04 Aprel 2026 08:20
139
SİYASƏT
A- A+
TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi


Prezident İlham ƏLİYEV: "Bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır"


Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünü regional diplomatiyada yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar. Görüş üzv dövlətlər arasında iqtisadi, siyasi və mədəni əməkdaşlığın gücləndirilməsinə imkan yaratmaqla yanaşı, Azərbaycanın təşkilatdakı strateji rolunu möhkəmləndirdi. 

İki gün keçirilən tədbir TDT-nin gələcək prioritetlərinin müəyyənləşdirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq təşəbbüslərin irəliləməsi baxımından vacib mesajlar verdi.  Görüşün nəticələri yalnız təşkilatın birliyi üçün deyil, həm də regionda sülh, sabitlik və inteqrasiya proseslərinə təsir edə biləcək siyasətlərin formalaşması üçün əhəmiyyətli oldu. Bu baxımdan görüşün iqtisadi əhəmiyyətini xüsusi  vurğulamaq lazımdır. Çünki TDT  çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması, investisiya mühitinin yaxşılaşdırılması və ortaq layihələrin reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu mənada Bakı görüşü nəqliyyat-logistika dəhlizlərinin inkişafı, enerji əməkdaşlığının dərinləşdirilməsi və rəqəmsal iqtisadiyyat sahəsində inteqrasiyanın gücləndirilməsinin prioritet  olduğunu  nümayiş etdirdi. Tədbir Orta dəhlizin inkişafı, regional nəqliyyat marşrutlarının şaxələndirilməsi və ticarət axınlarının genişləndirilməsi fonunda iqtisadi təşəbbüslərin irəli sürülməsinə və üzv dövlətlər arasında koordinasiyanın güclənməsinə mühüm töhfə verdi. 

Məhz bu məqamlar Prezident İlham Əliyevin TDT-yə üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərini qəbul edərkən səsləndirdiyi fikirlərdə  öz əksini tapıb: "Təbii ki, iqtisadi məsələlərlə, sərmayə qoyuluşu məsələləri ilə yanaşı, bu gün bizim hamımızın qarşısında duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarımızı genişləndirməkdir. Prinsip etibarilə buna hər zaman ehtiyac var. Çünki ölkələrimizdən keçən Orta dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi (TRIPP), bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır. Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb. Dəmir yolları, Bakı Ticarət Limanı, bizim avtomobil yollarımız, hava limanlarımız - bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib".

Qeyd edək ki, bu cür yüksəksəviyyəli təmaslar üzv dövlətlər arasında qərarların daha operativ şəkildə razılaşdırılmasına, ortaq siyasətlərin formalaşmasına və uzunmüddətli strateji hədəflərin müəyyənləşdirilməsinə imkan yaradır. Görüş TDT çərçivəsində çoxtərəfli əməkdaşlığın daha funksional və effektiv hala gətirilməsi istiqamətində atılan addımların davamı kimi qiymətləndirilə bilər. Bu, təbii ki, təşkilatın beynəlxalq arenada nüfuzunun artmasına və qlobal proseslərdə daha fəal iştirakına şərait yaradır.

Məhz bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin  məlum görüşdə səsləndirdiyi fikirlər TDT-nin prioritetləri və gələcək istiqamətləri barədə açıq mesajlar verir: "Təbii ki, təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq. Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq".

Azərbaycan üçün isə belə tədbirlərin paytaxtımızda keçirilməsi ölkənin diplomatik platforma kimi rolunu gücləndirir, onu regionda dialoq və əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirir. Bu amil həm siyasi, həm də iqtisadi baxımdan ölkənin mövqelərinin möhkəmlənməsinə xidmət etməklə yanaşı, bir neçə mühüm istiqamət üzrə strateji nəticələr doğurur. Bakı platforması vasitəsilə ölkəmiz yalnız coğrafi deyil, həm də siyasi və iqtisadi baxımdan türk dünyasının əsas əlaqələndirici mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirir.

Onu xüsusi qeyd etməliyik ki, bu cür yüksəksəviyyəli görüşlərin Bakıda keçirilməsi türk dünyasının birliyi ideyasının praktik müstəvidə daha da gücləndiyini nümayiş etdirir. Üzv dövlətlər arasında qarşılıqlı etimadın artması, ortaq maraqların daha aydın ifadə olunması və koordinasiyalı siyasətin formalaşması TDT-nin sözdə deyil, real əməkdaşlıq müstəvisində inkişaf etdiyini göstərir. Bununla yanaşı, Bakı görüşü TDT-nin gələcək perspektivləri baxımından da mühüm mesajlar  verdi. Görüş türk dünyasına və digər beynəlxlq qurumlara diktə etdi  ki, təşkilat,  sadəcə, mədəni və siyasi platforma deyil, o, getdikcə iqtisadi və geostrateji fəaliyyət sahəsi kimi də formalaşır. Bu da təbii ki, TDT-nin uzunmüddətli perspektivdə regionda və ondan kənarda təsir imkanlarının genişlənəcəyindən xəbər verir.

Göründüyü kimi, TDT-yə üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin Bakıdakı ikinci görüşü təşkilat  üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan önəmli bir mərhələ kimi mühüm əhəmiyyət kəsb edir. Görüş türk dünyasında birliyin və strateji həmrəyliyin vacibliyini bir daha nümayiş etdirdi, eləcə də TDT-yə üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və gələcək əməkdaşlıq üçün dayanıqlı zəmin yaratmaq baxımından da önəmli rol oynadı.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!