09 Oktyabr 2024 02:40
475
Milli Məclis
A- A+
Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında


Azərbaycan Respublikası Milli Məclisinin Qərarı


Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 93-4-cü maddəsinə uyğun olaraq Əliyev Qasım Vəli oğlu Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Əsədli Mahir Abdulla oğlu,

Novruzova Aytən Nazim qızı.

3."Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Mayılov Samir İlham oğlu vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.

4. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.


Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri  


Bakı şəhəri, 8 oktyabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ADA təhsil bilicilərini Qazaxa topladı

09:15
09 Oktyabr

Tovuzlu üzümçülər yerli sortlara üstünlük verirlər

09:10
09 Oktyabr

"Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində Avropa ölkələri ilə rəqabət aparmaq imkanındadır"

09:05
09 Oktyabr

"Axmaq olma, Ermənistan"

09:00
09 Oktyabr

Erməni xalqı müharibə canilərini dəstəkləmir

08:55
09 Oktyabr

O torpaqlar unudulmayıb

08:50
09 Oktyabr

Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır

08:45
09 Oktyabr

ABŞ-nin yeni təxribatlarının əsas səbəbi nədir?

08:40
09 Oktyabr

Ağ Evin məkrli ssenarisi

08:35
09 Oktyabr

ABŞ sülhü yox, müharibəni seçir 

08:30
09 Oktyabr

İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur" 

08:25
09 Oktyabr

Daha 16 ailə Şuşaya qayıtdı

08:20
09 Oktyabr

Şuşaya gedən Zəfər yolunun açarı

08:15
09 Oktyabr

Qarabağ, Zəfər... və Polad Həşimov!

08:10
09 Oktyabr

Böyük dövrün böyük hədəfləri

08:05
09 Oktyabr

Milli Məclisdən ABŞ-yə etiraz

08:00
09 Oktyabr

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

02:43
09 Oktyabr

Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında

02:42
09 Oktyabr

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

02:42
09 Oktyabr

Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

02:41
09 Oktyabr

Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

02:41
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!