28 Sentyabr 2024 08:45
389
İQTİSADİYYAT
A- A+
Taxıl, üzüm, kartof, bal… 

Taxıl, üzüm, kartof, bal… 


Tovuz torpağı kəndlinin təknəsini heç vaxt çörəksiz qoymur


Payızdır, istilər bir qədər səngiyib. Belə bir vaxtda kənd adamları yetişdirdikləri məhsullarını yığıb-yığışdırmaqla məşğuldurlar. Tovuzda da belədir. Heç kim istəmir ki, min bir əziyyətlə ərsəyə gətirdiyi məhsulu sahədə, bağda qalsın. 

Məlum olduğu kimi, Tovuz ölkəmizin iri kənd təsərrüfatı rayonlarından biridir. Hazırda rayonda 131211 hektar əkinəyararlı torpaq sahəsi var. Rayon sakinləri bu torpaqlarda hər il bol kənd təsərrüfatı məhsulları yetişdirirlər. Ən çox diqqət taxılçılığa yönəldilir. Əvvəlki illərdə olduğu kimi, bu il də təsərrüfat sahibləri taxılçılıqda yüksək göstəricilərə nail olmuşlar - 12391 hektardan 41199 ton məhsul biçmişlər. Məhsuldarlıq 33,3 sentnerə yüksəlmişdir. 

Rayonda taxılçılığın inkişafında gərgin əmək sərf edən çoxlu sayda fermerlər var. Onlardan Ədalət Məhərrəmov istifadəsində olan 100 hektar sahədə taxıl əkmiş və zəmilərdən bol məhsul götürmüşdür. Tovuz Aqrokompleks, "Tovuz Aqro", "Agro Dairy" MMC-lər də taxıl istehsalında yüksək nəticələrə nail olmuşlar.

Kartofçuluq rayonda ənənəvi sahədir. Təkcə cari il 5496 hektarda kartof toxumu əkilmişdir. Son məlumata görə, hər hektardan 298 sentner olmaqla 157210 ton məhsul toplanmışdır. Rayonda bu sahədə də zəngin təcrübə toplamış onlarla təsərrüfat var. 

Yeri gəlmişkən qeyd edək ki, istehsal olunmuş kartofun, eləcə də digər məhsulların saxlanması üçün rayonda bir neçə təsərrüfatda soyuducu anbar fəaliyyət göstərir. Lakin kartof istehsalı ilə məşğul olan fermerlərin bir məsələ ilə bağlı giley-güzarı var. Söhbət zamanı onlar dedilər ki, əvvəllər xaricdən idxal olunan kartofa görə gömrük rüsumu ödənilirdi ki, bunun da nəticəsində gətirilən kartof bir qədər baha qiymətə satılırdı. Nəticədə yerli kartofun da qiyməti qalxırdı. Bir ildir ki, bu idxal rüsumu dayandırıldığından gətirilən məhsulla yanaşı, yerli məhsulun da qiyməti aşağı düşmüşdür ki, bu da fermerlərə sərf etmir, yəni bəzən onlar məhsulu maya dəyərindən aşağı satmalı olurlar. 

Söz ki, qazancdan düşdü, iqtisadi cəhətdən gəlirli olan üzümçülükdən yan keçmək olmaz. Məlum olduğu kimi, sovet dövründə Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda üzümçülük sürətlə inkişaf etmişdi. Hətta respublikada üzüm istehsalı 2 milyon tonu ötmüşdü. Bu da öz növbəsində aqrar-sənaye kompleksinin inkişafına, kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdu. Həmin illər Tovuz rayonunda 10 min hektara yaxın üzüm plantasiyaları salınaraq illik məhsul istehsalı 120 min tona çatmışdı ki, bunun da nəticəsində rayon ərazisində 12 şərab emal müəssisəsi fəaliyyət göstərirdi. Lakin 80-ci illərin ortalarından başlayaraq keçmiş sovetlər birliyinin rəhbərliyi tərəfindən aparılan antialkoqol kampaniyası çərçivəsində Azərbaycanda da böyük zəhmət bahasına yaradılmış üzüm bağları məhv edildi və təsərrüfatlar, yəni əhali bu gəlir mənbəyindən məhrum oldular. 

Yalnız 15 dekabr 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "2012-2022-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" təsdiq edildikdən sonra ölkədə, o cümlədən Tovuzda bu sahənin dirçəldilməsinə başlandı. Nəticədə bir neçə il ərzində rayon üzrə üzüm bağlarının sahəsi 1150 hektara çatdı. Hazırda bu bağların 1070 hektarı barverəndir. Əvvəlki illərdə olduğu kimi, cari mövsüm də həmin bağlarda bol məhsul yetişmişdir. İndiyədək plantasiyaların hər hektarından 284 sentner olmaqla 7250 ton məhsul toplanmışdır. Məhsul yığımı isə davam edir. Üzümçülükdən yazıb fermerlərdən Kamil Hüseynov, İbrahim Məmmədov, Sayad Qılıcov, Səkinə Həsənova, İsmayıl Hüseynovun adlarını çəkməmək insafsızlıq olar. Onların hər birinin rayonda üzümçülüyün inkişafında sanballı payı var. 

7 ilə yaxındır ki, rayonda tütünçülük də inkişaf edir. Bu il 9,5 hektarda tütün bitkisi əkilmişdir. İndiyədək 2,31 ton quru tütün yığılaraq təhvil verilmişdir. Onu da bildirək ki, tütünçülük də gəlirli sahə sayılır. Necə deyərlər, özü ziyanlı olsa da, təsərrüfat sahibi üçün xeyirlidir. 

Əvvəlki illərdən fərqli olaraq, bu il rayonda meyvə tədarükü də artmışdır. 1559,1 hektar meyvə və giləmeyvə bağından indiyədək 11064,3 ton məhsul yığılmışdır. Şəkər çuğunduruna gəldikdə, onun əkin sahəsi 1162,6 hektara çatdırılmışdır. Təkcə "Aqro Dairu" MMC tərəfindən bu il 1099,5 hektarda şəkər çuğunduru əkilmiş, indiyədək hər hektardan 673,8 sentner olmaqla 74085,6 ton məhsul yığılmışdır. 

Bir neçə fakt da bu günün ən vacib sahəsi sayılan heyvandarlıq barədə. Cari ilin əvvəlinə olan məlumata görə, Tovuzun təsərrüfatlarında 41 min başdan çox qaramal, 164 min başdan çox davar bəslənilir. Ceyrançöl ərazisində 550 hektar sahədə "Tovuz Aqro MMC" aqrokompleks fəaliyyət göstərir. Aqrokompleksin ərazisi 1500 baş qaramal, 2400 baş davarın saxlanılmasına imkan verir. Hazırda aqrokompleksdə 1000 başdan artıq ətlik istiqamətli mal-qara, 2400 başa qədər damazlıq qoyunlar saxlanılır. Son illər heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün heyvanlarda süni mayalanmaya üstünlük verilir. Rayonda 4 süni mayalandırma mütəxəssisi fəaliyyət göstərir. İl ərzində 1211 baş inəkdə süni mayalanma aparılmış və 520 baş sağlam buzov alınmışdır. 

Artıq bazarda Tovuz balı da tanınmağa başlanmışdır və bu, səbəbsiz deyil. Bu gün rayon ərazisində 13438 arı ailəsi var. Hər bir arı ailəsindən 12-15 kiloqrama qədər bal götürülür. Peşəkar arıçı Xəyal Qarayev və Qabil Hacıyev 130-dan çox arı ailəsinə qulluq edirlər. Onlar yay mövsümündə pətəkləri Tovuzun səfalı dağ kəndlərinə köçürdüklərindən məhsullarının alıcısı başlarının üstündədir. 


Sabir ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

21:06
28 Sentyabr

Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi 

20:25
28 Sentyabr

“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

20:23
28 Sentyabr

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

19:46
28 Sentyabr

XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır  

19:41
28 Sentyabr

Azərbaycanda torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşib

19:40
28 Sentyabr

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib

19:36
28 Sentyabr

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

18:33
28 Sentyabr

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

18:30
28 Sentyabr

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

Çadda saxlanılan rusiyalılar azad ediləcək

16:44
28 Sentyabr

Minifutbol üzrə Azərbaycan çempionatı: Birinci turun oyunları bəlli oldu

16:32
28 Sentyabr

Monteneqroda keçirilən AOK-un 44-cü seminarı öz işini başa vurub

16:06
28 Sentyabr

BRICS onlarla dövləti əhatə edəcək - AÇIQLAMA

15:31
28 Sentyabr

Haiti Fransadan təzminat tələb edir

15:30
28 Sentyabr

Dağıstandakı partlayışda ölü sayı artır   

15:03
28 Sentyabr

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb

15:01
28 Sentyabr

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə təlim keçirilib

14:25
28 Sentyabr

Özbəkistan Prezidenti: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu regional inkişafa töhfə verəcək  

14:24
28 Sentyabr

Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü olub

14:22
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!