26 Oktyabr 2026 17:53
260
CƏMİYYƏT
A- A+
Qırğızıstan nümayəndə heyəti Azərbaycan Prokurorluğunun fəaliyyətində rəqəmsallaşmanın tətbiqi ilə maraqlanıb  

Qırğızıstan nümayəndə heyəti Azərbaycan Prokurorluğunun fəaliyyətində rəqəmsallaşmanın tətbiqi ilə maraqlanıb  


Oktyabrın 27-də və 28-də Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü çərçivəsində Baş prokuror Kamran Əliyev Qırğızıstanın Baş prokurorunun birinci müavini Çingiz Aşirbekoviç Axmatovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə çıxış edən Baş prokuror Azərbaycan və Qırğızıstan xalqlarını birləşdirən ortaq türk köklərinin, dini və mədəni dəyərlərin iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm təməlini təşkil etdiyini vurğulayıb. Dövlət başçıları arasında qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rolunu qeyd edən Baş prokuror Qırğızıstan Prezidenti Sadır Japarovun 2026-cı ilin mayında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycana, eləcə də oktyabrın 14-15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Sammitində iştirak etmək məqsədilə Bakıya səfərlərinin əhəmiyyətini diqqətə çatdırıb.

Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak məqsədilə Qırğızıstana səfəri və səfər çərçivəsində əldə olunmuş nəticələr xatırladılıb.

Görüşdə Azərbaycan və Qırğızıstan prokurorluq orqanları arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Cinayət işləri üzrə hüquqi yardım haqqında sorğuların operativ və səmərəli icrası, cinayət törətmiş şəxslərin ekstradisiyası, axtarışda olan şəxslərlə bağlı əməkdaşlığın gücləndirilməsi, habelə korrupsiya və digər transmilli cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsinin genişləndirilməsi və qabaqcıl təcrübənin paylaşılmasının vacibliyi vurğulanıb.

Baş prokuror, həmçinin 2026-cı ilin sentyabrında Kazan şəhərində keçirilmiş MDB ölkələri Baş prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclası çərçivəsində Qırğızıstanın Baş prokuroru Malik Bekturqanov ilə görüşünü xatırladaraq, həmin təmasların prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib.

Çingiz Axmatov səmimi qəbula görə təşəkkürünü bildirərək, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələrin daha da genişləndirilməsinin, qarşılıqlı hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsinin və birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Qırğızıstan nümayəndə heyəti Azərbaycan Prokurorluğunun fəaliyyətində rəqəmsallaşmanın və müasir kommunikasiya texnologiyalarının tətbiqi ilə maraqlandığını bildirib. Bu xüsusda, kibertəhlükəsizliyin təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin aşkarlanması və araşdırılması, elektron sübutların əldə edilməsi və təhlili, habelə bu sahələrdə qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüşün sonunda prokurorluq orqanları arasında əməkdaşlığın konkret istiqamətlər üzrə inkişaf etdirilməsi, hüquqi yardımın səmərəliliyinin artırılması və beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin gücləndirilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pensiyaya yeni əlavə kimlərə şamil olunacaq?  

19:32
26 Oktyabr

Hörmüz boğazında gəmilərə hücumlar artıb

19:13
26 Oktyabr

Omikronun yeni variantı uşaqlar arasında niyə daha sürətlə yayılır?  

19:02
26 Oktyabr

Piylənmə ilə mübarizənin səmərəli yolu məlum olub

18:44
26 Oktyabr

Saxta IMEI-lərə qarşı mübarizə: 86 mindən çox kod bloklanıb

18:31
26 Oktyabr

Baş prokuror: Üçüncü yüksəksəviyyəli görüş Azərbaycan ilə İƏT arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək  

18:23
26 Oktyabr

Alimlər orqanizmdə maye dövranını izləyən yeni model yaradıblar  

18:03
26 Oktyabr

Avropada fırtına nəqliyyatı iflic edib, minlərlə evi işıqsız qoyub

18:00
26 Oktyabr

  İtaliyanın Milan şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib

17:56
26 Oktyabr

Hikmət Hacıyev: Azərbaycan və Yaponiya arasında vizasız rejimin genişləndirilməsi mümkündür 

17:54
26 Oktyabr

Qırğızıstan nümayəndə heyəti Azərbaycan Prokurorluğunun fəaliyyətində rəqəmsallaşmanın tətbiqi ilə maraqlanıb  

17:53
26 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi “ASAN xidmət”də  

17:53
26 Oktyabr

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşüb: 2026–2028-ci illər üzrə Yol Xəritəsi müzakirə olunub YENİLƏNİB  

17:52
26 Oktyabr

Prezidentin köməkçisi: Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik 

17:50
26 Oktyabr

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral vəzifəsindən ayrılıb  

17:48
26 Oktyabr

Pentaqon hərbi bazaları müharibə halı üçün 90 günlük tam təcridə hazırlayır  

17:46
26 Oktyabr

Görünməyən virus, böyüyən təhlükə  

17:43
26 Oktyabr

Prezidentin köməkçisi: Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır VİDEO

17:41
26 Oktyabr

Hikmət Hacıyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq

17:40
26 Oktyabr

Hikmət Hacıyev: Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir 

17:40
26 Oktyabr

Yaxın iki gündə hava necə olacaq? – PROQNOZ

17:33
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!