26 Oktyabr 2026 17:46
241
DÜNYA
A- A+
Pentaqon hərbi bazaları müharibə halı üçün 90 günlük tam təcridə hazırlayır  

Pentaqon hərbi bazaları müharibə halı üçün 90 günlük tam təcridə hazırlayır  


Pentaqon ABŞ hərbi bazalarının mülki infrastrukturdan ayrılacağı təqdirdə onların 90 gün ərzində özünütəminetməsini həyata keçirmək üçün tədbirlər hazırlayır. Beləliklə, ABŞ ordusu hərbi obyektləri mümkün genişmiqyaslı müharibəyə hazırlayır. Bu barədə “Fox News” telekanalı Pentaqon sənədlərinə istinadən xəbər verir.

Pentaqon öz planlarını şərh edərək bildirib ki, hazırda silahlı qüvvələr mülki sistemlərin işindən asılıdır. Hazırlıq proqramı bazaların portativ nüvə reaktorları və digər muxtar enerji mənbələri ilə təchiz olunmasını nəzərdə tutur. Onların sayəsində hərbi obyektlər mülki elektrik şəbəkəsindən asılı olmayaraq işləyə və uzunmüddətli enerji kəsintiləri zamanı fəaliyyətlərini davam etdirə biləcəklər.

“Biz milli müdafiəmizi təmin etmək üçün standart mülki bələdiyyə infrastrukturuna güvənmək istəmirik. Biz sadəcə bunu özümüzə rəva bilmərik. Bu, qəbuledilməz riskdir”, - deyə Pentaqonun mətbuat katibi Şon Parnell “Fox News Digital” ilə söhbətində bildirib.

Bundan əlavə, Pentaqon hərbi böhran baş verdiyi təqdirdə mülki zavodların operativ olaraq hərbi rejimə keçirilməsi üçün zəmin yaradır, həmçinin alternativ təchizat zəncirləri və sursat, yanacaq və zəruri materialların strateji ehtiyatlarını formalaşdırır. Şon Parnell hazırlıq proqramını ölkənin milli təhlükəsizliyi üçün “sığorta polisi” adlandırıb.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pensiyaya yeni əlavə kimlərə şamil olunacaq?  

19:32
26 Oktyabr

Hörmüz boğazında gəmilərə hücumlar artıb

19:13
26 Oktyabr

Omikronun yeni variantı uşaqlar arasında niyə daha sürətlə yayılır?  

19:02
26 Oktyabr

Piylənmə ilə mübarizənin səmərəli yolu məlum olub

18:44
26 Oktyabr

Saxta IMEI-lərə qarşı mübarizə: 86 mindən çox kod bloklanıb

18:31
26 Oktyabr

Baş prokuror: Üçüncü yüksəksəviyyəli görüş Azərbaycan ilə İƏT arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək  

18:23
26 Oktyabr

Alimlər orqanizmdə maye dövranını izləyən yeni model yaradıblar  

18:03
26 Oktyabr

Avropada fırtına nəqliyyatı iflic edib, minlərlə evi işıqsız qoyub

18:00
26 Oktyabr

  İtaliyanın Milan şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib

17:56
26 Oktyabr

Hikmət Hacıyev: Azərbaycan və Yaponiya arasında vizasız rejimin genişləndirilməsi mümkündür 

17:54
26 Oktyabr

Qırğızıstan nümayəndə heyəti Azərbaycan Prokurorluğunun fəaliyyətində rəqəmsallaşmanın tətbiqi ilə maraqlanıb  

17:53
26 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi “ASAN xidmət”də  

17:53
26 Oktyabr

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşüb: 2026–2028-ci illər üzrə Yol Xəritəsi müzakirə olunub YENİLƏNİB  

17:52
26 Oktyabr

Prezidentin köməkçisi: Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik 

17:50
26 Oktyabr

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral vəzifəsindən ayrılıb  

17:48
26 Oktyabr

Pentaqon hərbi bazaları müharibə halı üçün 90 günlük tam təcridə hazırlayır  

17:46
26 Oktyabr

Görünməyən virus, böyüyən təhlükə  

17:43
26 Oktyabr

Prezidentin köməkçisi: Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır VİDEO

17:41
26 Oktyabr

Hikmət Hacıyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq

17:40
26 Oktyabr

Hikmət Hacıyev: Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir 

17:40
26 Oktyabr

Yaxın iki gündə hava necə olacaq? – PROQNOZ

17:33
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!