28 Oktyabr 2024 13:29
1172
Qəbullar
A- A+
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı general Sahir Şamşad Mirzanın səfərinin ölkələrimiz arasında güclü tərəfdaşlıq, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələlərinin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını dedi.

Prezident İlham Əliyev bu il qardaş Pakistana dövlət səfərinin çox uğurlu və məhsuldar keçdiyini vurğulayaraq, bunun dostluq və qardaşlıq münasibətlərimizin daha yüksək səviyyəyə qalxması işinə töhfə verdiyini bildirdi.

Dövlətimizin başçısı ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində bir-birini həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini qeyd etdi.

Əməkdaşlığımızın, o cümlədən ticarət sahəsində əlaqələrimizin əsas istiqamətlərinin artıq müəyyənləşdirildiyini bildirən dövlətimizin başçısı dedi ki, özünün Pakistana dövlət səfəri zamanı Azərbaycanın bu ölkəyə 2 milyard ABŞ dolları məbləğində investisiya qoyuluşu imkanları barədə bəyanat verilib və bu sahədə sıx əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər.

Müdafiə sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bir müddət əvvəl artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarələrdən olduğunu dedi. Dövlətimizin başçısı bu hadisənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirdi.

Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin COP29 tədbirində iştirakının və gələn il ölkəmizə dövlət səfərinin Azərbaycanda səbirsizliklə gözlənildiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin Bakıda keçirəcəyi görüşlərin uğurlu olacağına ümidvar olduğunu bildirdi.

Azərbaycan dövlətinin başçısı ilə görüşündən şərəf duyduğunu vurğulayan Sahir Şamşad Mirza Prezident İlham Əliyevin əfsanəvi şəxsiyyət olduğunu qeyd etdi. Qonaq Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Məhəmməd Şahbaz Şərifin salamlarını, Pakistan xalqının ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Sahir Şamşad Mirza Azərbaycan Prezidentinin Pakistana dövlət səfərinin ikitərəfli münasibətlərimizin inkişafında tarixi təməl daşı olduğunu dedi.

Qonaq ölkəmizdə keçirilən prezident seçkilərində İlham Əliyevin, parlament seçkilərində isə hakim Yeni Azərbaycan Partiyasının qələbəsinin önəmini qeyd edərək vurğuladı ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin davamçısıdır. Sahir Şamşad Mirza qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin inkişafı fenomenal hadisə olmuşdur. Qonaq bu cür inkişafa, o cümlədən ümumi daxili məhsulun və əhalinin rifah halının artma templərinə heç bir ölkədə rast gəlinmədiyini dedi.

Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Vətən müharibəsində Azərbaycanın Qələbəsinin önəmini vurğulayaraq qeyd etdi ki, ölkəmizin əsgər və zabitlər ilə bağlı baxışı, yerli istehsalın təşviqi, müharibədə müdafiə sənayesi kompleksi və güclü hərbi imkanlarla bərabər, müdafiənin bir növü olan qabaqlayıcı strategiyanın tətbiqi dünyaya çox aydın bir siqnal oldu ki, Azərbaycan hədəfə köklənib və irəliləyir.

Ölkəmizdə gedən inkişaf proseslərinin nümunə olduğunu qeyd edən qonaq Pakistanın Azərbaycan ilə qardaşlıq əlaqələrinin qarşılıqlı inama, səmimiliyə, əməkdaşlığa, mədəni əsaslara söykəndiyini dedi. O, qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırdı və bu bayramın Pakistanda da qeyd edildiyini məmnunluqla vurğuladı.

Sahir Şamşad Mirza qeyd etdi ki, Kəşmir məsələsində Azərbaycan Pakistanın yanında olduğu kimi, Ermənistan məsələsində də Pakistan Azərbaycanın yanındadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sankt-Peterburqun qubernatoru Azərbaycana məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib  

18:25
26 Dekabr

Aktauda olan Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi Bakıya yola düşüb  

18:22
26 Dekabr

Polşa Respublikasının Prezidenti Andjey Dudadan

18:19
26 Dekabr

Matəm günü ilə əlaqədar Azərbaycanın Fransadakı səfirliyində də xatirə kitabı açılıb

18:16
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Sankt-Peterburqda təyyarə qəzası qurbanlarının xatirəsi anılıb

18:11
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Azərbaycanın Serbiyadakı səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb

18:07
26 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

17:51
26 Dekabr

Azərbaycanın İordaniyadakı səfirliyində xatirə kitabı açılıb  

17:49
26 Dekabr

Türkiyədə Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsi anılır  

17:47
26 Dekabr

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradılıb

17:43
26 Dekabr

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan  

17:41
26 Dekabr

Rusiyanın Qazaxıstandakı səfiri: Bu, bizim hamımız üçün böyük faciədir

17:23
26 Dekabr

Təyyarə qəzası nəticəsində xəsarət alan bir qrup vətəndaşımız Azərbaycana yola salınıb   

17:19
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Ukraynada da anılır

17:16
26 Dekabr

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

17:07
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Türkiyənin Qazaxıstandakı səfiri: Aktaudakı faciəni böyük kədərlə qarşıladıq

16:51
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!