01 İyul 2022 01:34
1475
İQTİSADİYYAT
A- A+
Qarabağ və Şərqi Zəngəzur yenidən turizm regionuna çevriləcək

Qarabağ və Şərqi Zəngəzur yenidən turizm regionuna çevriləcək

 

Azərbaycanda son illər turizmin inkişafı istiqamətində ciddi işlər görülsə də, ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ və Şərqi Zəngəzur işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. Füsunkar təbiəti, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar artıq yağı tapdağından azad edilib. Barlı-bərəkətli torpaqlarımızda həyat yenidən bərpa olunur. Azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzur quruculuq, abadlıq işlərinin mərkəzinə çevrilib.

Dövlət Turizm Agentliyi tərəfindən "Qarabağda turizm resurslarının təhlili və turizm potensialının mövcud vəziyyətinin qiymətləndirilməsi" layihəsi icra olunur. Bu ərazilərin turizm resurslarının daha dərindən öyrənilməsi və bölgənin turizmin inkişafı baxımından gələcək perspektivlərinin dəqiqləşdirilməsi olduqca mühüm iş hesab edilir. İnfrastruktur layihələrinin həyata keçirilməsi onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycan dövləti üçün prioritet məsələdir.

 

Bölgənin zəngin turizm potensialı var

 

Qarabağda  turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Təsadüfi deyil ki,  Prezident İlham Əliyev çıxışlarında azad olunmuş torpaqlarda əsas fəaliyyət sahələri kimi turizmi də xüsusi qeyd edir, Qarabağ və Şərqi Zəngəzurun zəngin turizm potensialının olduğunu vurğulayır: "Bu potensial imkan verir ki, biz oranı Azərbaycanın əsas turizm zonalarından birinə  çevirək. Mədəni-tarixi abidələrimiz dağıdılsa da, onların bərpasından sonra həmin istiqamətlərə turların təşkili mümkün olacaq".

İşğaldan azad edilmiş ərazilərdə müalicəvi suların olması buranın sağlamlıq turizmi baxımından böyük imkanlara malik olmasından xəbər verir. Dövlət Turizm Agentliyi tərəfindən qəbul edilmiş "İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafına dair Fəaliyyət Planı"na uyğun olaraq həmin ərazilərdə strateji inkişaf, turizmin inkişafı və təşviq olunması, turizm və rekreasiya zonalarının yaradılması, sağlamlıq və qış turizmi resurslarının layihələndirilməsi və digər tədbirlərin icrası nəzərdə tutulmuşdur. Yeri gəlmişkən qeyd edək ki, vaxtilə həmin ərazilərdəki sanatoriyalar buraya müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların üz tutduqları müalicəvi məkanlardan olub. Dünyanın ən qədim insan məskənlərindən biri - Azıx mağarası və başqa tarixi abidələr də məhz bu regionda yerləşir.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı turizmin və turizm klassterlərinin inkişafı, təşviqedici və tənzimləyici siyasət mexanizmlərinin işlənilməsi, innovativ texnologiya alətlərinin tətbiqi, turizm infrastrukturu, dövlət-özəl əməkdaşlıq və digər prioritet istiqamətlər əsasında Qarabağ üzrə regional turizm strategiya layihəsi hazırlanmışdır.

 

Regionun turizm potensialı genişdir

 

Zəngilan Azərbaycanın böyük yeraltı və yerüstü sərvətlərə malik olan ən önəmli rayonlarındandır. Burada mühüm müalicəvi termal sular var. Vaxtilə dünyanın müxtəlif yerlərindən həmin termal sanatoriyaya turistlər gəlir, orada müalicə alır, istirahət edirdilər. Bu baxımdan Kəlbəcər, Şuşa və Zəngilanın bu cür termal sanatoriyalarının  istifadəyə verilməsi ilə həmin mərkəzlərə yerli və xarici turistlərin gələcəyi şübhəsizdir.

Kəlbəcər və Laçın rayonlarının SSRİ dövründə turizm bölgəsi kimi tanınmasını əsas gətirərək deyə bilərik ki, bu ərazilər də yenidən Azərbaycanın turizm bölgəsinə  çevriləcək. Regionda qış turizminin inkişafı üçün də olduqca əlverişli şərait var. Dəmirçidam və Zivel kəndləri, İstisu qəsəbəsi turizmin bu sahəsi üçün olduqca cəlbedici ərazilərdir.

Qarabağ regionunda sağlamlıq-kurort infrastrukturunun qurulması üçün də hərtərəfli şərait var. Kəlbəcərdə məşhur termal-mineral su olan İstisu bulağı ətrafında salınmış kurortun yenidən qurulmasına başlanmasını hamımız gözləyirdik. Xalq arasında "Xotavəng" və yaxud "Xudavəng", yəni "Tanrı məbədi" adlandırılan monastır kompleksi də Kəlbəcərdə yerləşir. Bura təbii imkanlarına, həm də tarixinə görə daim turistlərin maraq dairəsində olub. Həmçinin Laçının da turizm potensialı böyükdür. Rayon qədim Tunc dövrünə aid olan kurqanlarla zəngindir və turistlər üçün cəlbedicidir.

Füzuli Beynəlxalq Hava Limanı regionda turizmin inkişafında müstəsna rol oynayacaq. Əlavə olaraq, Prezidentin sərəncamı əsasında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi Füzuli, Xocavənd və Şuşanın turistlər üçün əlçatan olmasını təmin edəcək.

İşğaldan azad edilmiş ərazilərin geniş turizm potensialını nəzərə alaraq, Dövlət Turizm Agentliyi tərəfindən "Yolumuz Ağdama" və "Füzuli-Xocavənd" birgünlük tur marşrutlarının layihələri təqdim edilmişdir. Layihə sənədi əsasında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin Xüsusi Nümayəndəliyi ilə müvafiq əməkdaşlıq əsasında "Yolumuz Ağdama" turizm marşrutunun təşkili ilə bağlı tələb olunan müvafiq infrastruktur işləri həyata keçirilmişdir. Dövlət Turizm Agentliyi tərəfindən Şahbulaq qalasına dair ilkin memarlıq və turizm inkişaf konsepsiyası hazırlanmışdır.

 

Xarici səyyahlar maraq göstərirlər

 

Müxtəlif ölkələrdən olan növbəti səyyah qrupunun azad edilmiş ərazilərə səfəri də bu günlər başa çatmışdır. Səfərdə 10 ölkədən - Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən dünyaca tanınmış 24 səyyah iştirak etmişdir. Xarici qonaqlar Şuşada aparılan bərpa və yenidənqurma işləri ilə tanış olmuşlar. Səfər iştirakçılarına ermənilərin bu gözəl məkanda törətdikləri dağıntılar barədə məlumat verilmişdir.

Səyyahlar azad edilmiş ərazilərə səfərdən Məmnun qaldıqlarını bildirərək diqqətə çatdırmışlar ki, Azərbaycan hökuməti azad edilmiş əraziləri sürətlə bərpa edir və bu yerlər yaxın gələcəkdə gözəl turizm bölgəsinə çevriləcək.

Xəbər verildiyi kimi, iyunun 28-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda keçirilən İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransında Turizmin İnkişafı üzrə Qətnamə və Bakı Bəyannaməsi qəbul edilib.

"Turizmin İnkişafı üzrə Qətnamə" sənədində azad olunmuş torpaqlarda təbii resursların qanunsuz istismarı, ekosistem və şəhər infrastrukturunun, xüsusilə mədəni və tarixi irsin məhv edilməsi, eləcə də Ermənistan ərazisində islam mədəni və tarixi abidələrinin dağıdılması pislənilib. Həmçinin qətnamədə Azərbaycanın işğaldan azad olunan torpaqlarında infrastrukturun inkişafı layihələrinin icrasına üzv dövlətlərin özəl sektorunun cəlb edilməsi imkanları haqqında qərar qəbul edilib.

"Bakı Bəyannaməsi" sənədində qarşılıqlı maraqlar əsasında üzv ölkələr arasında sağlamlıq, eko, mədəni və kənd turizminin inkişafı, birgə təşəbbüslərin dəstəklənməsi, sərgilərdə iştirak üzrə əməkdaşlıq, dayanıqlı turizmin inkişafı istiqamətində müştərək tədbirlərin həyata keçirilməsi, islam mədəni və tarixi irsinin qorunması və təbliği, turizmin islam haqqında təsəvvürlərin təkmilləşməsində oynayacağı rol, maliyyə institutlarının və özəl sektorun üzv dövlətlərdə turizmə investisiya qoyuluşuna cəlbi kimi məsələlər öz əksini tapıb.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın azad edilmiş torpaqlarında işğal müddətində dini əhəmiyyətli tarixi abidələrin, irs nümunələrinin, məscid və türbələrin işğalçılar tərəfindən məhv edildiyi, amma dövlətimiz tərəfindən Qarabağın və işğaldan azad olunan digər ərazilərin bərpası istiqamətində irimiqyaslı işlərin görüldüyü haqqında məlumat verib.

İyunun 29-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hissein Brahim Tahanın rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib. Nümayəndə heyətinə Şuşada aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib. Qonaqlar Şuşanın tarixi və mədəniyyət abidələrində aparılan restavrasiya işləri ilə tanış olub.

 

Elşən YƏHYAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!