01 Sentyabr 2026 22:33
1926
Səhiyyə
A- A+
Şimal-qərb bölgəsinin gənc həkimləri Qəbələdə bir araya gəliblər

Şimal-qərb bölgəsinin gənc həkimləri Qəbələdə bir araya gəliblər


Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Qəbələ rayonunda “Gənc Tibb İşçilərinin Konfransı” keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində keçirilən tədbirdə Qəbələ, Oğuz, Balakən, Qax, Zaqatala və Şəki şəhər və rayonlarından gənc tibb işçiləri, səhiyyə müəssisələrinin rəhbərləri və əməkdaşları, həmkarlar ittifaqı nümayəndələri, eləcə də dövlət və ictimai qurumların təmsilçiləri iştirak ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova, Səhiyyə Nazirliyinin Əczaçılıq və tibbi avadanlıqlar şöbəsinin müdiri Şahbala Yaqubov, TƏBİB Təlimlərin idarə olunması şöbəsinin müdiri Emil İskəndərov eləcədə digər dövlət və ictimai qurumların nümayəndələri çıxış ediblər. Çıxışlarda gənclərin ölkənin sosial-iqtisadi inkişafındakı rolu, səhiyyə sektorunda gənc kadrların potensialı, onların peşəkar inkişafının dəstəklənməsi və regionlarda fəaliyyət göstərən gənc tibb işçiləri üçün əlverişli imkanların yaradılmasının əhəmiyyəti vurğulanıb.

Konfrans çərçivəsində “Səhiyyə gəncləri üçün peşəkar çağırışlar” və “Gənclərin regionlarda inkişaf yolu” mövzularında panel müzakirələri keçirilib. Panel müzakirələrində gənc tibb işçilərinin karyera planlaması, davamlı peşəkar inkişaf, psixoloji rifahın qorunması, əmək və peşə fəaliyyəti zamanı qarşılaşılan hüquqi risklər, xəstə hüquqlarının müdafiəsi, regionlarda fəaliyyət göstərən tibb müəssisələrində mövcud problemlər, eləcə də gənc kadrların bölgələrdə davamlı məşğulluğunun təşviqi məsələləri müzakirə olunub. Müzakirələrdə səhiyyə müəssisələrinin rəhbərləri, həkimlər, hüquqşünaslar, həmkarlar ittifaqı nümayəndələri və gənc tibb işçiləri iştirak edərək mövzular ətrafında fikir və təcrübə mübadiləsi aparıblar.

Tədbirin interaktiv hissəsində “Gənc Tibb İşçiləri arasında İntellektual Yarış” təşkil olunub. Yarış zamanı iştirakçılar tibbi biliklərlə yanaşı, analitik düşünmə, klinik qərarvermə, etik yanaşma və komanda işi bacarıqlarını nümayiş etdiriblər. Yarışın nəticələrinə əsasən qalib komanda müəyyənləşdirilib. Qalib komandaya kubok və hədiyyə paketi, bütün iştirakçılara isə iştirak sertifikatları təqdim olunub.

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, bu konfrans gənc tibb işçiləri arasında təcrübə mübadiləsinin aparılması, regional əməkdaşlığın genişləndirilməsi və peşəkar şəbəkələşmənin gücləndirilməsi baxımından mühüm platforma olub. Komitə sədri sözlərinə onu da əlavə edib ki, tədbir Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin gənc tibb işçilərinin peşəkar inkişafını, sosial rifahını və regionlarda fəaliyyətlərinin davamlılığını dəstəkləməyə yönəlmiş silsilə regional layihələri çərçivəsində keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Əfsanəvi cizgi serialı geri dönür

18:04
23 Sentyabr

Lənkəranda şəhid məzarları ziyarət edilib

17:49
23 Sentyabr

Şəhid Əli Tağıyevin xatirəsi anılıb  

17:21
23 Sentyabr

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

17:18
23 Sentyabr

Əfv sərəncamının icrası başa çatıb

17:18
23 Sentyabr

Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

17:16
23 Sentyabr

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb

17:16
23 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma  

17:15
23 Sentyabr

Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  

17:13
23 Sentyabr

 Təbii sərvətlərimiz işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verəcək  

17:05
23 Sentyabr

Sülhün və təhlükəsizliyin ünvanı  

17:03
23 Sentyabr

Bağışlamaq qəlbin böyüklüyüdür  

16:42
23 Sentyabr

Dövlət müəssisələrinə nəzarət genişlənir: 22 qurum monitorinqdən keçdi  

16:39
23 Sentyabr

Kanada və Böyük Britaniya müdafiə proqramlarını birləşdirə bilər   

16:38
23 Sentyabr

Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  

16:36
23 Sentyabr

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

16:33
23 Sentyabr

Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  

16:26
23 Sentyabr

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

16:25
23 Sentyabr

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub  

16:23
23 Sentyabr

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

16:22
23 Sentyabr

Aleks Albon: “Bakı trası bizim bolidə uyğundur”  

16:18
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!