15 İyun 2025 08:40
427
SİYASƏT
A- A+
Qardaşlıq töhfəsi

Qardaşlıq töhfəsi


6 fevral 2023-cü ildə qardaş Türkiyədə bas vermiş dəhşətli zəlzələ hamımızı dərindən sarsıtdı. Gecə saatlarında mərkəzi Qahramanmaraş olmaqla, müxtəlif vilayətlərdə baş verən yeraltı təkanlar nəticəsində minlərlə insan həyatını itirdi, on minlərlə insan yaralandı və dağıntılar altında qaldı. 

Türkiyənin cənub-şərqində baş verən zəlzələ 12 ballıq şkala ilə 7,7 bal gücündə olmuşdu. Bu zəlzələ nəticəsində Türkiyənin 10 şəhəri, əsasən, Qahramanmaraş, Elazığ, Şanlı Urfa, Adana, Hatay, Diyarbəkir, İsgəndərun və digər şəhərlərində yaşayış binaları dağıntıya məruz qaldı. Bu təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bir çox ölkələr Türkiyəyə həm humanitar, həm də dağıntılar altında qalmış insanların çıxarılması üçün xilasedici qüvvələrini göndərirdilər. 

Türkiyəyə kömək edən ilk ölkə qardaş Azərbaycan oldu. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, eləcə də dağıntılar ilə bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirdi. Dövlətimizin başçısı zəlzələ zamanı həlak olan insanlarla bağlı Türkiyə Prezidentinə, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı verdi, yaralananların tezliklə şəfa tapmasını dilədi. 

Prezident İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyinə gedərək, qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar böyük kədər hissilə başsağlığı verdi. Dövlətimizin başçısı Azərbaycanın hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında olduğunu vurğuladı: "Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik". 

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirdilər. Xatırladaq ki, hər iki ölkəni tarixi, milli, dini və mədəni köklər bir-birinə sıx bağlayır. Qardaşlığımız Böyük Öndər Mustafa Kamal Atatürkün dediyi "Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir" və  Ümummilli Liderimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" fəlsəfəsinə əsaslanır. 

2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində Qahramanmaraşda yaşayış binalarının, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisini nəzərdə tutan hökumətlərarası əməkdaşlıq Sazişi imzalandı. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) "Azərbaycan" məhəlləsi layihəsi çərçivəsində ölkəmizin Nazirlər Kabinetinin icra orqanı kimi fəaliyyət göstərdi. Bərpa işləri Türkiyə hissəsi Dövlət Mənzil İnşaatı İdarəsi (TOKİ) tərəfindən həyata keçirildi. Kahramanmaraşın "Azərbaycan" məhəlləsində Heydər Əliyev adına ibtidai məktəbin təməli 2023-cü il aprelin 29-da Türkiyədə keçirilən TECHNOFEST festivalı zamanı qoyuldu. Tikinti işləri gündən-günə sürətləndi. 

"Azərbaycan" məhəlləsində 1000 evin inşasını Azərbaycan öz öhdəsinə götürdü. Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə təməli atılmış binaların inşası tamamlanmışdır. "Azərbaycan" məhəlləsində yaşayış yerləri ilə yanaşı, parkinqlər, məktəblər və sağlamlıq sahələri də var. Salınan geniş yaşıllıq zolaqları əraziyə xüsusi olaraq yaraşıq verir. Qəhramanmaraşın tam mərkəzində "Azərbaycan" məhəlləsinin inşa olunması iki ölkənin qardaşlığının daha bir bariz nümunəsidir. Burada Azərbaycan bulvarının və "Azərbaycan" məhəlləsinin salınması  qardaş köməyinin əbədi rəmzinə çevriləcək.

Təsdiq edilmiş layihəyə əsasən, məhəllədə 68 yaşayış binasından əlavə, həmçinin ibtidai məktəb, uşaq bağçası, mədəniyyət evi də tikilib. "Azərbaycan" məhəlləsi istifadəyə veriləndən sonra burada 1596 pərakəndə satış obyekti də fəaliyyət göstərəcək. İki qardaş ölkə arasında daha bir dostluq və həmrəylik simvoluna çevrilmiş Kahramanmaraş şəhərinin "Azərbaycan" məhəlləsi artıq ilk sakinlərini qəbul etməyə hazırdır. Qahramanmaraş qonaqlarını bütün beynəlxalq standartlara cavab verən müasir yaşayış kompleksi ilə qarşılayır və minlərlə sakin rahat mənzillərə köçəcəkləri anı səbirsizliklə gözləyirlər.

6 fevral 2023-cü ildə Qahramanmaraş şəhərində baş vermiş güclü zəlzələdən zərər çəkmiş insanlar gündən-günə iqtisadi və siyasi gücünü, qüdrətini artıran ölkəmizin bu şəhərdə saldığı "Azərbaycan" məhəlləsinin açılışından sonra onlar üçün tikilmiş evlərdə Azərbaycana, Prezident İlham  Əliyevə və xalqımıza dərin minnətdarlıq hissi ilə yaşayacaqlar. Onlar dövlət başçımızın və xalqımızın bu xeyirxahlığını heç vaxt unutmayacaqlar. Dövlətimizin atdığı bu addım Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq əlaqələrinə bundan sonra da böyük töhfələr verəcək. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!