14 Dekabr 2024 08:40
277
SİYASƏT
A- A+
Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı beynəlxalq hüququn tələbləri çərçivəsində reallaşmalıdır

Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı beynəlxalq hüququn tələbləri çərçivəsində reallaşmalıdır


Tarixi ədalətsizliyin aradan qaldırılmasına yönələn bu fikirləri bir neçə gün öncə Bakının evsahibliyi etdiyi Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda keçirilən II beynəlxalq konfransda ölkələrin yüksəksəviyyəli nümayəndələri də dəstəkləyiblər. 

Azərbaycan xalqının tarixi köklərini özündə yaşadan Qərbi Azərbaycan mədəni-tarixi yaddaşımız, əzəli, əbədi dədə-baba yurdumuzdur. Hayların bu qədim torpaqlarımıza köçürülməsindən sonra başlayan kütləvi soyqırımlar, həm erməni zorakılığı, həm də dövlət səviyyəsində deportasiyalar xalqımızın tarixində sağalmaz yaralar açdı. Şimaldan gələn imperiya təzyiqləri və erməni millətçilərinin məkrli planları nəticəsində soydaşlarımız öz tarixi yurdlarından didərgin salındı. Erməni vəhşiliklərinin qurbanına çevrilmiş azərbaycanlıların kəndbəkənd qətliamlara məruz qalması, İrəvan xanlığının ərazisində planlı şəkildə həyata keçirilən deportasiya siyasəti insanları öz torpaqlarından uzaqlaşdırmağa, mədəniyyətimizi, tarixi irsimizi məhv etməyə yönəldi. Vaxtilə azərbaycanlılar yaşayan kəndlərin, qəsəbələrin adlarını özününküləşdirməyə çalışdılar. 1976-cı ilə aid rəsmi məlumata görə, indiki Ermənistan ərazisində 233 türk mənşəli yaşayış məntəqəsi olub. Təəssüf ki, Düzkənd (Amasiya rayonu), Güllüdüz (Yexeqnadzor rayonu), Ağbulaq (Gorus rayonu), Soyuqbulaq (Kalinin rayonu), Gölkənd (Krasnoselsk rayonu), Quzugüdən kənd (Oktemberyan rayonu), Qulucan kənd (Artik rayonu) olduğu kimi, digər yaşayış məntəqlərimizin də adları erməniləşdirildi. 

Ötən əsrin sonlarında 300 minə yaxın azərbaycanlının Ermənistandan zorla deportasiya edilməsi erməni millətçilərinin etnik təmizləmə siyasətinin sonuncu, lakin ən ağrılı hadisələrindən biridir. Bu faciə nəticəsində itirilmiş torpaqlar və məhv edilmiş mədəni irs xalqımızın yaddaşında açılan dərin yaralardır. Tarixi ədalətin bərpası, soydaşlarımızın dədə-baba yurdlarına qayıdışı üçün bu gün həm dövlətimiz, həm də xalqımız birlik nümayiş etdirir. Qüdrətli Azərbaycan dövləti milli iradəsi ilə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtması məsələsini daim gündəmdə saxlayır.

Bu günlərdə dünya siyasətçilərinin, dövlət başçılarının, qaçqın və köçkünlərin böyük maraqla izlədiyi Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda keçirilən II beynəlxalq konfransda problemə insan haqları və insan hüquqları baxımından ədalətli yanaşmalar böyük əks-səda doğurmuşdur. Bu əks-sədanın ana xəttini təşkil edən isə 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda qazanılmış Qarabağ zəfərindən sonra soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarına qayıdışını təmin etmək, xalqımızı öz doğma yurduna qovuşdurmaq istəyidir. Xatırladaq ki, beynəlxalq konfransda 51 ölkənin nümayəndəsi qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışını dəstəkləyib. Bu, xalqımızın öz tarixi yaddaşına və hüquqlarına sahib çıxması ilə bərabər, həm də beynəlxalq hüququn prinsipləri çərçivəsində gecikmiş ədalətin bərpası olar. Konfrans iştirakçılarının bu istiqamətdə məmnuniyyətlə dəstəklədiyi Qərbi Azərbaycana Qayıdış Konsepsiyası xüsusi əhəmiyyət daşıyır. Konsepsiya indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların sülh yolu ilə təhlükəsiz şəkildə öz yurdlarına qayıtmasını təmin etməyi hədəfləyir. Bu mühüm sənəd olmaqla yanaşı, həm də soydaşlarımızın haqlarının bərpasına doğru atılan strateji addımdır. Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış prosesinə göstərdiyi diqqət və qayğı bu ideyanın milli hərəkat səviyyəsinə yüksəldilməsinin ən bariz nümunəsidir. 

2022-ci il dekabrın 24-də dövlət başçısının Qərbi Azərbaycan ziyalıları ilə icma binasında keçirdiyi görüş həm tarixi, həm də siyasi baxımdan mühüm bir hadisə kimi yadda qaldı, xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcını müjdələdi. Prezident İlham Əliyev həmin görüşdə soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışı ilə bağlı milli strateji hədəfləri açıqladı. Dövlət başçısı bu missiyanın yalnız siyasi məqsəd olmadığını, həm də xalqımızın milli iradəsinin, əzminin və tarixi həqiqətlərin təntənəsi olduğunu bildirdi. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda keçirilən II beynəlxalq konfransın iştirakçılarına müraciətində vurğulamışdır ki, hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşmışdır və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür. 

Prezident İlham Əliyev Azərbaycan xalqının da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşdiyini bildirmişdi: "Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir".

Ermənistanın Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışdığını, Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtdığını, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurduğunu qeyd edən dövlət başçısı daha bir faktı diqqətə çatdırıb: "Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və islam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy məscid salamat qalmışdır. Lakin Ermənistan Göy məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir".

Ermənistanın bununla da kifayətlənmədiyini, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etdiyini, etnik təmizləmə törətdiyini, şəhər və kəndləri dağıtdığını, talan etdiyini, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan xalqının heç vaxt bu ədalətsizliklə barışmadığını, haqq səsini dünyaya çatdırmağa çalışdığını diqqətə çatdırıb. 

2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı, Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. Artıq işğaldan azad edilmiş ərazilərdə "Böyük Qayıdışa dair Dövlət Proqramı" uğurla icra edilr.

Qərbi Azərbaycana qayıdışın əsasını təşkil edən konsepsiya düşmənçilik və ya intiqam ruhundan uzaq, tarixi ədalətin və beynəlxalq hüququn təmin olunmasına xidmət edən humanist bir yanaşmadır. Bu sənədin təməlində və hədəflərində tarix boyu təhrif edilmiş faktlar, saxta ideyalar üzərində xalqımıza qarşı düşmənçilik siyasəti yürüdənlərə hər hansı əzici, aşağılayıcı davranış sərgiləmək məqsədi yoxdur. Əksinə, konsepsiya sülh yolu ilə təhlükəsiz və firavan birgəyaşayışın təmin edilməsini əsas götürür. Konsepsiya ilk növbədə tarixi həqiqətlərin olduğu kimi təqdim edilməsini, xalqımızın öz hüquqlarına sahib çıxmasını və bu hüquqların beynəlxalq normalar ilə qorunmasını hədəfləyir. Yurd yerlərindən zorla didərgin salınmış qərbi azərbaycanlıların öz evlərinə qayıtması onların fundamental hüququdur. Bu haqq heç bir anlayışla məhdudlaşdırıla və ya təxirə salına bilməz. Ermənistan hökuməti qərbi azərbaycanlıların öz tarixi yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməli, bu prosesi gecikdirmədən həyata keçirməlidir. 

Bu konsepsiya bir tərəfdən, tarixi ədalətin bərpasını təmin etməyi, digər tərəfdən isə Cənubi Qafqazda sülh və firavanlığın bərqərar olmasına töhfə verməyi qarşısına məqsəd qoyur. Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı regionun sabit gələcəyi üçün əsas şərtdir, beynəlxalq hüququn alternativi olmayan tələbidir. Bu proses həm xalqımızın ləyaqətinə, həm də beynəlxalq icmanın hüquq və humanizm prinsiplərinə əsaslanır. 

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Qaçqınların Statusuna dair Konvensiya və digər beynəlxalq aktlar insanların öz doğma torpaqlarına qayıtmaq hüququnu təmin edir. Sənədlərdə açıq şəkildə ifadə olunan "geriyə qayıdış hüququ" hüquqi norma olmaqla yanaşı, həm də insani dəyərlərin qorunması üçün beynəlxalq icmanın üzərinə düşən öhdəlikdir. Bu baxımdan, Ermənistanın beynəlxalq hüquq çərçivəsində öhdəlikləri dəqiqdir və rəsmi İrəvan bunlara əməl etməlidir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib  

12:09
26 Dekabr

Sükut dəqiqəsi  

12:01
26 Dekabr

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri arasında telefon danışığı olub  

11:40
26 Dekabr

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya işləyir  

11:28
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR  

11:16
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!