19 Iyul 2024 14:54
100
DÜNYA
A- A+

Tramp xilasının  səbəbini açıqlayıb


Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı prezidentliyi dövründə miqrasiya statistikasını göstərən ekrana başını çevirərək ölümdən xilas olduğunu bildirib. “Report” xəbər verir ki, bu barədə siyasətçi respublikaçıların Miluokidə (Viskonsin ştatı) keçirilən Milli Qurultayında çıxışı zamanı danışıb.
“Bunu məndən bir daha eşitməyəcəksiniz, çünki bu barədə danışmaq ağrı verir. Arxamda mənim rəhbərliyim dövründə sərhədi keçənlərin sayını göstərən böyük ekran var idi, rəqəmlər sadəcə heyrətamiz idi. Cədvələ baxmaq üçün başımı sağa çevirməyə başladım və daha da dönməyə hazır idim, amma çox şanslı idim ki, etmədim, çünki vızıltı səsi duydum və sağ qulağıma nəyinsə böyük güclə dəydiyini hiss etdim”, – o vurğulayıb.
Tramp qeyd edib ki, o baş hərəkətini etməsəydi, “qatilin gülləsi ideal şəkildə hədəfinə tuş gələcəkdi”.
“Bu gün burada olmalı deyildim”, – Tramp söyləyib, tərəfdarları isə cavab olaraq “olmalı idin” deyə səsləniblər. 


“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video