04 Aprel 2026 09:10
159
İDMAN
A- A+
İdman həm də sağlam sabahdır

İdman həm də sağlam sabahdır


Cəlilabad gəncləri və yeniyetmələrində idmana həvəs ənənədən gəlir


Cəlilabadda əvvəllər də adlı-sanlı idmançılar çox olub. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin respublikaya birinci rəhbərliyi zamanı rayonda uşaq idman məktəbinin işləri canlandırılıb və uşaq şahmat məktəbi fəaliyyətə başlayıb. 

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkəmizdə  idman sahəsində də böyük irəliləyişlər əldə olunur. Mötəbər beynəlxalq yarışlara evsahibliyi edən Azərbaycanın idmançıları həm evdə, həm də müxtəlif ölkələrdə keçirilən yarışlarda medallar qazanır, bayrağımızı dalğalandırır, himnimizi səsləndirirlər. 

Belə qələbələrin qazanılmasında bölgələrimizin, o cümlədən Cəlilabadın da  payı az deyil. Rayonda idmana dövlət səviyyəsində qayğı var.  2012-ci ildə istifadəyə verilmiş olimpiya idman kompleksi və digər idman qurğuları bu gün cəlilabadlı yeniyetmələrin, gənclərin ixtiyarındadır. Mükəmməl idman infrastrukturuna malik olimpiya idman kompleksi müasir standartlara cavab verir və burada müxtəlif idman növləri ilə peşəkar səviyyədə məşğul olmaq üçün hər cür müasir şərait var. 

Cəlilabadda idmanın ayrı-ayrı sahələrinə, xüsusən sərbəst güləş növünə maraq keçmişdən olub. Rayonda güləş idman məktəbinin təməlini SSRİ idman ustası, respublikanın Əməkdar məşqçisi Ərəbxan Hətəmov qoyub. O öz vəsaiti hesabına həyətində məşq zalı tikərək sərbəst güləş üzrə pəhləvanlar yetişdirib. Onun  yetirmələrindən biri 1984-cü ildən SSRİ idman ustası olan Əməkdar məşqçi Telman Quliyevdir. Əvvəllər orta məktəbdə idman müəllimi işləyən, hazırda 70 yaşı olan Telman müəllim 1979-cu ildən bəri uşaq-gənclər idman məktəbində yeniyetmə və gənclərə ustadından aldığı peşənin sirlərini öyrədir. Onun yetirmələri arasında adlı-sanlı idmançılar - I Qarabağ müharibəsinin könüllü döyüşçüsü, SSRİ idman ustası Şahin Hüseynov, Qarabağ müharibəsi qazisi Nurəddin İsmayılov, respublikanın Əməkdar məşqçisi Ceyhun Ağamalıyev və onlarca belə güləşçilər çox olub. 

Telman Quliyev həm də Vətən müharibəsinin və 2023-cü il antiterror əməliyyatının iştirakçısı, qazi, Prezidentin sərəncamları ilə orden və medallarla təltif edilmiş Ziya Quliyevin atasıdır. Ziya da idmançıdır, basketbolla məşğul olur. O, Ukraynada İqtisad Universitetini bitirib və hazırda rayon mərkəzi xəstəxanasında ixtisasına uyğun vəzifədə çalışır. 

Bu gün də rayon idmançıları ölkə və beynəlxalq səviyyəli yarışlarda tez-tez fərqlənirlər. Yanvar ayında Lənkəranda uşaq və yeniyetmə şahmatçıların yarışında Cəlilabad məktəbliləri - 8 yaşadək qızlar arasında Zərifə Rəhmanzadə birinci, 12 yaşadək qızlar arasında Rüqəyya Niftalıyeva və 14 yaşadək qızlar arasında Nəzrin Bağırova, eləcə də 8 yaşadək oğlanlar arasında Məhəmməd Urşanov ikinci olublar. 

Cəlilabad basketbolçuları da son illər yarışlarda yüksək nəticələr əldə edirlər. "Cəlilabad" BK Azərbaycan Basketbol Liqasına daxil olduqdan sonra rəsmi yarışlarda güclü oyun nümayiş etdirir. 

Hər ilin sonunda - 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi yarışlar keçirir. Bu il də  yunan-Roma güləşi üzrə təşkil edilən turnirdə cəlilabadlı idmançılar fərqləniblər.  

İllərdən bəridir ki, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü Cəlilabadda  təntənəli qeyd olunur, rayon səviyyəsində yarışlar keçirilir, yerli idmançılar müxtəlif turnirlərə qatılırlar. Rayonun adlı-sanlı idmançılarının hakimlik etdikləri bu idman festivalında rayon rəhbərliyi, idarə və müəssisələrin işçiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.  

Bununla belə idman sahəsində Cəlilabadda hələ görüləsi işlər çoxdur. Məsələn, futbolu inkişaf etdirmək, o cümlədən şəhərdəki futbol meydançasını abadlaşdırmaq, "Abad həyət" layihəsi çərçivəsində məhəllələrdə kütləvi idman qurğuları quraşdırmaq və s. bu kimi işlər bütövlükdə gənclər və yeniyetmələr arasında idmana marağı daha da artırardı.


Seyran CAVADOV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!