22 Avqust 2026 09:50
828
Mədəniyyət
A- A+
Torpağın dilini bilirdi

Torpağın dilini bilirdi


Başqa sahələr kimi, torpaqşünaslığın da özünəməxsus fərqli xüsusiyyətləri var. Gərək torpaqla "danışmağı" bacarasan, onun dilini biləsən. Azərbaycanda bu sahəni dərindən öyrənən, araşdıran görkəmli alimlər çox olub. Onlardan biri də dəyərli alim Şahalı Həsənovdur. 

Uzun illər torpaqşünaslıq sahəsində sanballı elmi araşdırmalar aparmış, bu mövzuda bir-birindən dəyərli əsərlər, dərsliklər yazmış Şahalı Gülmalı oğlu Həsənov 1921-ci il mayın 12-də Ağsunun Gəgəli kəndində dünyaya göz açmışdı. 1938-ci ildə kəndlərindəki yeddillik orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumuna qəbul olmuşdu. Təhsilini bitirdikdən sonra bir il orta məktəbdə  müəllim işləmişdi. Amma istəyi ali təhsil almaq, elm adamı olmaq idi. 

1941-1945-ci illər müharibəsinin başlaması çoxları kimi onun da arzularını yarımçıq qoydu. Şahalı Həsənov 1941-1942-ci illərdə Krım cəbhəsində 77-ci Azərbaycan diviziyasının tərkibində vuruşdu. Əməliyyat zamanı ağır yaralandı. Nə qədər müalicə alsa da, sağlamlığını bərpa etmək mümkün olmadı. Buna görə də onu ordudan tərxis etdilər.

Cəbhədən doğma ocaqlarına qayıtdıqdan sonra Şahalı Həsənov yarımçıq qalmış arzularını həyata keçirdi. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geoloji-coğrafiya fakültəsinə qəbul oldu. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə başladı. Müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunun Fiziki coğrafiya və hidrologiya şöbələrində baş laborant,  Əkinçilik İnstitutunun Genetika, seleksiya və toxumçuluq şöbəsində kiçik elmi işçi, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq coğrafiyası və xəritəçilik şöbəsində kiçik elmi işçi kimi fəaliyyət göstərdi.

Torpaqşünaslıq sahəsini dərindən öyrənmək, təcrübəsini daha da artırmaq üçün Şahalı Həsənov 1953-cü ildə aspiranturaya qəbul oldu. 1958-ci ildə ovaxtkı Stalinqrad Kənd Təsərrüfatı İnstitutunun ixtisaslaşmış elmi şurasında "Ağstafaçay hövzəsinin torpaqları və onların kənd təsərrüfatında istifadə edilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etdi. Araşdırmalardan yorulmayan Şahalı Həsənov 1972-ci ildə Elmlər Akademiyasının Coğrafiya İnstitutunun ixtisaslaşmış müdafiə şurasında "Cənub-Qərbi Azərbaycan torpaqlarının təbii-genetik xüsusiyyətləri və bonitirovkası" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, coğrafiya elmləri doktoru elmi dərəcəsi aldı. 

SSRİ  Torpaqşünaslıq Cəmiyyətinin, D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin, SSRİ Coğrafiya Cəmiyyətinin üzvü olan Ş.Həsənovun həyatında 1968-ci il yaddaqalan oldu. Həmin il alimin fəal iştirakı ilə ilk dəfə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyası yaradıldı. Çox keçmədi ki, alimin rəhbərliyi altında həmin laboratoriyada neçə-neçə aspirant və doktorantlar hazırlandı. 

Azərbaycan Pedoqoji İnstitutunda (indiki Azərbaycan Pedaqoji Universiteti) işlədiyi 35 il ərzində Şahalı Həsənov torpaq coğrafiyası, ümumi yerşünaslıq, yerşünaslıq və diyarşünaslıq, təbiətin mühafizəsi fənlərindən dərs dedi. Kafedraya rəhbərlik etdiyi illərdə  laboratoriya məşğələləri və çöl təcrübələrinin tədrisinin praktiki olaraq laboratoriya avadanlıqları və cihazlarla aparılmasına nail oldu.

Zaman keçdikcə Şahalı Həsənovun səsi xarici ölkələrdən gəlirdi. Alim 1976-cı ildə Almaniya Demokratik Respublikası Coğrafiya Cəmiyyətinin dəvəti ilə ADR-də elmi ezamiyyətə getdi. Onun akademik Həsən Əliyevlə birgə Almaniya Coğrafiya Cəmiyyətinin elmi jurnalında genişhəcmli məqalələri çap olundu. Ş.Həsənov 1963-1965-ci illərdə elmi ekspert və sovet mütəxəssislər qrupunun rəhbəri kimi Birmaya ezam edildi. Professor Yanqon şəhərində gənc mütəxəssislər qarşısında elmi mühazirələr oxudu. 

Onun "Torpaq nədir", "731-gün Birmada" adlı kitabları, həmçinin "Elm və həyat", "Azərbaycan təbiəti" jurnal və qəzetlərdə dərc olunmuş, "Dəmir dağlar", "Palçıq vulkanları necə əmələ gəlir", "Qitələrin adları haradan alınmışdır?" kimi məqalələri oxucular tərəfindən böyük maraqla qarşılandı.

Professor Ş.Həsənovun 300-dən çox elmi, elmi-kütləvi əsəri, o cümlədən 10  monoqrafiyası çap olunmuşdur. Bunlarla yanaşı, o, 100-dən çox xəritənin, ali məktəblər üçün dərslik və dərs vəsaitinin, dərs proqramlarının, torpaqşünaslıq və coğrafiya fənləri üzrə 6 dildə terminlər lüğətinin müəllifidir. Onun ingilis, alman və fars dillərinə tərcümə olunmuş bir neçə əsəri də çapdan çıxmışdır. Professor həm Azərbaycanda, həm də keçmiş ittifaq respublikalarında 50-dən çox dissertasiyaya opponentlik etmiş, onlarca avtoreferata rəy yazmışdır.

Görkəmli elm xadimi, təcrübəli pedaqoq, Əməkdar müəllim Şahalı Həsənov 2015-ci il avqustun 14-də dünyasını dəyişmişdir.

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

21:47
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur  

21:12
23 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir  

21:07
23 Avqust

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub 

21:03
23 Avqust

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir  

20:57
23 Avqust

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli 

20:51
23 Avqust

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb  

20:50
23 Avqust

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

20:47
23 Avqust

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

20:45
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!