16 İyul 2025 08:15
2212
SİYASƏT
A- A+
Suriya ilə münasibətlərdə yeni mərhələ 

Suriya ilə münasibətlərdə yeni mərhələ 


Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıya səfəri Azərbaycanın xarici siyasətində Avropanın, Mərkəzi Asiyanın olduğu kimi, Yaxın Şərq regionunun da xüsusi aktuallıq kəsb etdiyini bir daha ortaya qoydu. 

Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət və məharətli diplomatiya  sayəsində bu gün dünyanın çox ölkəsinin hərtərəfli əlaqələr qurmaqda maraqlı olduğu azsaylı ölkələrdən biri də Azərbaycandır. Etibarlı, güvənilən tərəfdaş kimi tanınan ölkəmizə beynəlxalq aləmdə bu cür etimad göstərilməsi heç şübhəsiz sözü imzası qədər keçərli olan Prezident İlham Əliyevin şəxsi nüfuzundan irəli gəlir. Suriyanın timsalında da görürük ki, Prezident İlham Əliyev şəxsiyyətinə olan tam güvən Azərbaycana yeni tərəfdaşlar qazandırır.


Əlaqələrin inkişafı üçün böyük perspektivlər açılıb


Ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək bölgədə sülhə və əməkdaşlığa geniş imkanlar açan Azərbaycan xarici siyasət kursunda da uğurlu irəliləyişlərə imza atır. Aktiv xarici siyasət yürüdən rəsmi Bakı dünyada gərginlik yaşayan ölkələr arasında barışdırıcı rol oynaması ilə də diqqət çəkir. Ölkəmiz  Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılması üçün məsələlərin dialoq vasitəsilə çözümünə tərəfdar çıxıb və görüşlərin təşkil olunmasına mühüm töhfə verib.  Həmçinin Türkiyə ilə İsrail arasında və Suriya mövzusunda gərginliyin aradan qaldırılmasında qaynar xətt mexanizmi yaradılmasında Azərbaycanın əhəmiyyətli rolu olub. 

Suriya ilə tarixi əlaqələrə malik olan Azərbaycan sözügedən ölkə ilə dövlətlərarası münasibətlərin yaxşılaşmasına çalışıb. Lakin təəssüf ki, Suriyadakı əvvəlki hökumətin vaxtında Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirilib. Buna görə də iki ölkə arasındakı münasibətlər soyuq olub. 

Ermənipərəst mövqedən çıxış edən Bəşər Əsəd rejimi Suriya İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxış edib, Ermənistanla bağlı qətnamələri əngəlləməyə çalışıb, qəbul olunan sənədlərə qoşulmayıb. Bədnam rejimin çöküşündən sonra isə Suriya ilə Azərbaycan arasında tarixən var olan əlaqələr yenidən bərpa olunub və müsbət məcrada inkişaf etməyə başlayıb. 

İyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü zamanı Prezident İlham Əliyev də vurğuladı ki, Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb.

Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdə olub. Səfər çərçivəsində 29 dekabr tarixində nazir müavini ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş keçirilib.

Tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd ediblər. 

Onu da bildirək ki, uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi də artıq fəaliyyətini bərpa edib.

İki ölkə arasında münasibətlərin irəlilədilməsində Prezident İlham Əliyevin bu il aprelin 11-də Antalyada Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşü də mühüm əhəmiyyət daşıyıb. 

Görüş zamanı ölkəmizin rəhbəri Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu vurğulayıb.

Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Əhməd Əl Şaraa gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini bildirib. 


Enerji sahəsində əməkdaşlıq nəzərdən keçirilib


Bakıda Prezident İlham Əliyevlə görüşü zamanı Suriya keçid dövrü Prezidenti ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib. 

Sözügedən görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracının həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu da diqqətə çatdırılıb.

Hazırda dünyada gedən geosiyasi proseslər Azərbaycan qazına tələbatı artırmaqla mavi yanacağımızın daha geniş coğrafiyaya yayılmasına imkan yaradıb. Qlobal enerji təhlükəsizliyinə mühüm töhfəsini verən Azərbaycan təkcə Avropa bazarına deyil, Yaxın Şərq ölkələrinə də öz qazını ixrac etməyə başlayıb. Hazırda Azərbaycan 12 ölkəyə qaz satır: Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya. Tezliklə bu siyahıya Suriya da daxil olacaq və beləliklə, Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 13-ə çatacaq. 

Bütün bunlar göstərir ki, Azərbaycan qazının ixracı üçün Yaxın Şərq kimi yeni coğrafiya formalaşır. Türkiyə üzərindən 1 milyard kubmetr qazın Suriyaya ixracı məsələsi Suriya rəhbərinin Bakıya səfəri çərçivəsində müzakirə olunub.

Eyni zamanda Suriya  həm özü Azərbaycan qazını idxal edə, həm də tranzit ölkə rolunu oynaya bilər. Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri artıq bərpa edilib. Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, onun bərpası mümkündür. Bu da Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılması üçün mühüm zəmin yaradır. 


Ölkəmizin Suriyanın postmünaqişə dövründə bərpa və quruculuq prosesinə töhfəsi


Azərbaycan ilə Suriya arasında təkcə enerji sektorunda deyil, digər sahələrdə də qarşılıqlı əlaqələr qurulması gündəmdədir. Suriya Prezidenti Əhməd Əl Şaraa ilə Prezident İlham Əliyevin görüşü zamanı bu məqam vurğulanıb. Belə ki, iki ölkə arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa toxunulub, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Suriya ilə Azərbaycan liderlərinin Bakı görüşü zamanı ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulanıb ki, bu xüsusda Azərbaycan Suriyanın postmünaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər.

Göründüyü kimi, hazırda Suriya ilə Azərbaycan arasında əlaqələr yeni və perspektiv vəd edən mərhələyə qədəm qoyub. Bu, rəsmi Bakının həyata keçirdiyi Yaxın Şərq siyasətinin uğurla irəlilədiyini göstərən növbəti nümunədir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!