19 Aprel 2025 09:35
2597
Oxucu məktubları
A- A+
Şikayətimizə baxan yoxdur

Şikayətimizə baxan yoxdur


Hörmətli redaksiya! Biz - Hökməli qəsəbəsi X.B.Natəvan küçəsində yaşayan bir qrup vətəndaş məcburiyyət qarşısında qalıb, sizə müraciət etmək qərarına gəldik.

Bəri başdan qeyd edək ki, ölkəmizdə aparılan abadlıq-quruculuq işləri, insanların həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən iqtisadi islahatlar, sosial sahədə görülən işlər bizi sevindirir. Ona görə də ölkəmizdə aparılan sosial siyasətin bizim də həyatımıza nə zaman təsir edəcəyini, güzəranımızın yaxşılaşacağını ümidlə gözləyirik. Amma təəssüflə qeyd edək ki, bizim payımıza hələlik gözləmək düşür.

Biz "AZELKO" MMC-nin yaxınlığında yaşayırıq. Yollarımız olduqca bərbad vəziyyətdədir. Yağış yağanda palçıqlı küçələrə nəinki piyada, heç maşınla da girmək mümkün deyil. Çirkli suların axıdılması üçün kanalizasiya, adi kanal belə qazılmayıb. Bəzi vətəndaşlar çirkli suları birbaşa yola axıdırlar ki, bu da müxtəlif yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Azyaşlı uşaqlar məktəbə getməkdə çətinlik çəkirlər. Ağır yük maşınları yolu elə bərbad vəziyyətə salıb ki, xəstəmiz olanda təcili yardım maşınları yola girə bilmir. Taksilər də bizə xidmət göstərməkdən imtina edirlər. Yaz-yay aylarında vəziyyətimiz daha dözülməz olur. 

Hörmətli redaksiya, sadaladığımız problemlər barədə dəfələrlə Hökməli kənd bələdiyyəsinə, Abşeron Rayon İcra Hakimiyyəti aparatına yazılı və şifahi müraciət etsək də, şikayətimizə baxılmayıb. Ümidimiz hər yerdən kəsildiyi üçün sizə üz tutmaq məcburiyyətində qaldıq. Güman edirik ki, dərdimizə, problemimizə işıq salsanız, aidiyyəti qurumların rəhbərləri bəlkə insafa gəlib cəmi 1 kilometr məsafəni əhatə edən yola çınqılın döşənməsi və yol kənarında çirkli suların axıdılması üçün adi bir kanalın qazılmasını təmin edərlər.


Hüseyn Qurbanov, Aydın Hüseynov, 

Vüsalə Yunusova, Qara ƏhmƏdov, 

Ramiz Axundov, Vahid CƏbrayılov, 

Pərinaz Əliyeva, Leyla HƏsƏnova, 

Rabil HƏsƏnov, Ramil HƏsƏnov, 

Raiz Qurbanov, Sənan Salmanov, 

Zamin MƏmmƏdƏliyev, Ziyafət KƏrimov, 

Sveta MƏmmƏdova, Elmar Abbasov, 

Salman Salmanov, Cəlalə CƏfƏrova, 

İlqar KƏrimov, Zahid Seyidov, 

Yaşar Abdullayev, Zərnisə Yusubova

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!