10 İyul 2026 12:47
315
SİYASƏT
A- A+
Prezident İlham Əliyev müasir liderlik modelini nümayiş etdirən dövlət xadimidir

Prezident İlham Əliyev müasir liderlik modelini nümayiş etdirən dövlət xadimidir


Dünyada dövlət rəhbərlərinə və siyasi liderlərə inamının azaldığı bir dövrdə Prezident İlham Əliyev müasir liderlik modelini nümayiş etdirən dövlət xadimi kimi fərqlənir. Müxtəlif sahələrdə həyata keçirilən ardıcıl fəaliyyət, yüksək idarəetmə səriştəsi, məsuliyyət və etibarlılıq, eləcə də dürüstlük və ədalət prinsiplərinə sadiqlik onun rəhbərlik etdiyi dövlət idarəçiliyinin əsas xüsusiyyətləri kimi qiymətləndirilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixində mühüm iz qoymuş siyasi şəxsiyyətlərdən biridir. Onun rəhbərliyi ilə əldə olunan nəticələr dövlətimizin başçısına olan yüksək ictimai etimadı, vətəndaşların həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlara verdiyi dəstəyi əks etdirir.

İqtisadi göstəricilər baxımından Azərbaycan son illərdə makroiqtisadi sabitliyi qoruyub saxlaya bilib. Xarici dövlət borcunun ÜDM-də payının aşağı səviyyədə olması, strateji valyuta ehtiyatlarının 90 milyard dollara çatması, eyni zamanda, sosial siyasətin ardıcıl şəkildə genişləndirilməsi ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri sırasındadır.

"Azərbaycan təkcə torpaqlarını işğaldan azad etməklə kifayətlənməyib, həm də azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin olunur, müasir infrastruktur qurulur, iqtisadi fəaliyyət bərpa edilir. Bununla yanaşı, ölkənin müdafiə qabiliyyəti daha da gücləndirilir, sosial-iqtisadi inkişafın davamlılığı təmin edilir.

Bütün bu nailiyyətlərin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti dayanır. Bu baxımdan, vətəndaşların 93,6 faizinin dövlətimizin başçısının fəaliyyətini müsbət qiymətləndirməsi, 81,9 faizinin isə Prezident İlham Əliyevi alternativsiz siyasi lider hesab etməsi son illərdə həyata keçirilən siyasətə verilən ictimai dəstəyin göstəricisi kimi dəyərləndirilə bilər",- deyə A.Badamov vurğulayıb.

Prezident İlham Əliyev beynəlxalq aləmdə tanınan siyasətçilərdən biri olmaqla yanaşı, güclü liderlik keyfiyyətlərinə malik dövlət xadimidir. Azərbaycanın hərtərəfli inkişafı, iqtisadiyyatın davamlı yüksəlişi və ölkənin rəqabət qabiliyyətinin artırılması onun müəyyənləşdirdiyi əsas prioritet istiqamətlərdəndir.

"Bu gün Azərbaycanın artan iqtisadi, siyasi və hərbi gücü, eləcə də beynəlxalq nüfuzu ilə hesablaşırlar. Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi regional və qlobal proseslərdə fəal iştirak edir, beynəlxalq müstəvidə öz mövqeyini inamla ifadə edir.

Müasir dünyada münaqişələrin və qarşıdurmaların artdığı bir şəraitdə Azərbaycanın sabitlik və təhlükəsizlik məkanı kimi tanınması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi kimi qiymətləndirilir. Ölkədə mövcud olan sabitlik, təhlükəsizlik və inkişaf mühiti dövlət siyasətinin ardıcıl həyata keçirilməsinin mühüm göstəricilərindən hesab olunur",- deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!