27 Sentyabr 2024 09:00
226
İQTİSADİYYAT
A- A+
Ölkəmizdə dağ turizmi də inkişaf edir

Ölkəmizdə dağ turizmi də inkişaf edir


Azərbaycanda son illər  turizmin inkişaf etmiş sahələrindən biri də dağ turizmidir. Dağ turizmi deyəndə ilk yada düşən ölkəmizin şimal bölgəsində ilboyu  fəaliyyətdə olan "Şahdağ" qış-yay turizm kompleksi olur. "Şahdağ" qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir.

Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə - Şahdağ Milli Parkının ərazisində yerləşən "Şahdağ" qış-yay turizm  kompleksinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Yarandığı gündən keçmiş MDB məkanında və digər xarici ölkələrdə dağ turizmi həvəskarlarının diqqətini çəkən bu kompleksdə sonralar avtomobil yolu genişləndirilib, körpülər tikilib, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. 

Ölkəmizdə dağ-xizək kurortlarına maraq böyükdür. Şahdağ kompleksi fəaliyyətə başlayandan turizm şirkətləri bu məkana yüzlərlə turlar təşkil etmişlər. Mütəxəssislərin fikrincə, dağçılıq idmanı bütün dünyada, o cümlədən də Azərbaycanda populyarlıq qazanıb. Artıq ölkəmizin müxtəlif bölgələrində bu idman növü üzrə 50-dən çox klub fəaliyyət göstərir. İdmançılarımızın sayı isə təxminən 5 minə yaxındır. Onların arasında dağ idmanı üzrə beynəlxalq təcrübəyə yiyələnən onlarca bələdçi var. Ona görə dağ turizminə maraq göstərən şirkətlərin və turistlərin sayı ildən-ilə çoxalır. 

Böyük Qafqazda, əsasən də Şahdağ silsiləsində dağ turizmi üzrə yay və qış marşrutları fəaliyyətdədir.  Mövsümlə əlaqədar burada Gürcüstandan və Rusiyadan gəlmiş velosipedçilər və skeytbordçular  çoxluq təşkil edir. Xüsusi ayrılmış velocığırlarla yarışan dağ velosipedçiləri və hündürlükdəki maneəni aşmaq üzrə yarışan skeytbordçuların adrenalin dolu performansları  izləyicilərə həyəcanlı anlar yaşadır.  Bu marşrutların üzərində daldalanacaq yerləri, düşərgələr salınması üçün ərazilər müəyyənləşdirilib, eyni zamanda təhlükəsizliklə bağlı müxtəlif işlər görülüb.

Azərbaycanın cənub qapısı olan Naxçıvanda da dağ turizmi sahəsində diqqətçəkən məqamlar çoxdur. Yamac paraşütçüləri Şahbuz rayonunun ərazisində, dağların qoynunda yerləşən Ağbulaq İstirahət Mərkəzində maraqlı uçuşlar həyata keçirirlər. Əlincəqalanın zirvəsindən də uçuşlar olur. İzləyicilərə maraqlı anlar yaşadan paraşüt səyahəti muxtar respublikada bir ilk olmaqla, turizmin hərtərəfli inkişafından xəbər verir.

Ekspertlərin fikrincə, Naxçıvanda son illər qış və dağ turizmində mühüm canlanma müşahidə edilir. İdmanın hava və ekstremal növləri ilə məşğul olanlar Naxçıvanda mövcud olan bu imkanlara maraq göstərirlər. Son bir neçə ildir ki, xarici ölkə alpinistləri muxtar respublikanın əzəmətli dağlarına maraqlı səfərlər edir, həmin anları sosial şəbəkələrdə böyük həvəslə paylaşırlar.

Ölkəmizdə dağ turizminin inkişafı prioritet məsələlərdəndir. Hazırda bu istiqamətdə erməni işğalından azad edilmiş Şuşa, Laçın və Kəlbəcərdə böyük tikinti-quruculuq işləri həyata keçirilir. Qarabağda və Şərqi Zəngəzurda mədəniyyət, təbiət, sağlamlıq, dağ-xizək turizmi istiqamətləri üzrə zəngin resurslar var. Təbiət turizmi üzrə piyada yürüşləri (hayking), yamac paraşütü, dağ velosipedi, dağ çaylarında qayıqçılıq idman növlərinə hazırlıq görülür. Mütəxəssislər bildirirlər ki, Şuşa, Laçın, Kəlbəcərin təbiətində turizm növlərinin inkişafı nisbətən daha böyük potensiala malikdir. Sağlamlıq turizmi üzrə termal bulaqlar, isti vannalar, iqlim kurortları turistlərə təklif edilə bilər. Dağ-xizək turizm istiqaməti üzrə insanlara istər Laçında və Kəlbəcərdə, istərsə də Şuşada və bu yerlərə yaxın dağlıq ərazilərdə müxtəlif xidmətlər göstərmək üçün şərait yaradılacaq. 

Laçın təbiət yasaqlığında qırmızı palıd meşələri, mineral sular, bir neçə min il yaşı olan arxeoloji abidələrin mövcudluğu qış turizm mərkəzinin yaradılmasını yaxın vaxtlarda reallaşdıracaq.

Gümrahlıq və xoş ovqat yaradan dağ turizmi üçün Kəlbəcərdə çəmənliklərdə piyada yürüşləri, Qarabağ yaylağında və Qarabağ silsiləsində dağ yürüşləri, Dəlidağın yamaclarındakı İstisuda müalicə və istirahət, Qafqaz Albaniyası memarlığının incisi Gəncəsər monastırına yürüşlər və s. təşkil edilməsi ölkəmizdə dağ turizmini daha da diqqətçəkən edəcək. Burada qış turizminin yaradılması baxımından kurort mehmanxana və sanatoriyaların tikilməsi sürətlə davam etdirilir. 

Ötən il avqustun 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Kəlbəcər və Laçın rayonlarında olarkən dövlətimizin başçısı demişdir: "Bu da gözəl Kəlbəcər dağları, hər tərəf dağ, çay, meşə, cənnətməkan. Cənnətə də çevriləcəkdir".

Son üç ildə Qarabağ və Şərqi Zəngəzurda quruculuq, tikinti-quruculuq işləri sürətlə aparılır. Bunu  Fizuliyə, Laçına, Zabuxa, Şuşaya və digər ərazilərə, öz doğma ata-baba yurdlarına qaydan ailələrin timsalında da aydın görmək olur. 

Mütəxəssislərin fikrincə, Laçında, Şuşada, Kəlbəcərdə olduğu kimi, Gədəbəydə də dağ turizminin yaradılmasına  yaxşı şərait var. Ötən il Gədəbəyə yerli turistlər bir yana, dünyanın 26 xarici ölkəsindən yüzlərlə səyahətçi gəlmişdi.

Qazaxda, Şəmkirdə, Göygöl ətrafında, Daşkəsəndə, Goranboyun dağlıq ərazisində, Quba, Qax, Astara, Lerik, Yardımlı kimi məkanlarda da dağ turizminin inkişafı üçün imkanlar genişdir. Bu təbii imkanlardan istifadə etmək üçün həmin ərazilərdə müvafiq infrastruktur yaradılır. 

Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyan dağ turizmi özünün maraqlı və güvənli dövrünü yaşayır. Bu, Azərbaycanın dünyada tanıdılması, ölkəmizin inkişafı, insanların sağlamlığı və yeni iş yerlərinin açılması baxımından çox əhəmiyyətlidir.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Füzulidə Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarət olunub

11:24
27 Sentyabr

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

11:21
27 Sentyabr

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib

11:20
27 Sentyabr

27 Sentyabr - Anım Günü ilə əlaqədar fləşmob təşkil olunub 

11:18
27 Sentyabr

Prezident İlham Əliyev Zəfər parkında olub YENİLƏNƏCƏK

11:17
27 Sentyabr

Tramp Harrisi yalan danışmaqda itiitham etdi

11:13
27 Sentyabr

Ankarada 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi anılacaq

09:51
27 Sentyabr

Azərbaycan və Monteneqro arasında ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb

09:49
27 Sentyabr

Ceyhun Bayramov misirli həmkarını Ermənistanla normallaşma prosesinin gedişatı barədə məlumatlandırıb

09:49
27 Sentyabr

Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

09:48
27 Sentyabr

“Qarabağ” məğlubiyyətlə başladı

09:38
27 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

09:25
27 Sentyabr

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib

09:13
27 Sentyabr

Ermənistanda məyusluq hökm sürür

09:10
27 Sentyabr

Martinikdə Fransa müstəmləkəçiliyi ilə mübarizə güclənir

09:05
27 Sentyabr

Ölkəmizdə dağ turizmi də inkişaf edir

09:00
27 Sentyabr

Cəbrayıl - Qayıdışın yeni ünvanı

08:55
27 Sentyabr

Nazir Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirib

08:50
27 Sentyabr

Vüsalın şəhadət zirvəsi 

08:45
27 Sentyabr

Ziyanın nuru 

08:40
27 Sentyabr

Əbədi ehtiram ünvanı

08:35
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!