14 Yanvar 2025 14:08
144
CƏMİYYƏT
A- A+
STM Qərbi azərbaycanlılar arasında rəy sorğusu aparıb  

STM Qərbi azərbaycanlılar arasında rəy sorğusu aparıb  


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 8-də keçirilən mətbuat konfransında bildirib ki, “Biz heç vaxt sovet dövründə Ermənistanda azərbaycanlıların yaşadığını, Sovet İttifaqının dağılması ilə birlikdə Ermənistanı tərk etdiklərini gizlətməmişik. Azərbaycanlılar Ermənistanı heç bir məcburi köçkünlük olmadan, sivil şəkildə tərk ediblər”. Xarici işlər nazirinin bəyanatından bir neçə gün əvvəl isə bu bəyanatın tam əksini sübut edən - Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündə Qərbi azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti ilə bağlı çıxışı ictimailəşmişdi.

AZƏRTAC xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) Qərbi azərbaycanlılar arasında apardığı rəy sorğusunun nəticələri Ermənistan hökumətinin mövqeyinin və xarici işlər nazirinin mətbuata açıqlamalarının saxta olduğunu, səsləndirilən fikirlərin regional həqiqətləri təhrif etdiyini, azərbaycanlıların indiki Ermənistan ərazisindən könüllü şəkildə ayrılması barədə bəyanatın real faktlarda ziddiyyət təşkil etdiyini və onların etnik təmizləmə siyasətinin qurbanı olduğunu ifşa edib.

Xarici işlər nazirinin sözügedən açıqlamalarını nəzərə alaraq, sorğu iştirakçılarına tarixi torpaqları tərk edərkən Ermənistan hökuməti tərəfindən onlara hər hansı kompensasiya ödənilib-ödənilmədiyi barədə sual ünvanlanıb. Onların arasında kompensasiya aldığını bildirən olmayıb. Sorğuda iştirak edənlərin 98.5 faizi heç bir kompensasiya almadığını bildirib. Beləliklə, sorğunun nəticələri 160 mindən çox azərbaycanlının Ermənistan hökumətindən təzminat alması iddialarının saxta olmasına dair faktiki sübut əhəmiyyətində qiymətləndirilə bilər.

Qeyd edək ki, sorğular 2025-ci il yanvarın 9-12-də 1000 Qərbi azərbaycanlı arasında keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

Rusiyalı məşqçi Bakıya gəlir  

23:23
14 Yanvar

"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  

23:22
14 Yanvar

Somalidə 20 DEAŞ terrorçusu öldürülüb

23:20
14 Yanvar

Pakistan ordusu 27 terrorçunu zərərsizləşdirib  

23:18
14 Yanvar

Suriyanın Latakiya vilayətində tərksilah əməliyyatı davam edir  

23:17
14 Yanvar

Tusk: Trampın Qrenlandiya ilə bağlı açıqlamaları narahatlıq doğurur

23:15
14 Yanvar

Suriyadakı yeni hökumətin yüksəksəviyyəli nümayəndə heyəti sabah Türkiyəyə səfər edəcək  

23:12
14 Yanvar

Elin Süleymanov britaniyalı nazirlə görüşüb

23:12
14 Yanvar

Türkiyənin ətraf mühit strukturları kömürdən imtinaya və bərpaolunan enerjidən istifadə etməyə çağırıb

20:52
14 Yanvar

İran: “Avroüçlük”lə Cenevrədə danışıqlar konstruktiv keçib

20:05
14 Yanvar

Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada səfərdədir

19:49
14 Yanvar

Yerli sahibkarlar və Türkiyənin regionları arasında biznes əlaqələrinin inkişafı müzakirə edilib  

19:47
14 Yanvar

Ağdam Sənaye Parkının rezidenti məhsul ixracına başlayıb  

19:45
14 Yanvar

Səudiyyə Ərəbistanı 4-cü Beynəlxalq Media Forumuna ev sahibliyi edəcək

19:44
14 Yanvar

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası yeni layihəyə start verib

18:56
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!