11 Fevral 2026 08:20
2503
SİYASƏT
A- A+
Sülh, həmrəylik və tolerantlıq

Sülh, həmrəylik və tolerantlıq


"Azərbaycanda bütün dinlərin nümayəndələri eyni, bərabər hüquqlara malikdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur, olmayıb və ola da bilməz. Bu, bizim böyük sərvətimizdir".

Prezident İlham Əliyevin "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransdakı çıxışında bəyan etdiyi kimi, Cənubi Qafqazın nadir gözəlliyə malik məkanı Azərbaycan tarixən multikultural dəyərlərin, milli və dini dözümlülüyün hökm sürdüyü ölkə kimi tanınıb. Qədim Odlar yurdunda əsrlər boyu formalaşmış tolerant mühit müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət və etimad şəraitində birgə yaşamasını təmin edib. Bu mühitdə milli və dini ayrı-seçkiliyə yol verilməməsi Azərbaycanda yaşayan yəhudi icmasının da öz kimliyini, adət-ənənələrini və dini dəyərlərini qoruyub saxlamasına geniş imkan yaradıb.


Azərbaycan nümunəsi


Prezident İlham Əliyev fevralın 9-da ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Betsi Berns Korn Azərbaycanın strateji əhəmiyyətini, həmçinin ABŞ və İsraillə yaxşı əlaqələrini nəzərə alaraq əməkdaşlığın genişləndirilməsi baxımından məsələlərin müzakirəsi üçün böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməkdən məmnunluğunu ifadə edib. 

Görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü qeyd edilib, digər xalqların nümayəndələrinə olduğu kimi, yəhudilərə də göstərilən dövlət qayğısına toxunulub. 

İsraildən kənarda yəhudilərin ən sıx məskunlaşdığı ərazilərdən biri olan Qubanın Qırmızı qəsəbəsi postsovet məkanında dağ yəhudilərinin yığcam yaşadığı yeganə yaşayış məntəqəsi kimi xüsusi önəm daşıyır.  Qırmızı qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər fəaliyyət göstərir ki, bunun özü dünyada analoqu olmayan nümunədir. 

Yəhudi məktəblərinin, mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyi ölkəmizdə mövcud olan yeddi sinaqoqdan beşinin Bakıda yerləşməsi Azərbaycanın dini icmalara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan dövləti digər konfessiyaların nümayəndələrinə olduğu kimi, yəhudi icmasına da dini ayinlərini və milli ənənələrini sərbəst şəkildə yaşatmaq üçün hərtərəfli şərait yaradır.

Əsrlərdir Azərbaycanda sülh və dostluq mühitində yaşayan azərbaycanlılar və yəhudilər bu gün də birgəyaşayışın nadir və dəyərli nümunəsini qoruyub saxlayırlar. Yəhudi icmasının nümayəndələri ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, Vətənimizin ərazi bütövlüyü uğrunda aparılan mübarizədə də fədakarlıq nümayiş etdiriblər. Birinci Qarabağ müharibəsində qəhrəman tankçı Albert Aqarunovun göstərdiyi şücaət Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılıb. Şəhid Milli Qəhrəmanımızın əziz xatirəsinin dövlət səviyyəsində əbədiləşdirilməsi - Bakıda onun adına küçənin verilməsi və möhtəşəm abidənin ucaldılması - Azərbaycan cəmiyyətində multikultural dəyərlərə və vətəndaş həmrəyliyinə verilən yüksək qiymətin parlaq təcəssümüdür.


Birliyin gücü


İkinci Qarabağ müharibəsi Azərbaycan cəmiyyətində milli birliyin və vətəndaş həmrəyliyinin ən parlaq təzahürlərindən biri oldu. Bu tarixi günlərdə ölkəmizdə yaşayan yəhudi icmasının nümayəndələri də etnik və dini mənsubiyyətindən asılı olmayaraq özlərini bu torpağın ayrılmaz parçası kimi hiss edərək yüksək vətənpərvərlik nümayiş etdirdilər. Onlar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən "Dəmir yumruq" siyasəti ətrafında sıx birləşərək Azərbaycanın haqq mübarizəsinə açıq və qətiyyətli dəstək verdilər. Müharibə dövründə Azərbaycanın yəhudi icması təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də fəallığı ilə seçildi. Azərbaycan-İsrail münasibətlərinin inkişafında hər zaman mühüm rol oynayan bu icma, eləcə də əsasən azərbaycanəsilli yəhudilərdən ibarət İsraildəki Azərbaycan diasporu ölkəmizin ədalətli mövqeyinin dünyaya çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərdilər. Müxtəlif ölkə və şəhərlərdə təşkil olunan dəstək aksiyaları, mitinqlər və informasiya təşəbbüsləri Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verdi.

Vətən müharibəsi zamanı nümayiş etdirilən bu birlik və həmrəylik modeli Azərbaycan tolerantlığının real həyatda təcəssümü kimi tarixə düşdü. Bu həmrəylik bir daha sübut etdi ki, Azərbaycanda formalaşmış multikultural dəyərlər, sadəcə, dövlət siyasəti deyil, cəmiyyətin mənəvi həyatının ayrılmaz tərkib hissəsidir. Müxtəlif millətlərin, dinlərin nümayəndələrinin multikulturalizm, tolerantlıq mühitində əsrlərdir harmoniya içərisində yaşadığı Azərbaycan hər zaman sülh tərəfdarı olub. Elə hazırda Cənubi Qafqazda müşahidə olunan de-fakto sülh mühiti də Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasətin nəticəsidir. 

Prezident İlham Əliyev ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman da bu məqam xüsusi vurğulandı. Ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdıran Betsi Berns Korn bu məsələdə Azərbaycan Prezidentinin nümayiş etdirdiyi liderliyi və ABŞ Prezidentinin göstərdiyi səyləri xüsusi vurğuladı.

Dövlətimizin başçısı nailiyyətlərin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın roluna toxundu. Azərbaycan və Ermənistan tərəfinin artıq sülh şəraitində yaşamağa öyrəşdiklərini dedi. 

Bəli, Azərbaycan dünyada birgəyaşayışın unikal ünvanı olaraq atdığı sülhpərvər addımları ilə regiona, burada yaşayan bütün xalqlara barış və firavanlıq vəd edir.   

Bütün bu faktlar həm də bir daha göstərir ki, Azərbaycan təkcə coğrafi məkan deyil, fərqli xalqların və inancların vahid amal ətrafında birləşdiyi ümumi vətəndir. Burada tolerantlıq, həmrəylik və vətəndaş məsuliyyəti real həyatda yaşadılan dəyərlərdir. Bu birlik və qarşılıqlı etimad üzərində qurulan Azərbaycan modeli bu gün də regionda sülhün, sabitliyin və birgəyaşayışın etibarlı təminatı kimi çıxış edir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib

12:53
16 Aprel

İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun qurulması sürətlə davam edir

12:42
16 Aprel

İstanbulda Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılış mərasimi olub

12:40
16 Aprel

Azərbaycandan təbii qaz ixracı 6 faizdən çox artıb

12:37
16 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:33
16 Aprel

Milli Məclisin sədri İstanbulda Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

12:01
16 Aprel

Ötən gün 37 cinayətin açılması təmin olunub

11:41
16 Aprel

Azərbaycan nefti 113 dollara satılıb

11:36
16 Aprel

İran XİN: ABŞ-nin Hörmüz boğazını blokadaya alması atəşkəsin pozulmasına səbəb ola bilər  

10:50
16 Aprel

Dünyanın aparıcı dövlətlərinin mərkəzi bankları qızıl satışına başlayıblar

10:50
16 Aprel

Rusiya təxminən 6 min miqrantı ölkədən çıxaracaq

10:48
16 Aprel

Pentaqon: Kubada sadəcə bir sıra ehtiyat tədbirləri planlaşdırırıq

10:47
16 Aprel

Odessa raket və dron hücumuna məruz qalıb, azı 7 nəfər ölüb

09:47
16 Aprel

Mərkəzi Komandanlıq: Hörmüzdə ABŞ-nin blokadası başlayandan bəri 10 gəmi geri qaytarılıb  

09:39
16 Aprel

"Azərenerji" və Dünya Bankı nümayəndə heyətlərinin görüşü olub

09:00
16 Aprel

"Uğurlarıma görə müəllimlərimə minnətdaram"  

08:55
16 Aprel

Milli-mənəvi dəyərlərə bağlılıq nümunəsi

08:50
16 Aprel

Ot kökü üstə bitər

08:45
16 Aprel

Qeyri-neft sektoru üzrə ixracda aqrar və aqrar-sənaye məhsullarının çəkisi yüksəkdir

08:40
16 Aprel

Qardaş ölkə, strateji tərəfdaş

08:35
16 Aprel

Müasir şəhərsalmanın Azərbaycan nümunəsi

08:30
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!