26 Avqust 2026 09:25
152
İDMAN
A- A+
“Sabah”dan tarixi nəticə: İlklər və rekordlar

“Sabah”dan tarixi nəticə: İlklər və rekordlar

“Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib.

AZƏRTAC Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Bakı klubu buna pley-offda İsrailin “Hapoel” (Beer-Şeva) komandasını mübarizədən kənarlaşdırmaqla nail olub – 1:2, 5:2.

Azərbaycan futbolu tarixində 3-cü dəfə təmsilçimiz qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində oynayacaq. Bunadək “Qarabağ” 2017-2018 və 2025-2026 mövsümlərində belə uğura imza atıb.

Bu uğur sayəsində “Sabah” bir neçə rekordla ölkə futbolu tarixinə düşüb. Paytaxt təmsilçisi UEFA Çempionlar Liqasındakı debüt mövsümündə əsas raunda qədər irəliləyən ilk Azərbaycan komandasıdır.

Valdas Dambrauskasın yetirmələri həm də UEFA Çempionlar Liqasında 4 mərhələ adlayaraq əsas raunda vəsiqə qazanan ilk və yeganə Azərbaycan klubu olub.

Ümumilikdə isə tarixdə 3-cü dəfə Azərbaycan klubu əsas mərhələyə qədər 4 tur keçib. “Qəbələ” 2015-2016 və 2016-2017 mövsümlərində UEFA Avropa Liqasında 4 komandanı mübarizədən kənarlaşdırdıqdan sonra qrupa vəsiqə əldə edib. “Sabah” “Hapoel”ə qədər I təsnifat mərhələsində Uelsin TNS komandasını (2:0, 2:1), II təsnifat mərhələsində Finlandiya təmsilçisi “KuPS”u (1:0, 2:0), III təsnifat mərhələsində Danimarkanın “Orxus” klubunu (1:2, 4:0) mübarizədən kənarlaşdırıb.

Bundan başqa, “Sabah” qələbə sayında da rekord vurub. Bakı təmsilçisi bir mövsümdə təsnifat və pley-off mərhələlərində 6 qələbə qazanan ilk Azərbaycan klubu olub. Bununla da qrup və ya liqaya yüksələnədək 5 qələbə qazanan “Qarabağ”la “Qəbələ”nin rekordu yenilənib. 2013-2014, 2023-2024 və 2025-2026 mövsümlərində “Qarabağ”, 2016-2017 mövsümündə “Qəbələ” 5 qələbə qazanıb.

“Sabah” cari mövsüm Azərbaycanın UEFA reytinqinə 1,500 xal qazandırıb. Bu, təsnifat və pley-off mərhələləri üçün ölkə futbolu tarixinin rekordunun təkrarıdır. 2023-2024 mövsümündə “Qarabağ” 5 qələbə və 2 heç-heçə ilə eyni göstəriciyə - 1,500 xala sahib çıxıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

NBC İranın ABŞ kəşfiyyat obyektlərinə vurduğu ziyanı milyardlarla dollar qiymətləndirir  

09:29
26 Avqust

“Sabah”dan tarixi nəticə: İlklər və rekordlar

09:25
26 Avqust

ABŞ-də bayraqlar bir həftə yarıyadək endiriləcək

09:22
26 Avqust

İrəvan Bakının sülh gündəliyi ilə razılaşmağa məcburdur 

09:00
26 Avqust

Mədəniyyət xəzinəmizin əbədi inciləri

08:50
26 Avqust

Daha çox turistdən daha geniş turizmə 

08:45
26 Avqust

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında "yaşıl" körpü olacaq

08:40
26 Avqust

Rəqəmsal inkişafın mərkəzində duran Azərbaycan reallığı

08:35
26 Avqust

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

08:30
26 Avqust

Azərbaycan yeni dünya düzəninin formalaşmasında iştirak edən ölkədir

08:25
26 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri türk dünyasının inteqrasiyasına böyük təkan verir

08:20
26 Avqust

Yeni uğurlar, yeni hədəflər: Özbəkistanla milyardlıq ticarət əlaqələrimiz qurulacaq

08:15
26 Avqust

Qəhrəmanlıq tariximizin daha bir səhifəsi

08:10
26 Avqust

LAÇIN: Zəfər və quruculuq meydanı

08:05
26 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq

08:00
26 Avqust

2026-cı ildə Bakı şəhərində keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

02:16
26 Avqust

"Dənizkənarı Bulvar İdarəsi" və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi" publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında

02:15
26 Avqust

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında

02:14
26 Avqust

"Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:14
26 Avqust

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

02:00
26 Avqust

“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində! 

23:24
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!