17 Avqust 2026 18:35
685
CƏMİYYƏT
A- A+
Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda tədbir təşkil olunub

Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda tədbir təşkil olunub


Qusar rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi təşkil olunub.

Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Aqrar İnnovasiya Mərkəzi tərəfindən təşkil olunan panel müzakirəsi “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” çərçivəsində keçirilib.

Panel müzakirəsinin əsas məqsədi fermer və sahibkarların aqrar sahədə tətbiq olunan dövlət dəstəyi mexanizmləri, maliyyələşmə imkanları, kredit və subsidiya alətləri, aqrar sığorta və digər xidmətlər barədə məlumatlandırılması, onların qarşılaşdıqları məsələlərin müzakirəsi və iştirakçıların maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparılması olub.

Rəsmi açılışda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmdəxanov, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və Azərbaycan Biznesinin İnkişafı Fondunun sədr müşaviri Namiq Zeynalov çıxış ediblər.

Müzakirələr zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəfləri diqqətə çatdırılıb. Aqrar sahənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin edilməsi, məhsuldarlığın artırılması, müasir və innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması və aqrobiznesin inkişafının dəstəklənməsi istiqamətində müəyyən edilmiş prioritetlər barədə fikir mübadiləsi aparılıb.

Panel müzakirəsində kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov, Azərbaycan Biznesinin İnkişafı Fondunun sədrinin müşaviri Namiq Zeynalov, Aqrar Sığorta Fondunun şöbə müdiri Əli Əhmədov və “Unibank” MMC-nin Quba filialının müdiri Qadir Seyfullayev spiker qismində iştirak ediblər.

Müzakirə zamanı meyvəçilik və intensiv bağçılıq sahəsinin inkişafı ilə bağlı məsələlər diqqət mərkəzində olub. Fermer və sahibkarların müasir texnologiyaların tətbiqi, təsərrüfatların inkişafı, maliyyələşmə və sığorta imkanlarından istifadə ilə bağlı sualları cavablandırılıb.

Panel çərçivəsində kənd təsərrüfatı istehsalçılarının aqrar sığorta mexanizmindən yararlanma imkanları, kredit və subsidiya mexanizmləri, Azərbaycan Biznesinin İnkişafı Fondunun maliyyə dəstəyi istiqamətləri, həmçinin bank sektorunun aqrar sahədə təqdim etdiyi maliyyələşmə imkanları barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə dövlət dəstəyi mexanizmlərindən daha səmərəli istifadə, maliyyə resurslarına və aqrar xidmətlərə çıxışın genişləndirilməsi, təsərrüfatların risklərdən qorunması və meyvəçilik sahəsində istehsal imkanlarının artırılması ilə bağlı məsələlər önə çəkilib.

Qusar rayonunda keçirilən “Aqrar Biznes Festivalı”, “I İntensiv Meyvə Bağları Festivalı” və panel müzakirə çərçivəsində ölkənin müxtəlif bölgələrindən 70-dən artıq meyvəçilik təsərrüfatı subyekti, fermer və sahibkar iştirak edib. Təmsil olunan təsərrüfatların meyvə bağlarının ümumi sahəsi 10 min hektara yaxın olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər 

12:26
22 Sentyabr

Özbəkistan Xəzər dənizindəki limanlarda logistika infrastrukturunun yaradılımasına böyük əhəmiyyət verir  

12:01
22 Sentyabr

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib YENİLƏNƏCƏK

11:58
22 Sentyabr

Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək  

11:49
22 Sentyabr

Ötən gün 51 cinayətin açılması təmin olunub

11:43
22 Sentyabr

Havada normadan artıq toz müşahidə olunur

11:41
22 Sentyabr

Yuri Lujkovun xatirə axşamında Prezident İlham Əliyevin müraciətinin mətni oxunub

11:40
22 Sentyabr

Ətraf mühitlə bağlı qanunlara yeni dəyişikliklər təklif olunur

11:38
22 Sentyabr

Makron Zelenski ilə görüşdən sonra Ukraynaya yeni dəstək tədbirlərini açıqlayıb

11:12
22 Sentyabr

Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb

11:11
22 Sentyabr

Respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşıb

11:02
22 Sentyabr

Ağdam-Xankəndi dəmir yolu xəttinin bərpası istiqamətində işlər davam etdirilir

11:00
22 Sentyabr

Qızıl və gümüşün ucuzlaşması davam edir

10:58
22 Sentyabr

Birjalarda neft bahalaşıb

10:57
22 Sentyabr

İnsanabənzər robotlar erası başlayır: ötən il dünyada 7 min android satılıb

10:40
22 Sentyabr

ABŞ Eritreya hakim partiyasına və ordusuna qarşı sanksiyaları ləğv etdi

10:35
22 Sentyabr

ABŞ və Çin ticarət və süni intellekt mövzularında konstruktiv məsləhətləşmələr aparıblar

10:30
22 Sentyabr

Sudanda mədən çökməsi nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb

10:25
22 Sentyabr

"Formula-1" Azərbaycan Qran-prisinə 2 gün qaldı

10:20
22 Sentyabr

Dəniz şəhərində polad avtoqraf  

10:15
22 Sentyabr

Yeni layihələr, işgüzar görüşlər, genişlənən əməkdaşlıq

10:10
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!