08 Aprel 2026 08:50
189
İQTİSADİYYAT
A- A+
ASP ölkə sənayesinin flaqmanına çevrilir

ASP ölkə sənayesinin flaqmanına çevrilir


30 rezidenti olan Ağdam Sənaye Parkında 1000-ə yaxın daimi işçi çalışır


Ağdam Sənaye Parkı (ASP) ölkəmizdə rezidentlərinin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir. İndiyədək burada 30 biznes subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib.İşğaldan azad edilmiş ərazilərimizin iqtisadiyyatında önəmli yer tutan və böyük perspektivə malik olan bu parka qoyulan investisiyalar artır, onun müəssisələrində işçi qüvvəsi də, məhsul istehsalı da çoxalır. İndiyədək parka  yatırılan sərmayənin həcmi 149,7 milyon manata çatıb. 

Hazırda Ağdam Sənaye Parkının 1000-ə yaxın daimi işçisi var. Onların da çoxu  Ağdamın və ətraf rayonların sakinləridir. İşə qəbul zamanı  yerli əhaliyə üstünlük verilməsi  işğaldan azad edilmiş ərazilərimizin sakinlərinin məşğulluq probleminin həllinə bir töhfədir.

Prezident İlham Əliyev Ağdama hər səfəri çərçivəsində sənaye parkında yeni müəssisələrin təməlini qoyur, artıq hazır olanların isə açılışında iştirak edir. Məsələn,  2024-cü il sentyabrın 19-da Prezidentimiz Ağdam Sənaye Parkında  "BAFCO İnvest" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun açılışında iştirak etdi. Bu, sənaye parkının 2,5 hektar ərazisində Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikintidə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalını həyata keçirən bir müəssisədir. İnvestisiya dəyəri 10 milyon manatdan çox təşkil  edir. Zavod ildə 510 min cüt ayaqqabı istehsalı gücünə malikdir ki, bunun da 350 min cütü təhlükəsizlik ayaqqabıları, 160 min cütünü isə poliuretan çəkmələr təşkil edəcək. İstehsal olunan məhsulların 65 faizinin yerli, 35 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır. "BAFCO İnvest" MMC sənaye parklarında tətbiq olunmuş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində xeyli vəsaitə qənaət edib.

Elə həmin gün  dövlətimizin başçısı  Ağdam Sənaye  Parkında  daha  5 müxtəlif təyinatlı müəssisənin açılışını etdi. Keçən il dekabrın 23-də isə  Prezident burada "Saloğlu Qarabağ" MMC-nin istehsal müəssisəsinin təməlini qoydu. Bu müəssisə parkda 1 hektar ərazidə yaradılacaq. Burada mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə ediləcək.

Zavodun istehsal gücü illik 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı olacaq. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. İnvestisiya dəyəri 8 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılması nəzərdə tutulub. Müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Burada 50 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.

Sözügedən vaxt  Prezident İlham Əliyev  Ağdam Sənaye Parkında "Construction" MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışını da etdi. Sənaye parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir. Məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək. 

İnvestisiya həcmi 2,96 milyon manat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon manat zəmanətli kredit ayrılıb. Bununla yanaşı, müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Həmçinin texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 443 min manat dəyərində ƏDV və gömrük rüsumlarına güzəşt əldə olunub.

Xatırladaq ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam Sənaye Parkı dövlətimizin başçısının  28 may 2021-ci il tarixli fərmanına əsasən yaradılıb. Sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Bölgənin coğrafi mövqeyi, insan resursları və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirəcək. Sənaye parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

Ümumiyyətlə, sənaye zonalarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma aiddir. O cümlədən Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah əksər rayonlarda hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

16:37
08 Aprel

Enerji sahəsində Serbiya ilə əməkdaşlıq dinamik inkişaf edir

16:31
08 Aprel

Azərbaycanda nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edilib  

16:23
08 Aprel

Azərbaycan Qolf Federasiyasının yeni nizamnaməsi təsdiq olunub, quruma prezident və vitse-prezidentlər seçilib  

16:14
08 Aprel

Azərbaycana dost və qardaş olan Pakistanın fəallığı xüsusilə təqdirəlayiqdir

16:10
08 Aprel

Vens: Moskva və Kiyevin atəşkəs şərtləri ilə bağlı mövqeləri xeyli yaxınlaşıb  

16:07
08 Aprel

Birinci rübdə 235 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

15:59
08 Aprel

Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib

15:57
08 Aprel

Fransa ordusunun Yaxın Şərqdəki əməliyyatlarının xərci açıqlanıb

15:51
08 Aprel

Nazir: “Yüksəliş” müsabiqəsi qaliblərinin bilik və təcrübələrini artırmaları üçün işlər davam etdiriləcək  

15:41
08 Aprel

Azərbaycan ilə Gürcüstan arasında dostluq və əməkdaşlıq daha da möhkəmlənir

15:36
08 Aprel

Dini konfessiya rəhbərləri ABŞ Komissiyasının hesabatındakı qiymətləndirməni rədd edib - Bəyanat  

15:24
08 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

15:19
08 Aprel

Nazir: Azərbaycan qazının Serbiyaya çatdırılması tərəfdaşlığın mühüm nailiyyətlərindən biridir  

15:11
08 Aprel

Kreml İran ilə ABŞ arasında atəşkəsi alqışlayır

15:03
08 Aprel

Ukrayna Prezidenti Yaxın Şərqdə atəşkəsi alqışlayıb  

14:59
08 Aprel

İstanbulda baş verən silahlı insidentlə bağlı 11 nəfər saxlanılıb

14:55
08 Aprel

Moskva Dövlət Universitetinin Bakı filialı yuxarı sinif şagirdlərini “Açıq qapı” gününə dəvət edir 

14:53
08 Aprel

Bakıda keçirilmiş yarmarkada 30 işəgötürən 341 vakansiya təqdim edib

14:51
08 Aprel

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

14:39
08 Aprel

Körfəzdə 800 gəmi Hörmüz boğazından keçmək üçün gözləməkdədir  

14:33
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!