03 Noyabr 2024 08:00
2077
SİYASƏT
A- A+
Şanlı Zəfərin Böyük qayıdış mərhələsi

Şanlı Zəfərin Böyük qayıdış mərhələsi


Qarabağ və Şərqi Zəngəzura indiyədək 2263 ailə, 8660 nəfərin köçürülməsi ölkəmizin iqtisadi qüdrətinin bariz təcəssümüdür


İkinci Qarabağ müharibəsində Şanlı Zəfərimizin dördüncü ilini möhtəşəm təntənə ilə qeyd etməyə hazırlaşırıq. 8 Noyabr - Zəfər Günü tariximizin ən şanlı səhifəsidir və hər bir azərbaycanlı üçün müqəddəs bir gündür.

Ötən il noyabrın 8-də Xankəndidə keçirilən hərbi paradda Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Qələbəyə aparan əsas amilləri açıqlayaraq dedi ki, işğala məruz qalan ölkə kimi Azərbaycan 20 il ərzində bu günə doğru gedirdi, hazırlıq işləri görülürdü, beynəlxalq hüquq müstəvisində ölkəmizin mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə aparılan uğurlu fəaliyyət nəticəsində bütün dünyaya məlum olmuşdu ki, haqlı tərəf Azərbaycandır. Aparılan islahatlar Azərbaycanı iqtisadi müstəqilliyə sahibləndirdi və bununla da Cənubi Qafqazın lider dövləti iqtisadi cəhətdən heç kimdən asılı vəziyyətdə olmadı. Güclü siyasi iradə isə müstəqil xarici siyasətin yürüdülməsinə real zəmin yaratdı və bütün bunlar Azərbaycanı sonunda arzuladığımız Zəfərə apardı. 


Qələbənin Xankəndi zirvəsi, suverenliyin bərpası


Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdı. Azərbaycan dövlətinin və xalqının qazandığı bu hərbi və siyasi qələbə unikallığı ilə tarixə yazıldı. Dünya tarixində belə bir hadisə olmayıb ki, bir dövlət 30 il işğalda olan torpaqlarını 

44 gün ərzində hərbi və siyasi yolla azad etsin. Xalqımız bunu bacardı. Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət və qəhrəmanlıq göstərdilər, döyüşlər zamanı bir addım belə geri çəkilmədilər. Əsgərlərimiz və zabitlərimiz torpaqlarımız və dövlətimiz uğrunda öz canlarını, qanlarını əsirgəmədilər. Azərbaycan xalqı həmişə olduğu kimi, müharibə zamanı da öz Prezidentinə inandı. Xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşdi, öz ordusunun arxasında dayandı. Bu vəhdət "dəmir yumruğ"a çevrildi. Elə bir yumruğa çevrildi ki, bu yumruğu açmağa heç kimin nə gücü, nə də qüdrəti çatardı. 

Prezident İlham Əliyevin hərb meydanında Müzəffər Sərkərdə olması ilə yanaşı, diplomatik cəbhədə də güclü siyasətçi olması öz təsdiqini tapdı. Dövlət başçımız 44 gün ərzində informasiya sahəsində də Azərbaycan xalqının haqq səsi oldu, cəsarətlə, qətiyyətlə bütün xarici təzyiqlərə sinə gərdi və mübarizlik rəmzinə çevrildi.   Xankəndidə keçirilən hərbi parad isə Azərbaycanın suverenliyinin bərpasının dönməzliyinin əlaməti idi.

Zəfərimizdən sonra dünyaya car çəkən Ermənistana çoxları havadarlıq etməyə başladı. Hətta Azərbaycana qarşı indiyədək olmayan çirkin kampaniyalara start verdilər. Fransa başda olmaqla, Qərbin bəzi dövlətləri Azərbaycanın Xankəndidə yaşayan ermənilərə qarşı "humanitar fəlakət" həyata keçirdiyini də iddia etdilər. 

Amma müdrik siyasətçi kimi İlham Əliyev bu dəfə də dünyaya əsl həqiqətləri açıqladı və 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə Azərbaycanın sərhəd, ərazi bütövlüyünü təmin etmiş oldu. 

Bundan sonra da Qarabağdakı qondarma rejimin silahlı dəstələri terrorlar, təxribatlarla Azərbaycanı hədələməkdən çəkinmirdilər. İlham Əliyev isə onlara dəfələrlə xəbərdarlıq etsə də, öz əməllərindən əl çəkmədilər. Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu erməni təxribatının qarşısını almaq məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə başladı. Cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını bəyan etdilər. 

2023-cü il oktyabrın 15-də Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltdı. Bununla da Qarabağda separatizmin kökü birdəfəlik kəsildi və Azərbaycanın suverenliyi tam bərpa olundu. Azərbaycan Qarabağa, Şərqi Zəngəzura qovuşdu. Azərbaycan Ordusu Xocalı qurbanlarının, müharibədə qətlə yetirilmiş günahsız mülki əhalimizin, şəhidlərimizin qisasını döyüş meydanında aldı. 


Qarabağ və Şərqi Zəngəzurda yeni həyat


Bu qələbədən sonra Azərbaycanın tarixində yeni inkişaf səhifəsi açıldı. Azad edilmiş ərazilərə tez-tez səfərləri ilə Prezident İlham Əliyev sevincini xalq ilə bölüşməklə yanaşı, Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirdi. 

Hazırda azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş inşaat işləri gedir. Doğma yurdun hər qarışında tikinti bumu yaşanır. Yeni-yeni infrastrukturlar - xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, avtomobil və dəmir yolları, körpülər, tunellər tikilir. 

Artıq xeyli vaxtdır ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası reallaşmaqdadır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunub. Bu milli prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Böyük qayıdış proqramı yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması idi. Bu gün həmin missiya da uğurla reallaşmaqdadır. 

Qarabağ və Şərqi Zəngəzuru "dəmir yumruq"la alan Müzəffər Ali Baş Komandan İlham Əliyev artıq Zəfərimizdən ötən 4 il müddətində bu ərazilərdə misli görünməyən quruculuq işlərini həyata keçirməkdədir. Erməni vandalizminin qurbanına çevrilmiş şəhər və kəndlərin yenidən, daha müasir formada qurulması, tamamilə dağıdılmış infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycan dövlətinin prioritet fəaliyyət istiqamətlərindəndir. 

Onu da deyək ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi ildən-ilə artırılır və 2024-cü ildə bu məbləğ 4 milyard manat nəzərdə tutulub. 

Hər gün demək olar ölkəmizin müxtəlif istiqamətlərindən köç karvanı Qarabağa, Şərqi Zəngəzura yola salınır. Həyata keçirilən böyük layihələrin nəticəsi olaraq Qarabağda və Şərqi Zəngəzurda bərpa edilmiş yaşayış məntəqələrinin və daimi yaşamaq üçün bu yerlərə qayıdanların statistikasına nəzər yetirək: Ağalı kəndi 175 ailə, 871 nəfər, Talış kəndi 20 ailə, 90 nəfər, Füzuli şəhəri 823 ailə, 3136 nəfər, Laçın şəhəri 570 ailə, 2090 nəfər, Zabux kəndi 217 ailə, 823 nəfər, Şuşa şəhəri 220 ailə, 823 nəfər, Xocalı şəhəri 46 ailə, 179 nəfər, Sus kəndi 59 ailə, 215 nəfər, Cəbrayıl şəhəri 133 ailə, 433 nəfər. 

Ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzura indiyədək 2263 ailə, 8660 nəfər köçürülüb. 

Böyük Qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılacaq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. 

Tezliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yol-nəqliyyat infrastrukturu da tamamilə yenidən qurulub istifadəyə veriləcək. Hər iki iqtisadi rayonda tikinti-quruculuq işləri ilə paralel olaraq yolların da yenidən qurulması, körpü və tunellərin tikintisi həyata keçirilir. Ümumiyyətlə, azadlığa qovuşmuş ərazilərimizdə 2026-cı ilədək 2300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur. 130-dan çox tunel və körpü - 40 tunel və 90 körpü inşa edilir. 

Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələrə nəzər yetirsək görərik ki, bəlkə də, böyük dövlətlərin bir neçə il ərzində görə bilmədikləri işləri Azərbaycan cəmi 4 ildə reallaşdırıb. Bu ərazilərdə hava limanları, yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, elektrik enerjisi stansiyaları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturların yaradılması dünyanın diqqətini cəlb edir. 

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

Təyyarə qəzası nəticəsində xəsarət almış vətəndaşlar Bakıya gətirilib

19:33
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİB  

19:28
26 Dekabr

Azərbaycanın İtaliyadakı səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb

19:21
26 Dekabr

Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan daha 10 nəfərin şəxsiyyəti müəyyənləşib  

19:20
26 Dekabr

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs Azərbaycana gətirilib  

19:06
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!