14 Noyabr 2024 08:20
799
SİYASƏT
A- A+
Qlobal ekoloji tədbirin Bakıda keçirilməsini həzm edə bilməyənlərin istəkləri baş tutmadı

Qlobal ekoloji tədbirin Bakıda keçirilməsini həzm edə bilməyənlərin istəkləri baş tutmadı


Birinci vitse-prezident Mehriban xanım Əliyeva: "COP29 siyasi hücumlar arenası deyil, iqlim böhranı qarşısında hamımızın birləşdiyi məkandır"


İstər siyasi, istərsə də iqtisadi beynəlxalq tədbirlər üçün bu gün ölkəmiz sınanmış ünvandır. Tarixi ədalətin təntənəsi olan 44 günlük Vətən müharibəsindən sonra da beynəlxalq hüquqa hörmətlə yanaşan dövlətlər üçün Azərbaycanın bu imici dəyişməmiş, əksinə, daha da möhkəmlənmişdir. 

Təəssüf ki, bunu həzm edə bilməyən, erməni lobbisinin təsiri altında olmaqla ikili standartlar nümayiş etdirən bəzi Qərb dairələri bunu qəbul etmək istəmirlər, əksinə, hər fürsətdə hibrid təhdidlər vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışırlar. Xüsusən də Azərbaycanda keçirilən beynəlxalq  tədbirlər öncəsi ölkəmizə qarşı böhtan dolu, ədalətsiz informasiya hücumları təşkil edirlər. Belə ucuz informasiya hücumlarının dəfələrlə şahidi olmuşuq. Bu, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başlanmasına bir neçə ay qalmış daha intensiv xarakter almağa başladı. Bəzi Qərb dairələri mediada və sosial platformalarda ölkəmizin əleyhinə kampaniya aparmaqla qlobal tədbirə kölgə salmağa çalışdılar. Əsas məqsədləri COP29-un Bakıda keçirilməsinin qarşısını almaq, Azərbaycana siyasi təzyiq göstərmək, xüsusən də saxlanılan erməni hərbi cinayətkarların azad edilməsinə nail olmaq idi. 

Aydındır ki, Azərbaycanın müstəqil siyasət aparması ABŞ-nin və Avropanın bəzi dairələrini qane etmir. Bu səbəbdən onlar birbaşa erməni lobbisinin dəstəyi ilə Bakının artan nüfuzunu boğmağa çalışırlar. Amma, necə deyərlər,  "sən saydığını say, gör fələk nə sayır". Artıq dördüncü gündür COP29 fəaliyyət göstərir, dünyanın gözü Azərbaycandadır. Dünya liderlərinin COP29 çərçivəsində keçirilən yüksəksəviyyəli tədbirinin tribunasından Prezident İlham Əliyev arzusu ürəyində qalanlara sərt ismarışını  göndərdi: "Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 prezident, vitse-prezident və baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, "Azərbaycana xoş gəlmisiniz!" 

Yüksək səviyyədə keçən COP29-un "mavi" və "yaşıl zona"sında mühüm məsələlər müzakirə olunur, rəsmi və qeyri-rəsmi görüşlər baş tutur. Yalnız bir tədbirin adını çəkməklə qlobal sessiyanın nə qədər əhəmiyyətli olduğunu görmək olar. Konfransın ilk günündə Azərbaycan "Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsi"ni imzalayaraq iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyi götürüb. Bu bəyannamə inklüziv, uşaqlar və gəncləri rəhbər tutan iqlim siyasətlərini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və qlobal səviyyələrdə qəbul edilmiş ilk belə çərçivədir. İqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir. Bir milyarda yaxın uşaq, yəni dünya uşaqlarının yarısı iqlim dəyişmələri və çirklənmənin təsirlərindən son dərəcə yüksək risk altında olan ölkələrdə yaşayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell COP29-un açılışındakı çıxışında demişdir: "Bir COP bütün dünyanın ehtiyac duyduğu transformasiyanı edə bilməz. Əgər dünya dövlətlərinin ən azı üçdəikisi tullantıları tez bir zamanda azalda bilmirsə, o zaman bu, hər bir dövlətə baha başa gələcək. Əgər dövlətlər təchizat zəncirlərində möhkəmlik qura bilməsələr, bütün qlobal iqtisadiyyat çökəcək. Beləliklə, iqlimin maliyyələşdirilməsinin xeyriyyəçilik olduğuna dair hər hansı bir fikirdən daşınmalıyıq". Nə yazıq ki Qərbin bəzi inkişaf  etmiş ölkələri cənab Stiellin söylədiklərini qulaqardına vurur, onu əhəmiyyətsiz sayırlar. Sanki dünyamızın çirklənməsində, ətraf mühitə vurulan zərərlərdə, iqlim pozuntularında günahları yoxdur, özlərini elə aparırlar ki, elə bil "süddən çıxmış ağ qaşıq"dırlar. 

Noyabrın 12-də  COP29 çərçivəsində "yaşıl zona"da "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsinə" mövzusunda keçirilən konfransda çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva inkişaf etmiş ölkələrin bu cür davranışlarına etirazını bildirərək demişdir: "Əsrlər boyu çirklənmənin əsas mənbəyi və sərvətlərin məsuliyyətsiz istehlakçısı olmuş inkişaf etmiş ölkələr hazırda sərt hakim rolunda çıxış edir. Onlar hamı üçün sərt məhdudiyyətləri təşviq edir və eyni zamanda öz siyasətində iddialı məqsədlərini güdür, öz maraqları uğrunda işini davam etdirir. Onlar digər ölkələrdən transformasiyanı tələb edir, lakin bununla belə, maliyyə və ya texnoloji baxımdan yardım etməyə tələsmirlər".

Ölkəmizin COP29-a ev sahibi seçilməsi Azərbaycanın beynəlxalq nüfuzundan,  səmərəli  beynəlxalq münasibətlər sistemi qurmaq bacarığından, üstəlik, ekoloji problemlərin həllində iradə nümayiş etdirməsindən xəbər verir. Məhz bunu gözügötürməyənlər son yarım ildə qara piar kampaniyasını gücləndirmişlər. Azərbaycanın birinci xanımı  Mehriban Əliyeva bu kampaniyaya da münasibətini bildirmişdir: "Yalan hekayətlər və riyakarlıq nəinki reallığı səhv göstərir, o cümlədən ədalət və düzgünlük, ləyaqət və məsuliyyət kimi fundamental konsepsiyaları sual altına qoyur. Səhv informasiyanın yayılmasında, ölkələrə qarşı qarayaxma kampaniyalarının aparılmasında mediadan istifadə həmin ölkələrə o qədər zərər vurmur, nəinki mənəvi dəyərlərin mahiyyətini dəyərsizləşdirir, etimadı zəiflədir və parçalanma yaradır. Onlar yadda saxlasınlar ki, COP29 siyasi hücumlar arenası deyil. O, iqlim böhranı qarşısında hamımızın birləşdiyi məkandır. Yalnız ədalətli əməkdaşlıq və real tədbirlərə hazırlıq bizi uğura aparacaq". 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!