Aprel

Moskva Dövlət Universitetinin Bakı filialı yuxarı sinif şagirdlərini “Açıq qapı” gününə dəvət edir 

14:53
08 Aprel

Bakıda keçirilmiş yarmarkada 30 işəgötürən 341 vakansiya təqdim edib

14:51
08 Aprel

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

14:39
08 Aprel

Körfəzdə 800 gəmi Hörmüz boğazından keçmək üçün gözləməkdədir  

14:33
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!