20 Mart 2025 09:05
478
SİYASƏT
A- A+
Tariximizin qanlı səhifəsi - 31 Mart Azərbaycanlıların Soyqırımı Günü

Tariximizin qanlı səhifəsi - 31 Mart Azərbaycanlıların Soyqırımı Günü


Ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların bitməsindən uzun illər keçmirdi. 1905-1907-ci illərdə azğınlaşmış ermənilər Azərbaycanın bir çox yerlərində dəhşətli cinayətlər həyata keçirmişdilər. Daşnaklar uşaqlara, qocalara, şikəstlərə belə acımamış, günahsız soydaşlarımıza dözülməz işgəncələr verərək qətlə yetirmişdilər. Azərbaycan xalqının göz yaşları hələ qurumamış, yaraları qaysaq bağlamamışdı. 

Qırğınlar bitər-bitməz ermənilər yenə qəddar simalarını gizlədərək özlərini əvvəllər olduğu kimi, yazıq, aciz, mehriban göstərməyə başlamışdılar. Ancaq elə ki, tabeçiliyində olduqları çar Rusiyasında ictimai-siyasi vəziyyət dəyişməyə başladı, inqilabi hərəkat bütün imperiyanı bürüdü, ermənilər məkrli niyyətlərini reallaşdırmaq üçün məqamın yetişdiyi qənaətinə gəldilər. Və hərəkətə keçdilər. Planları isə çoxdan hazır idi.

1917-ci ilin fevral inqilabı çar hökumətinin süqutu ilə nəticələndi. Həmin ilin oktyabrında Rusiyada yenidən inqilab baş verdu. Bolşeviklər hakimiyyəti ələ keçirdilər. Lakin yeni hökumətin bir sıra məsələlərdə mövqeyi çarizmlə müqayisədə qətiyyən dəyişməmişdi. Odur ki, erməni daşnakları bu dəfə bolşevik adı ilə köhnə planlarını həyata keçirməyə başladılar. Onlardan biri də Stepan Şaumyan idi. Bolşevik hökumətinin rəhbəri V.İ.Leninin fövqəladə Zaqafqaziya komissarı vəzifəsinə təyinatı ilə Bakıya gələn S.Şaumyan hakimiyyəti ələ keçirdi. "Daşnaksütyun" partiyasının çoxdan qurduğu azərbaycanlılara qarşı soyqırımı planını Bakıda həyata keçirənlərə indi də o, rəhbərlik edirdi. Hələlik isə S.Şaumyan genişmiqyaslı qətliamlara hazırlıq görürdü.

Bolşeviklər hakimiyyətə gəldikdən sonra Rusiya Birinci Dünya müharibəsindən çıxdı. Əsgərlər döyüş bölgələrini tərk etdilər. Bu zaman Qafqaz cəbhəsində olan Rusiya hərbi hissələrinin tərkibindəki erməni zabit və əsgərləri silahlarını təhvil vermədilər. Onlar Azərbaycana, əsasən, Bakıya üz tutdular. S.Şaumyan da azərbaycanlılara qarşı amansız mübarizə aparmaq üçün əlindəki hakimiyyətdən və bu hərbi hissələrin gücündən istifadə etdi.

Dəhşətli hücumlara keçmək üçün bütün hazırlıqlar görüldü. Başlamaq üçün yalnız bəhanə lazım idi... 1918-ci il martın 30-da axşam saatlarında Bakıda açılan ilk atəşlə bolşevik-daşnak birləşmələrinə hücuma keçmək əmri verildi. 30 mart-1 aprel tarixlərində Bakıda 12 min dinc azərbaycanlı öldürüldü. Qədim şəhərin yalnız sakinlərinə yox, özünə də divan tutdular. Müsəlmanların ibadət yerlərinə, Müsəlman Xeyriyyə Cəmiyyətinin binasına - "İsmailiyyə"yə, "Açıq söz" qəzetinin redaksiyasına, "Kaspi" mətbəəsinə od vurdular. Şəhərdə talanlar başladı.

31 Mart soyqırımı adı ilə tarixə yazılan bu dəhşətli hadisələrin nəticələri o qədər ağır idi ki, şahidi olan, yaxud onu araşdıran əcnəbilər də öz sarsıntılarını gizlədə bilmədilər. Amerikalı alim Leonard Ramsden Hartill ermənilərin Bakıda 25 min müsəlmanı qətlə yetirdiklərini yazdı. ABŞ tarixçiləri Boqdan Nahoylo və Vinter Svoboda qeyd edirdilər ki, 20 min döyüşçünün iştirak etdiyi bu toqquşma Bakıda sovetlərin qələbəsi ilə nəticələndi. ABŞ-nin Harbord missiyasının hesabatında yazılırdı ki, ermənilər 1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını qətlə yetirdilər. ABŞ tarixçiləri C.Makkarti və K.Makkarti də 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin 8 mindən 12 minədək müsəlmanı öldürdüyünü və şəhərin türk əhalisinin yarısının qaçdığını bildirirdilər. 

ABŞ-nin kəşfiyyat mənbələrinə görə, Cənubi Qafqazda qırğınlar zamanı 60 min Azərbaycan türkü qaçqına çevrilmiş, 420 müsəlman kəndi dağıdılmışdır.

İngilis müəllifi Peter Hopkirk "Bitməyən oyun" adlı əsərində bildirirdi ki, ingilislər almanların və türklərin Hindistana gedən yolunu kəsmək, ermənilər şərqdə və qərbdə zəngin Azərbaycan torpaqlarına sahib olmaq, ruslar isə zəngin Bakı neftinə yiyələnmək istəyirdilər. İngilis nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri teleqramda ermənilərin bolşeviklərlə birləşərək özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdikləri deyilirdi. İngilis mənbələrində o da bildirilirdi ki, mart ayında Bakıda müsəlman əhalinin dörddəbiri qətlə yetirilib. Müstəqil əcnəbi tədqiqatçılarından biri mart qırğınları haqqında yazırdı: "Ermənilər müsəlman əhalini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlərqarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər".

Həmin günlər İranın Bakıdakı konsulu M.S.Marağayinin küçə və həyətlərdən cəsədlərin toplanması və dəfn edilməsi üçün yaratdığı xüsusi komissiya tərəfindən də fotoşəkillər çəkildi. Onların biri - qətlə yetirilmiş insanların cəsədi üzərində duran konsulun özünün təsvir edildiyi şəkil sonralar "Bakı şəhərində müsəlmanların kütləvi qırğını" adlı "poçt-kart" şəklində çap edilərək Bakı şəhərində müsəlmanlara qarşı törədilmiş cinayətlərin sübutu kimi İranda və digər ölkələrdə geniş yayılmışdır.

Professor Musa Qasımlı yazır: "Həmin dövrün statistik məlumatlarından aydın olur ki, bu zaman Bakıda 280-300 min nəfər əhali yaşayırdı. Onun 80-100 min nəfəri azərbaycanlı, digərləri isə çarizmin müstəmləkə siyasəti nəticəsində yerləşdirilənlər idi. Deməli, 80-100 min nəfər azərbaycanlı əhalinin dörddəbiri 20-25 min nəfər edir. Bu rəqəm bəzi amerikan mənbələrində yazılanlar ilə eyniyyət təşkil edir".

Bakıdan sonra bolşevik-daşnak hərbi birləşmələri soyqırımını Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur, Göyçay, Kürdəmir, Salyan və Lənkəran qəzalarında  davam etdirdilər. Ermənilər yalnız milli mənsubiyyətinə görə on minlərlə dinc azərbaycanlını - qadını, uşağı, qocanı vəhşicəsinə qətlə yetirdilər, yaşayış yerlərini xarabalığa çevirdilər, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri və qəbiristanlıqları uçurub dağıtdılar, yerlə bir etdilər. Bakıda olduğu kimi, həmin yerlərdə də soyqırımı törədənlər təpədən-dırnağadək silahlanmış, hərbi təlimlər görmüş, peşəkar bolşevik-daşnak döyüşçüləri və həmin ərazidə yaşayan ermənilər idi. Onların hətta "ziyalı"ları azərbaycanlılara qarşı qırğınlarda fəal iştirak etmişlər.

1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı böyük amansızlıqla, qəddarlıqla həyata keçirdikləri soyqırımını araşdırmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaradıldı. Komissiyanın tərkibində azərbaycanlılarla yanaşı, ruslar, yəhudilər və digər millətlərin nümayəndələri də var idi. Qruplara bölünən FTK üzvləri Azərbaycanın bölgələrində 1918-ci ilin martından başlayan və bəzi bölgələrdə Qafqaz İslam Ordusunun gəlişinə - sentyabradək davam edən soyqırımının geniş təhqiqinə başladılar. Təhqiqat qrupuna daxil olan belarusəsilli fotoqraf, tədqiqatçı Lev Urbanoviç Daşkeviç azərbaycanlılara qarşı erməni-daşnak hərbi birləşmələrinin törətdiyi dəhşətli faciələri fotokamerasının yaddaşına köçürmüşdür.

Qətliamın izləri tədqiqatçıları dəhşətə gətirirdi. Ermənilər azərbaycanlıların diri-diri dərisini soymuş, cəsədləri divara mismarlamış, süngü ilə onların gözlərini oymuş, qulaqlarını kəsmişlər. FTK-nın işinə cəlb edilən fotoqraf Vladimir Sokolov divara kazak çivi ilə mismarlanmış ikiyaşlı uşağı və digər kiçik uşaqları çəkərkən bu vəhşiliyə dözməyərək, bundan sonra erməni cinayətlərinin izlərini çəkməkdən imtina etmişdi.

Fövqəladə Təhqiqat Komissiyasının üzvlərinin topladıqları tədqiqat materialları və çəkdikləri fotolar, eləcə də xarici araşdırmaçıların yazılı materialları və fotolar 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı geniş miqyasda, planlı şəkildə soyqırımı törətdiklərini, onlara yalnız milli kimliyinə görə işgəncələr verdiklərini sübut edir.

1920-ci ilin aprelində Azərbaycanda bolşeviklər hakimiyyəti ələ aldılar. 70 il ərzində sovet hökuməti xalqımıza tarixini unudurmağa çalışdı. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları barədə faktlar geniş təqdiqat mövzularına çevrilmədi. Lakin tarix yenidən Azərbaycan xalqının üzünə güldü. XX əsrin sonlarında Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra uzun illər gizli saxlanılan, qadağa qoyulmuş arxiv materiallarının da üzərinə işıq düşdü. Tariximizi olduğu kimi öyrənmək və öyrətmək imkanı yarandı. Aparılan araşdırmalar nəticəsində 1918-ci ildə bolşevik-daşnak birləşmələrinin xalqımıza qarşı törətdikləri dəhşətli cinayətlər, soyqırımları barədə daha geniş məlumatlar ala bildik.

Ümummilli Lider Heydər Əliyevin  1998-ci il 26 mart tarixli fərmanında bildirilir ki, azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa  bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir: 

"Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyulun  15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını,  ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya  ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki  dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülən  soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin  Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi". Sözügedən fərmanda qeyd olunub ki,  Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir: "Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası  bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu  tarixin hökmü kimi qəbul edir".

 1998-ci ildən bəri Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə 31 Mart  Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Azərbaycan xalqı hər ilin bu günü ermənilərin işğalçılıq, qərəzli siyasətinə qurban getmiş bütün soydaşlarını ehtiramla yad edir, tarixin dərslərini unutmamağa çalışır.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

00:51
22 Mart

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

22:51
21 Mart

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

22:38
21 Mart

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

22:23
21 Mart

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

22:11
21 Mart

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

22:01
21 Mart

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:54
21 Mart

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

21:49
21 Mart

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:46
21 Mart

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

21:27
21 Mart

Lionel Messi "Barselona"ya qayıda bilər

20:49
21 Mart

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir  

19:59
21 Mart

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

19:53
21 Mart

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir  

18:45
21 Mart

Qar uçqununa düşən hərbi qulluqçuların nəşləri tapılıb – Birgə məlumat

18:00
21 Mart

Martın 21-i Türkiyədə Baharın və Qardaşlığın Bayramı Günü elan edilib 

17:51
21 Mart

Fernandu Santuş: Haiti ilə oyunda qalib gəlmək istəyirik

16:48
21 Mart

Hərbi Prokurorluq işçiləri Novruz bayramı ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissələrində olublar  

15:29
21 Mart

Vladimir Putin: Əminəm ki, birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik  

15:23
21 Mart

Antarktikada dəniz buzunun sahəsi müşahidələr tarixində ən aşağı səviyyəyə çatıb  

15:14
21 Mart

Şimali Kipr Türk Respublikasının XİN rəhbəri: Lefkoşa Türk dünyasının birliyinə inanır

15:03
21 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!