19 Iyul 2024 16:49
109
DÜNYA
A- A+

Gürcüstanda məhbusların kütləvi amnistiyası haqqında qanun hazırlanır


Gürcüstan parlamentinin deputatları məhbusların kütləvi amnistiyası haqqında qanun layihəsini birinci oxunuşda qəbul ediblər. Bu barədə  TASS agentliyi xəbər verir.
Məlumata görə, qanun layihəsinin lehinə 82 deputat səs verib. 
Qanun layihəsinə əsasən, Gürcüstanda bütün məhkumların təxminən üçdə birinin cəza çəkməkdən tamamilə azad ediləcəyi və ya cəza müddətinin azaldılacağı gözlənilir. Eyni zamanda, sayı 10 mindən çox olan məhkumların təxminən 10 faizi azadlığa buraxılacaq.
Amnistiya 2024-cü il iyulun 1-dək törədilmiş cinayət əməllərinə görə məhkum olunmuş şəxslərə şamil edilsə də, qatilləri, narkotik vasitələrin satışı ilə məşğul olan şəxsləri, "qanuni oğruları", digər ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxsləri əhatə etməyəcək. Qanunun payız sessiyasında ikinci və üçüncü oxunuşlarda qəbul edilməsi nəzərdə tutulur. 

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video