Ermənistan Azərbaycanın legitim şərtlərini qəbul edərsə…
İkinci Qarabağ müharibəsindən ötən 5 ilə yaxın müddətdə qalib Azərbaycanın məğlub Ermənistana təklif etdiyi sülh sazişi hələ də yalnız müzakirə mövzusu olaraq qalır. Martın 13-də sülh danışıqları ilə bağlı yayılan xoş xəbər sevindirici olsa da, yenə də Ermənistana inam məsələsi tərəddüdlər yaratdı. Çünki 30 il özünü məzlum xalq kimi göstərib, dünyanı uydurmaları, yalanları ilə aldadan, Azərbaycana ancaq şər-böhtan atmaqla məşğul olan, müharibəyə təhrik edən Hayastanın sülh prosesində müsbət addım atması inandırıcı görünmür.
Bu, artıq dəfələrlə sübuta yetirilmiş reallıqdır. Hər dəfə sülh müqaviləsinin imzalanması ilə bağlı gündəm yarananda Ermənistan maskalanaraq buna hazır olduğunu bəyan edir. Ancaq iş əmələ çatanda bəlli olur ki, bütün bunlar vaxt qazanmaq üçün edilən imitasiyadır.
Mart ayında Bakıda keçirilən XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov bəyan etmişdi ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesi yekunlaşıb. Son iki açıq maddə qalıb. Bu yaxınlarda Ermənistan tərəfi həmin açıq maddələr üzrə Azərbaycanın təkliflərini qəbul edib, əlaqə kanalları vasitəsilə bizə çatdırıb. Ona görə mətn üzrə işlərin yekunlaşdırıldığını qeyd edə bilərik.
Nazir həmçinin söyləmişdi ki, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi Ermənistanın konstitusiyasından və digər normativ-hüquqi aktlarından ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə olan iddiaların çıxarılmasıdır. Təbii ki, bu, sazişin imzalanması üçün labüd şərtdir. Bundan əlavə, keçmiş münaqişənin qalıqları olan Minsk qrupu və onun digər təsisatlarının ləğv edilməsi vacib amildir.
Bunun ardınca Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yaymışdı. Bəyanatda deyilirdi: "Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla qeyd edirik. Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq".
Həmin gün Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda isə sülh müqaviləsinin mətninin son iki bəndinin razılaşdırılması ilə bağlı xəbər təsdiqlənmişdi. Bundan əlavə, İrəvan Bakı ilə sülh müqaviləsinin imzalanma vaxtı və yerini müzakirə etməyə hazır olduğunu bildirmişdi.
Ermənistanın baş naziri Nikol Paşinyan da həmin gün məlumatı təsdiqləmiş, parlament binası yaxınlığında jurnalistlərə açıqlama verərək demişdir ki, Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətni üzrə danışıqlar mətn üzrə razılaşma ilə başa çatıb və bu, mühüm hadisədir: "Biz artıq qeyd etmişik ki, mətn imzalanmağa hazırdır, imzalanma tarixləri və yeri ilə bağlı müzakirələrə başlamağa hazırıq. Azərbaycan Xarici İşlər Nazirliyi ikitərəfli formatda müzakirələrə başlamağa hazır olduqları barədə bəyanat yayıb. Onların öz ideyaları var, bizim öz ideyamız var və güman edirəm ki, bu müzakirələr zamanı biz bu ideyaları bir-birinə yaxınlaşdırmağa çalışacağıq".
Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh sazişi layihəsi preambula və 17 maddədən ibarətdir. Preambula və 15 maddə razılaşdırılmışdı. Razılaşdırılmayan iki maddə beynəlxalq məhkəmələrdə iddialardan qarşılıqlı imtina və üçüncü dövlətlərin qoşunlarının sərhəddən çıxarılması ilə bağlı idi.
Azərbaycan dəfələrlə erməni tərəfinin daha iki şərti də həyata keçirməli olduğunu xatırladıb. Birincisi, Ermənistan konstitusiyasını dəyişməlidir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın bir hissəsi elan olunub.
Baş verən proseslər və Ermənistan tərəfindən verilən açıqlamalara etibar etsək, iki ölkənin sülh sazişini imzalamağa yaxın olduğunu düşünərik. Lakin Azərbaycan xalqında yenə də baş verən hadisələrə əsaslanıb Ermənistanın düzgünlüyünə əmin olmaq hissi yoxdur. Sanki Hayastan tərəfinin səsləndirdiyi fikirlər həmişəki kimi maska arxasından deyilir.
Hər zaman həqiqətləri söyləyən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də bu məsələyə münasibəti birmənalıdır. Aprelin 2-də ölkəmizdə səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə keçirdiyi görüşdən sonra dövlət başçılarının mətbuata bəyanatlarında İlham Əliyev bir daha həqiqətləri açıqladı. Prezident dedi ki, danışıqların əsas maneəsi 2024-cü ilin yanvar ayına qədər Ermənistanın təkidlə sülh müqaviləsinə dırnaqarası "Dağlıq Qarabağ respublikası"nın taleyini salmaq istəyi idi. Azərbaycan isə buna qəti etiraz edirdi. Çünki "Dağlıq Qarabağ" adlı respublika yoxdur. Bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur: "Bu, bizim daxili işimiz olduğu üçün biz təbii ki, dövlətlərarası müqaviləyə belə bir bəndin salınmasına heç vaxt razı ola bilməzdik".
Azərbaycan Prezidenti bir daha xatırlatdı ki, bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürməyib. Azərbaycanın şərtləri Ermənistan üçün bəllidir, yenilik deyil. İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Konstitusiyasında Ermənistanın müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin ediləndən sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer isə bu anı yüksək qiymətləndirərək Ermənistana mesaj ünvanladı. Onun fikrincə, bu anlaşma ilə ümid doğuran bir an yaranıb: "Bu razılaşma əldə olunduğuna görə ümid edirəm ki, vəziyyət daha da inkişaf edəcək və ondan istifadə edərək tezliklə sülh müqaviləsinin imzalanmasına gəlib çıxacaqsınız, nəhayət, sizin regionunuzda əsl və davamlı sülh yaranacaq. Mən buna çox böyük ümid bəsləyirəm və sizi həmin anı əldən buraxmamağa çağırıram. Ümid edirəm ki, hər şey alınacaq və biz, həmçinin kənardan bacardığımız qədər, necə mümkündürsə, öz dəstəyimizi verəcəyik".
Göründüyü kimi, əgər rəsmi İrəvan Azərbaycan Prezidenti İlham Əliyevin sülh gündəliyindəki şərtlərə əməl edərək ölkəmizlə barış əldə etmək istəyirsə, reallıqlarla razılaşmalı, kimlərinsə diktəsi ilə hərəkət etməməli, konstitusiyasında dəyişiklik tələbini yerinə yetirməlidr.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Donald Tramp Çinə tətbiq etdiyi tarifi 125 faizə yüksəldib
Nazir: İsrail Azərbaycanla yol nəqliyyatı, o cümlədən dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqda maraqlıdır
Moskva Rusiya XİN əməkdaşının Parisdə saxlanılmasını pisləyib
Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutulub
Azərbaycan və Pakistan arasında sərmayələrin artırılması imkanları müzakirə edilib
Belçikada Azərbaycan-Ermənistan münasibətlərinə dair qərəzli qətnamə layihəsi ilə əlaqədar dinləmələr keçirilib
Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan
Misirdə binanın uçması nəticəsində 6 nəfər həlak olub
Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyinin sədri Şeyxə Fatimə bint Mübarəkdən
Milli Məclisdə İranın parlament nümayəndə heyəti ilə görüş olub
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan
AHİK yeni sosial layihəyə başlayır
Moskvada Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin cari vəziyyəti nəzərdən keçirilib
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediası Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışını geniş işıqlandırıb
Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər
Azərbaycan taekvondoçuları Gimnaziadada daha 10 medal qazanıb
Azərbaycan və İran nümayəndə heyətləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanına baxış keçiriblər
Azərbaycan-İtaliya hərbi pilotları arasında ekspert görüşü keçirilib
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!