26 Avqust 2026 08:40
55
İQTİSADİYYAT
A- A+
Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında "yaşıl" körpü olacaq

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında "yaşıl" körpü olacaq


Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın əsas qollarından biri  enerji sektorudur. Ənənəvi enerji sahəsində uzun müddətdir davam edən əlaqələr son illərdə bərpaolunan enerji layihələri ilə xeyli şaxələnib. Bu növ enerjinin istehsalı və Avropa bazarlarına ixracı iki ölkənin əməkdaşlığında yeni perspektivlər yaradır.

Azərbaycanla Özbəkistan arasında "yaşıl enerji" tərəfdaşlığından danışarkən iki il əvvələ qayıtmaq lazım gəlir. Belə ki, 2024-cü il noyabrın 13-də COP29 çərçivəsində üç ölkənin dövlət başçıları "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalayıb. 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanmasını da xatırladaq. Bu sazişə əsasən, Qara dənizin dibi ilə "yaşıl enerji" kabeli çəkiləcək. Bir sözlə, Mərkəzi Asiya, Qafqaz, Avropa, Xəzər və Qara dəniz vahid enerji dəhlizi ilə birləşdiriləcək. 

Prezident İlham Əliyev Özbəkistana dövlət səfəri ərəfəsində bu ölkənin Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində həmin istiqamətdə əməkdaşlıqdakı yenilikləri diqqətə çatdırıb: "Yaşıl enerji" sahəsində əməkdaşlığımız da davam edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda "Yaşıl Dəhliz Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya "yaşıl enerji" dəhlizi layihəsinin həyata keçirilməsini, bərpa-olunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb".

Xəzərin dibi ilə Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın birlikdə yaradacağı "yaşıl dəhliz" üçün bu ölkələrin hər birinin böyük potensialı var. 

Azərbaycanın "yaşıl gündəliy"i artıq bütün dünyaya bəllidir. Ölkəmizin "yaşıl enerji" potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt olaraq qiymətləndirilir. İl ərzində yurdumuzda günəşli saatların sayı 2400-3200 təşkil edir.

Külək enerjisinə gəldikdə isə quruda 3 QVt-a yaxın texniki potensial mövcuddur. Bu xüsusilə Xəzər dənizi sahilində və Abşeronda güclüdür. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında ölkəmizdə ən azı 6 qiqavatlıq "yaşıl enerji" - günəş, külək və su-elektrik enerjisi istehsal ediləcək. 

 Bildiyimiz kimi, Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonası elan olunub.

Özbəkistanda da bu istiqamətdə genişmiqyaslı işlər aparılır. Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, Özbəkistanın illik tələbatından 30 dəfə çox - 2091 milyard kilovat/saat elektrik enerjisi istehsal etmək potensialı var. Ölkənin iqlimi ildə 320 günəşli günün olması ilə səciyyələnir . Bu isə böyük həcmdə alternativ enerji istehsalına imkan yaradır. Surxandərya, Buxara və Kaşkadərya vilayətləri coğrafi baxımdan elə bir iqlim qurşağında yerləşir ki, bu regionlarda ümumilikdə 2058 milyard kilovat/saat günəş enerjisi hasil etmək olar.

Özbəkistanın külək enerjisinin də potensialı böyükdür. BMT-nin "yaşıl enerji"nin inkişafına dair hazırladığı hesabatda vurğulanır ki, Özbəkistanın şimal-qərb və cənub-qərb əraziləri 9,9 milyard kilovat/saat külək enerjisi istehsal etmək iqtidarındadır. 

"Yaşıl enerji"nin inkişafı üçün Özbəkistanda böyük proqram qəbul edilib. Son 5 il ərzində Özbəkistan Prezidenti "yaşıl enerji"nin inkişaf etdirilməsi üçün 15 sərəncam imzalayıb. Hökumət "yaşıl enerji" potensialını düzgün qiymətləndirərək müxtəlif xarici şirkətlərlə 20-dən çox müqavilə imzalayıb. Bütün bunlar Özbəkistana enerji istehsalını artıraraq onu ixrac etməyə şərait yaradıb.

Azərbaycanın coğrafi mövqeyi Mərkəzi Asiyada istehsal olunan "yaşıl enerji"nin Qafqaz və Avropa istiqamətində ötürülməsinə imkan verir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi üzrə əməkdaşlığın ən mühüm layihələrindən biri məhz "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi"dir. 

Xatırladaq ki, üç ölkənin enerji sistemlərinin əlaqələndirilməsi məqsədilə 2024-cü ildə razılıq əldə edilib. Keçən il isə hər üç ölkə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı ilə birlikdə "Xəzər Yaşıl Enerji Dəhlizi"nin texniki-iqtisadi əsaslandırılmasına dəstək haqqında memorandum imzalayıb. Cari ilin əvvəlində layihənin birinci mərhələsi üzrə texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb və Bakıda bu istiqamətdə ilkin seminar keçirilib. Layihənin əsas məqsədi Mərkəzi Asiyada istehsal olunan bərpaolunan elektrik enerjisinin Xəzər dənizi üzərindən Azərbaycana, daha sonra isə Qara dəniz vasitəsilə Avropaya çatdırılmasıdır. 

İqtisadçı-ekspert, neft-qaz məsələləri üzrə tədqiqatçı İlham Şaban və ölkəmizin digər enerji mütəxəssisləri bu cür təşəbbüslərin Azərbaycanın ənənəvi karbohidrogen ixracatçısı olmaqla yanaşı, gələcəkdə qlobal miqyasda mühüm "yaşıl enerji" tranziti və təmiz enerji mərkəzinə çevrilməsində mühüm rol oynayacağını vurğulayırlar. 

Özbəkistanın "yaşıl enerji" layihələri üzrə mütəxəssisi Furkat Kurbonov da bildirir ki, Azərbaycanın bu əməkdaşlıqda əsas üstünlüklərindən biri onun coğrafi mövqeyidir: "Özbəkistan Mərkəzi Asiyanın daxilində yerləşdiyi halda, Azərbaycan Xəzər dənizinin qərb sahilində yerləşərək Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında enerji körpüsü rolunu oynayır. Azərbaycan və Özbəkistan arasında alternativ enerji sahəsində əməkdaşlıq iki ölkənin enerji siyasətində yeni mərhələ yarada bilər. Özbəkistanın günəş və külək enerjisi potensialı ilə Azərbaycanın Xəzər və Cənubi Qafqaz üzərindən Avropaya çıxış imkanlarının birləşdirilməsi gələcəkdə mühüm regional enerji platformasının formalaşmasına səbəb ola bilər".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mədəniyyət xəzinəmizin əbədi inciləri

08:50
26 Avqust

Daha çox turistdən daha geniş turizmə 

08:45
26 Avqust

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında "yaşıl" körpü olacaq

08:40
26 Avqust

Rəqəmsal inkişafın mərkəzində duran Azərbaycan reallığı

08:35
26 Avqust

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

08:30
26 Avqust

Azərbaycan yeni dünya düzəninin formalaşmasında iştirak edən ölkədir

08:25
26 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri türk dünyasının inteqrasiyasına böyük təkan verir

08:20
26 Avqust

Yeni uğurlar, yeni hədəflər: Özbəkistanla milyardlıq ticarət əlaqələrimiz qurulacaq

08:15
26 Avqust

Qəhrəmanlıq tariximizin daha bir səhifəsi

08:10
26 Avqust

LAÇIN: Zəfər və quruculuq meydanı

08:05
26 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq

08:00
26 Avqust

2026-cı ildə Bakı şəhərində keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

02:16
26 Avqust

"Dənizkənarı Bulvar İdarəsi" və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi" publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında

02:15
26 Avqust

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında

02:14
26 Avqust

"Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:14
26 Avqust

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

02:00
26 Avqust

“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində! 

23:24
25 Avqust

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

23:12
25 Avqust

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub

21:44
25 Avqust

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

21:23
25 Avqust

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

21:13
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!