20 Yanvar 2026 15:21
468
CƏMİYYƏT
A- A+
Qərb bölgəsində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib  

Qərb bölgəsində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib  


Qərb bölgəsində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Samuxda rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, yerli sakinlər Samux Şəhidlər Kompleksini ziyarət ediblər. Mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərək, kompleksin önünə tər qərənfillər qoyublar. 20 Yanvar faciəsinin yaddaşımıza həm kədər, həm də qürur günü kimi həkk olunmasından, şəhidlərimizin qanı ilə yazılan bu tarixin xalqımızın azadlıq mübarizəsinin rəmzinə çevrildiyindən bəhs edilib.

Daşkəsəndə də 20 Yanvar - Ümumxalq Hüzn Günü ehtiramla qeyd olunub. Daşkəsən Şəhidlər xiyabanında təşkil olunan anım mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər. Şəhidlər xiyabanındakı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, 20 Yanvar faciəsi qurbanları və şəhidlərimiz ehtiramla anılıb, Birinci və İkinci Qarabağ müharibələri zamanı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid daşkəsənlilərin məzarları üzərinə tər qərənfillər düzülüb. Xalqımızın 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsinin hər zaman əziz olduğu vurğulanıb.

Şəmkirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidəni, həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı saat 12:00-da hər üç rayonda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib YENİLƏNƏCƏK

15:05
09 Oktyabr

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir  

14:40
09 Oktyabr

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

14:40
09 Oktyabr

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir  

14:39
09 Oktyabr

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər  

14:38
09 Oktyabr

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib YENİLƏNƏCƏK

14:36
09 Oktyabr

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir  

14:35
09 Oktyabr

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub  

14:33
09 Oktyabr

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir  

14:32
09 Oktyabr

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar 

14:31
09 Oktyabr

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb  

14:29
09 Oktyabr

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər  

14:23
09 Oktyabr

Hava sabah axşamadək yağıntılı olacaq 

14:22
09 Oktyabr

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub  

14:01
09 Oktyabr

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

13:59
09 Oktyabr

Bakıda NATO-nun təlim kursu keçirilir

13:57
09 Oktyabr

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB  

13:55
09 Oktyabr

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır  

13:44
09 Oktyabr

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib  

12:57
09 Oktyabr

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb  

12:53
09 Oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var  

12:52
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!