13 İyul 2025 09:05
595
SİYASƏT
A- A+
Qərbi azərbaycanlılar qanuni haqlarını tələb edirlər

Qərbi azərbaycanlılar qanuni haqlarını tələb edirlər


Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir.

Keçən əsrin əvvəllərindən başlayaraq Qərbi Azərbaycandan, yəni bölşeviklərin qeyri-qanuni yaratdığı indiki Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlının zorla çıxarılması və mərhələli şəkildə etnik təmizləməyə məruz qalması tarixə də, ictimaiyyətə də yaxşı məlumdur. İlk deportasiya 1905-1920-ci illər kimi tarixə düşüb. Qərbi azərbaycanlıların öz torpaqlarını tərk etməyə məcbur edilmələrinin ikinci mərhələsi isə 1948-1953-cü illərdə baş verib. Nəinki, İrəvan erməniləri, eləcə də Qarabağ erməniləri Cənubi Qafqaza köçürüldükləri gündən yalnız işğalçılıq ruhu ilə yaşayıblar. "Dənizdən dənizə" xülyası ilə yaşayan ermənilər əlavə ərazilər işğal etmək məqsədilə qərbi azərbaycanlıları dədə-babalarının min illərlə yaşadıqları yurdlarından kütləvi şıkildə qovublar, mal- qaralarını, mülklərini, ev əşyalarını qarət ediblər və sairə. Bu azmış kimi qərbi azərbaycanlıları məqsədli şəkildə dövlət səviyyəsində deportasiya ediblər. Həmin dəhşətli deportasiyaların və zorla qovulmanın sonuncusu 1988-1989-cu illərı əhatə edib və Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmayıb. Bu ərazilərdə xalqımızın mənəviyyatı, şəxsiyyəti tapdalanmış, qədim tarixi-mədəni, dini-mənəvi irsi, o cümlədən abidələr, məscidlər, qəbiristanlıqlar məhv edilmişdir. Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir. Əslində bu tələb çox haqlıdır, ədalətlidir və beynəlxalq hüquq prinsiplərinə, tarixi gerçəkliklərə söykənir.

Azərbaycan Prezidenti İlham Əliyev qərbi azərbaycanlıların indiki Ermənistana, öz ata-baba yurdlarına qayıtması ilə bağlı ardıcıl siyasət yeridir. Tarixi faktlara, həqiqətlərə, beynəlxalq hüquqa əsaslanan haqlı tələblər irəli sürür. Ermənistanın deportasiya, etnik təmizləmə siyasətinə qarşı Azərbaycan dövləti ortaya kəskin siyasət qoyur. Beynəlxalq hüquq prinsiplərinə, rəsmi arxiv sənədlərinə və tarixi gerçəkliklərə söykənən bu tələbin həyata keçirilməsi üçün ardıcıl addımlar atır. Dövlətimizin başçısının beynəlxalq tədbirlərdə, jurnalistlər və ictimaiyyət nümayəndələri ilə görüşlərində qərbi azərbaycanlıların qayıdış məsələsini daim gündəmdə saxlaması, bu məsələyə beynəlxalq aləmin diqqətinin cəlb edilməsi ictimai rəydə rəğbət doğurur.

Tarixi gerçəklikdir ki, keçən əsrdə üç dəfə Azərbaycan xalqını öz ata-baba yurdu olan Qərbi Azərbaycandan, indiki Ermənistandan zorla qovublar, deportasiya ediblər, etnik təmizləməyə məruz qoyublar. XIX əsrin əvvəllərindən köçürülərək Azərbaycan torpaqlarında yerləşdirilən ermənilərin bu ərazilərə gəlmə olması faktdır, indi bunu dünya ictimaiyyəti də yaxşı bilir. Sovet dönəmində bu kimi faktların açıqlanmasına imkan verilmirdisə, indi artıq bütün yazılarda, elmi kitablarda, məqalələrdə, siyasi mübarizədə, diplomatiyada bu məsələ əsas mövzudur və ərazilərin Azərbaycan xalqına məxsus olduğu tarixi faktlarla diqqətə çatdırılır.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib: "...Qərbi azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarına qayıtmaq hüququ tanınmalıdır. Azərbaycanlıların vaxtilə deportasiya edildikləri tarixi yurdlarına qayıtmaq haqları var və bunu heç kəs inkar edə bilməz".

Prezidentin bu vacib məsələni beynəlxalq səviyyədə gündəmə gətirməsi Ermənistana və onun havadarlarına da ciddi bir mesajdır: "Qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində öz tarixi yurdlarına qayıtması tələbinə dünya ictiamiyyəti ciddi dəstək verməlidir. Soydaşlarımızın Ermənistan tərəfindən tapdanmış hüquqlarının bərpa edilməsinə beynəlxalq aləm, beynəlxalq təşkilatlar biganə qalmamalıdır. Ermənistandan qovulmuş azərbaycanlıların tarixi yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş haqlarıdır. Prezidentin də müraciəti beynəlxalq aləmə və Ermənistana bir mesajdır ki, azərbaycanlıların geri qayıdış hüququ təmin edilməlidir. Hesab edirəm ki, Ermənistan və onun havadarları bu qayıdışın əleyhinə olmaqdansa, o insanların haqqını tanımalıdır".

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi, 1948-ci il deportasiyasının iştirakçısı Vaqif Şadlinski müxbirimizə demişdir: "Azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına əsl hüquqi-siyasi qiymət xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilmişdir. Ulu Öndərin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr tarixli Fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənəddir. Sənəddə qeyd edilir ki, keçmiş SSRİ Nazirlər Sovetinin müvafiq qərarlarına əsasən, Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olub. Təkcə bu cinayət aktının həyata keçirilməsi nəticəsində 150 mindən çox azərbaycanlı kütləvi şəkildə və zorakılıqla sürgünə məruz qalıb.

Bu 150 mindən çox azərbaycanlı arasında bizim ailədən, bizim nəsildən də çox adam var. Ailəmiz Vedidən məcburən köçürüləndə mənim səkkiz yaşım var idi, hər şey indiki kimi yadımdadır. Deportasiyadan təxminən bir il əvvəl rayon rəhbərliyi hüquq-mühafizə orqanlarının iştirakı ilə evimizin yarısını əlimizdən alıb xarici ölkədən gətirilmiş erməni ailəsinə vermişdilər. Tək bizim yox, harada gözəgəlimli, həyət-bacası, şəraiti yaxşı bir ev var idisə gəlmə erməniləri həmin evlərə yerləşdirmişdilər ki, müvəqqətidi, yaxın vaxtlarda onlar hökumət tərəfindən başqa ünvanda mənzillə təmin olunacaqlar. Sən demə, camaatı aldadırmışlar. Heç bir il çəkmədi, 1948-ci ilin qızmar yay günlərində köçhaköç başladı. Atam müəllim işləyirdi, babamdan qalma mülkdən köçürüləndə evdən bir iynə-sap da götürmədik, nəyimiz vardı, evimizdə yerləşdirilən o erməniyə qaldı. Deyirdilər əvəzində konpensasiya verəcəyik, onu da vermədilər. Üç gün dəmir yolu vağzalında qalandan sonra vedililəri kənd təsərrüfatı yükləri daşınan vaqonlara mindirib üzü Azərbaycana sarı yola saldılar, iki günlük yolu bir aya gəldik. Camaat yolda nə əzab çəkdi, ölən də oldu, xüsusən də qocalar, qarılar və uşaqlar, onu görənlər, yadında qalanlar yaxşı bilər... 

İndiki Ermənistan Azərbaycanın ermənilərə verilən 9,8 min kvadratkilometr ərazisi üzərində qurulub, sonrakı işğallar nəticəsində Ermənistanın ərazisi 

28 min kvadratkilometrə çatdırılıb. Əvvəllər bir neçə dəfə o yerlərə baş çəkmişəm, minilliklər boyu formalaşmış maddi-mədəni irsimiz məqsədyönlü şəkildə aparılan siyasət nəticəsində məhv edilib. Tarixi abidələr dağıdılıb, toponimlər dəyişdirilib, qəbiristanlıqlar yerlə yeksan olunub, mədəniyyət nümunələrimiz saxtalaşdırılaraq başqa xalqlara aid edilib.

Əslində ermənilər, erməni hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də beynəlxalq aləmin tələb və tövsiyələrinə əməl etməli, tarixi gerçəyi nəzərə almaqla bu ərazilərin Azərbaycan xalqının tarixi torpağı olduğunu etiraf edib biz azərbaycanlı qaçqınları geri qaytarmalıdırlar. Bu, təkcə mənim yox, minlərlə Qərbi Azərbaycan torpaqlarından qovulmuş, didərgin salınmış, deportasiya olunmuş həmyerlilərimin illərlə arzusunda olduğu istəkdir. Qərbi azərbaycanlılar halal haqlarını tələb edirlər".


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!