19 Iyul 2024 16:39
121
CƏMİYYƏT
A- A+

30 ildən sonra nəşi tapılan şəhid Bəxtiyar Hümbətov Yevlaxda torpağa tapşırılıb

 

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hümbətov Bəxtiyar Əliş oğlunun meyitinin qalıqları Yevlaxda dəfn olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon sakinlərinin, şəhidin ailə üzvlərinin, Yevlax Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib.

Cənazə namazından sonra şəhid Bəxtiyar Hümbətov yaylım atəşilə Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil, gül dəstələri düzülüb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin anası Səyyarə Hümbətovaya təqdim edilib.

Qeyd edək ki, 1974-cü ildə Yevlax şəhərində anadan olan Bəxtiyar Hümbətov Birinci Qarabağ müharibəsində Kəlbəcər rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü il fevral ayının 14-də Murovdağ istiqamətində itkin düşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video