01 İyul 2024 14:06
5553
Qəbullar
A- A+
Prezident İlham Əliyev Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Maksat Mamıtkanov Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara və ən xoş arzulara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş etdi.

Söhbət zamanı əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməsi məmnunluqla qeyd olundu.

Son illərdə ikitərəfli münasibətlərimizin böyük dərəcədə inkişaf etdiyini və keyfiyyətcə yeni mərhələyə qalxdığını deyən Azərbaycan Prezidenti dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əhəmiyyətinə toxundu, ənənəvi dostluq və qardaşlıq əlaqələrimizin möhkəmləndiyini vurğuladı.

Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və digər sahələrdə mühüm layihələrin həyata keçirildiyini məmnunluqla qeyd etdi.

Dövlətimizin başçısı Ağdam rayonunda Qırğızıstanın məktəb tikintisi layihəsini və quruculuq prosesinə göstərdiyi dəstəyi vurğulayaraq buna görə Qırğız Prezidentinə və xalqına bir daha minnətdarlığını bildirdi, bunu qardaşlıq əlaqələrimizin nümayişi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev əməkdaşlığımızın genişləndirilməsi üçün qarşıda böyük planların durduğunu dedi və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycan və Qırğızıstan rəhbərliyində qardaş ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və mövcud potensialın reallaşdırılması üçün qarşılıqlı iradənin olduğunu bildirdi.

Türk Dövlətləri Təşkilatı çərçivəsində ölkələrimizin əməkdaşlığına toxunan Prezident İlham Əliyev bu təşkilatın bir ailə olduğunu qeyd etdi.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatının ilk dəfə Şuşa şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətinə toxunuldu, bu tədbirdə dövlət başçıları arasında aparılacaq dialoq və müzakirələrin önəmi vurğulandı.

Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən Maksat Mamıtkanov münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini vurğuladı, əlaqələrimizin genişləndirilməsi ilə bağlı Qırğızıstan Prezidentinin ona tapşırıqlar verdiyini dedi və bu istiqamətdə səylərini əsirgməyəcəyini bildirdi.

Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu deyən səfir qeyd etdi ki, Azərbaycanın Qırğızıstana yatırdığı irihəcmli investisiyalar ölkə iqtisadiyyatının inkişafına böyük kömək göstərir.

Əməkdaşlığımızın möhkəmləndirilməsi üçün geniş potensialın olduğunu vurğulayan Maksat Mamıtkanov dedi ki, dövlət başçılarımız arasında olan münasibətlər və onların göstərdiyi səylər əlaqələrimizin uğurlu inkişafının əsasını qoyub.

Qırğızıstan Prezidentinin bu ilin aprelində ölkəmizə dövlət səfərinin əhəmiyyətinə toxunan səfir bu səfərin çox uğurlu olduğunu və yaxşı nəticələr verdiyini vurğuladı.

O, Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılmasının əhəmiyyətinə toxundu, onun ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd etdi.

Maksat Mamıtkanov Qırğızıstanda İssık-Kul gölünün sahilində Azərbaycan tərəfindən beşulduzlu mehmanxananın inşasının ölkəsində kurort sahəsinin inkişafında böyük rol oynayacağını dedi.

Diplomat görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun irsinə və onun xatirəsinə Azərbaycan tərəfindən göstərilən ehtirama görə minnətdarlığını bildirərək, Sadır Japarovun ölkəmizə dövlət səfəri zamanı Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə görkəmli qırğız yazıçısının Bakıda abidəsinin açılışını məmnunluqla xatırladı.

Azərbaycan Prezidenti qeyd etdi ki, Çingiz Aytmatov bütün türk sivilizasiyasının övladıdır və dünyada böyük şöhrətə malikdir.

Görüşdə COP29 çərçivəsində Azərbaycanın və Qırğızıstanın birgə təşəbbüs imkanları barədə fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb  

16:01
21 Yanvar

Çində dünyada ilk dəfə insanlar və robot-humanoidlər arasında marafon keçiriləcək

15:47
21 Yanvar

Cənub bölgəsində məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunub

15:30
21 Yanvar

Çin və Rusiya liderlərinin virtual görüşü olub

15:29
21 Yanvar

Prezident İlham Əliyev Davosda “The Goldman Sachs Group İnc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb - YENİLƏNƏCƏK  

15:28
21 Yanvar

Rusiya XİN: Moskva Ermənistanla Azərbaycan arasında bütün istiqamətlər üzrə münasibətlərin normallaşdırılmasına kömək etməyə hazırdır  

15:28
21 Yanvar

Kişineuda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

15:27
21 Yanvar

Donald Tramp miqrantlara qarşı kütləvi kampaniyaya başlayıb

15:25
21 Yanvar

Moldova parlamentinin üzvü: Qanlı Yanvar Azərbaycan tarixinin dönüş nöqtəsidir

15:24
21 Yanvar

Ötən həftə 601,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

15:02
21 Yanvar

Bu gün “planetlərin böyük paradı” müşahidə olunacaq

14:55
21 Yanvar

ABŞ-da “TikTok”un bloklanması 75 günlüyə təxirə salınacaq

14:25
21 Yanvar

Bələdiyyə seçkiləri: Füzulidə maarifləndirici treninqlər keçirilir

14:23
21 Yanvar

On doqquz saylı Nərimanov birinci seçki dairəsində növbəti treninq təşkil olunub

14:21
21 Yanvar

Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb  

14:18
21 Yanvar

Mustafa Abdou-Raouf: XXI əsrdə müstəmləkəçiliyin yeri yoxdur

13:37
21 Yanvar

Yasamal rayonu üzrə bələdiyyə seçkilərində 37 nəfər namizədliyini irəli sürüb

13:36
21 Yanvar

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

13:36
21 Yanvar

Qərb bölgəsində məntəqə seçki komissiyasının üzvləri üçün treninqlər davam edir

13:35
21 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar 7 saylı Səbail seçki dairəsində növbəti treninq keçirilib

13:34
21 Yanvar

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

13:32
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!