15 İyul 2026 08:25
454
SİYASƏT
A- A+
Siyasi fikir, diplomatik dialoq və qlobal media mərkəzi

Siyasi fikir, diplomatik dialoq və qlobal media mərkəzi


Şuşa bu gün artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı kimi deyil, regionun və dünyanın diqqətlə izlədiyi siyasi fikir, diplomatik dialoq və qlobal media mərkəzi kimi tanınır. IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı da bu reallığın növbəti əyani təsdiqinə çevrildi. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunmuş bu mötəbər tədbirdə dövlət başçısı bir daha aydın nümayiş etdirdi ki, Azərbaycan artıq prosesləri kənardan izləyən deyil, regionda hadisələrin istiqamətini və məcrasını birbaşa müəyyənləşdirən qüdrətli dövlətdir. 

Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında deyib ki, Vətən müharibəsində qazanılmış tarixi zəfər və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması Cənubi Qafqazda onilliklər boyu mövcud olmuş ədalətsiz status-kvonu kökündən dəyişib. Bu gün regionun yeni siyasi xəritəsini və inkişaf dinamikasını müəyyən edən əsas amil məhz beynəlxalq hüquqa söykənən Azərbaycan reallığıdır. Prezident İlham Əliyevin forum çərçivəsində bəyan etdiyi "Biz Cənubi Qafqazda davamlı sülhün tərəfdarıyıq və hesab edirik ki, bunun alternativi yoxdur" tezisi Azərbaycanın dəyişməz və prinsipial siyasi kursunun ana xəttini təşkil edir. "Vətən müharibəsini zəfərlə başa çatdıran ölkəmiz hazırda regionda daxili sabitliyin və iqtisadi tərəqqinin təminatçısı kimi çıxış edərək sülh müqaviləsinin imzalanması yönündə əsas təşəbbüskar tərəfdir. Rəsmi Bakı regional kommunikasiyaların açılmasını, genişmiqyaslı iqtisadi əməkdaşlığın bərpasını və Cənubi Qafqazın təhlükəsizlik məkanına çevrilməsini tam dəstəkləyir. Lakin bu sülh yalnız və yalnız qarşılıqlı hörmət, beynəlxalq hüququn ali prinsiplərinə əməl edilməsi və mövcud yeni reallıqların qarşı tərəfdə qəbul olunması üzərində bərqərar ola bilər. Bu baxımdan Ermənistanın revanşist xəyallardan tamamilə imtina etməsi regionun dinc və parlaq gələcəyi üçün ən vacib şərtlərdən biri olaraq qalır", - deyə o bildirib.

Prezident İlham Əliyevin Media Forumunda çıxışında ön plana çıxardığı əsas məsələlərdən birinin məhz milli təhlükəsizlik mövzusu olduğunu xatırladan deputat əlavə edib ki, dövlət başçısının vurğuladığı kimi, xalqımızın hüquqlarının, milli kimliyinin və dövlət müstəqilliyinin qorunması daim diqqət mərkəzində saxlanılmalıdır. Bu yanaşma müasir dövrdə Azərbaycan dövlətçiliyinin əsas prinsiplərindən biri kimi çıxış edir. Çünki XXI əsrin çağırışları göstərir ki, təhlükələr artıq yalnız hərbi sahə ilə məhdudlaşmır, həmçinin siyasi, iqtisadi, informasiya və ideoloji müstəvilərdə də özünü büruzə verir. Son illər baş verən hadisələr də təsdiqləyir ki, ölkəmizə qarşı həyata keçirilən siyasi, diplomatik və informasiya xarakterli təzyiqlər Azərbaycanın müstəqil və prinsipial siyasət kursunu dəyişdirə bilməyib. 

K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin (TRIPP) əhəmiyyətini də xüsusi vurğulayıb. Bu layihə yalnız Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən nəqliyyat xətti deyil, həm də türk dünyasının  iqtisadi əlaqələrini gücləndirən, Orta dəhlizin imkanlarını genişləndirən və Avrasiyanın yeni logistika xəritəsinin formalaşmasına töhfə verən strateji təşəbbüsdür. Layihənin reallaşması regional iqtisadi inteqrasiyanı sürətləndirəcək, ticarət dövriyyəsini artıracaq və Cənubi Qafqazın geostrateji əhəmiyyətini daha da yüksəldəcək. Azərbaycanın bu məsələdəki mövqeyi dəyişməzdir: qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq, regional sabitlik və davamlı inkişaf. 

Deputat deyib ki, forum çərçivəsində səsləndirilən fikirlər Azərbaycanın xarici siyasətində ardıcıllığın və prinsipiallığın qorunduğunu bir daha nümayiş etdirdi: "Prezident İlham Əliyev dost və qardaş dövlətlərlə münasibətlərin ölkəmizin xarici siyasət kursunun  prioritetlərindən biri olduğunu qeyd etdi. Türkiyə ilə müttəfiqlik əlaqələri artıq regional təhlükəsizlik və əməkdaşlıq modelinə çevrilib. "Bir millət, iki dövlət" prinsipi bu gün siyasi, iqtisadi və hərbi sahələrdəki uğurlu tərəfdaşlıqla daha da möhkəmlənir. Pakistan, Mərkəzi Asiya ölkələri və digər strateji tərəfdaşlarla münasibətlərin inkişafı Azərbaycanın beynəlxalq mövqeyinin və nüfuzunun getdikcə gücləndiyini bir daha nümayiş etdirir. Prezident İlham Əliyev çıxışında ABŞ Prezidenti Donald Trampla münasibətlərə də toxunaraq, dövlətlər arasında qarşılıqlı hörmətə və praqmatik əməkdaşlığa əsaslanan dialoqun əhəmiyyətini vurğuladı. Bu yanaşma Azərbaycanın xarici siyasətindəki dəyişməz prinsipin bir daha təsdiqidir. Ölkəmiz bütün ölkələrlə bərabərhüquqlu münasibətlərin tərəfdarıdır və milli maraqların hər zaman prioritet olduğunu qətiyyətlə nümayiş etdirir".

K.Bayramov qeyd edib ki, forumda informasiya təhlükəsizliyi məsələsi də geniş şəkildə müzakirə olunub. Vətən müharibəsi bir daha sübut etdi ki, müasir dövrdə qələbə yalnız döyüş meydanında deyil, həm də informasiya məkanında qazanılır. Həqiqətlərin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması və dezinformasiyalara qarşı ardıcıl mübarizə milli maraqların müdafiəsinin mühüm istiqamətlərindən biridir. Qarabağ həqiqətlərinin illərlə dünya birliyinə çatdırılması istiqamətində görülən işlər nəticəsində bu gün Azərbaycanın mövqeyi beynəlxalq səviyyədə daha obyektiv qəbul olunur. Bu baxımdan Şuşada Qlobal Media Forumunun keçirilməsi xüsusi rəmzi məna daşıyır. Vaxtilə işğalın göstəricisi olan Şuşa artıq həqiqətlərin səsləndiyi və beynəlxalq dialoqun aparıldığı nüfuzlu platformaya çevrilib. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi "Azərbaycan öz sözünün sahibidir. Biz nə demişiksə, onu da etmişik" fikri son illərdə ölkəmizin keçdiyi inkişaf yolunu və həyata keçirdiyi siyasəti ən dolğun şəkildə ifadə edir. 

Deputat vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə yanaşı, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərini də uğurla həyata keçirir: "Qarabağ və Şərqi Zəngəzurda inşa edilən müasir şəhərlər və kəndlər, beynəlxalq hava limanları, avtomobil və dəmir yolları, enerji infrastrukturu, təhsil və səhiyyə müəssisələri zəfərin davamlı inkişaf modelinə çevrildiyini nümayiş etdirir. Şuşadan verilən mesajlar bir daha təsdiqlədi ki, Azərbaycan bu gün öz gələcəyini müstəqil şəkildə müəyyənləşdirən, milli maraqlarını qətiyyətlə müdafiə edən, etibarlı tərəfdaşlıq münasibətləri quran və regionun inkişaf istiqamətlərinə təsir göstərən aparıcı dövlətdir. Bakı sülh və əməkdaşlıq təşəbbüslərini dəstəkləyir, regionda sabitliyin təmin olunmasını prioritet hesab edir. Bununla yanaşı, dövlətimizin suverenliyi, milli maraqları və müstəqilliyi ilə bağlı heç bir güzəştin mümkün olmadığı barədə qəti mövqeyini də ardıcıl şəkildə nümayiş etdirir".

K.Bayramov bildirib ki, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda verdiyi mesajlar Azərbaycanın müasir dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərini bir daha aydın nümayiş etdirir. "Biz ancaq özümüzə güvənə bilərik" tezisi ölkənin müstəqil siyasət yürütmək əzmini, milli birliyə söykənən inkişaf modelini və dövlət mənafelərinin qətiyyətlə qorunmasını özündə ehtiva edir. Eyni zamanda forum Azərbaycanın beynəlxalq informasiya məkanında daha fəal mövqe tutduğunu, həqiqətlərin dünya ictimaiyyətinə birbaşa çatdırılması istiqamətində ardıcıl və şəffaf siyasət həyata keçirdiyini göstərdi. Şuşadan verilən mesajlar bir daha təsdiqlədi ki, rəsmi Bakı milli maraqlara əsaslanan suveren kursunu bundan sonra da inamla davam etdirəcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!