14 İyul 2026 15:06
716
SİYASƏT
A- A+
Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları Şuşadan dünyaya bəyan etdi  

Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları Şuşadan dünyaya bəyan etdi  

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqlarını, xarici siyasət prioritetlərini və uzunmüddətli inkişaf strategiyasını əhatə edən geniş konseptual çıxış kimi qiymətləndirilə bilər. Şuşada keçirilən Forum artıq təkcə media platforması deyil, eyni zamanda Azərbaycanın beynəlxalq siyasi dialoq mərkəzinə çevrildiyini nümayiş etdirən mühüm diplomatik institut statusu qazanıb. Müxtəlif ölkələrdən media rəhbərlərinin, ekspertlərin və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı Azərbaycanın informasiya diplomatiyasının gücləndiyini, Qarabağ reallıqlarının beynəlxalq auditoriyaya birbaşa çatdırılması istiqamətində mühüm mexanizm formalaşdırıldığını göstərir.

Dövlət maraqları baxımından çıxışın əsas üstünlüklərindən biri Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi gündəliyin beynəlxalq ictimaiyyətə sistemli şəkildə təqdim olunmasıdır. Prezident İlham Əliyev Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını və regionun sosial-iqtisadi dirçəlişini faktlarla göstərərək Azərbaycanın suveren hüquqlarını həyata keçirməsinin praktiki nəticələrini ön plana çıxardı. Bu yanaşma beynəlxalq aləmdə ölkənin legitim mövqeyinin möhkəmləndirilməsi və dezinformasiya cəhdlərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Çıxışda Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemində artan rolunun xüsusi vurğulanması dövlət maraqlarının iqtisadi təhlükəsizlik aspektini ön plana çıxarır. Prezident İlham Əliyev Orta Dəhlizin inkişafı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının genişləndirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının artırılması və yeni gəmiqayırma layihələrinin həyata keçirilməsi ilə Azərbaycanın Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevrildiyini göstərdi. Bu siyasət ölkənin geoiqtisadi əhəmiyyətini artırmaqla yanaşı, milli iqtisadiyyatın şaxələndirilməsi və uzunmüddətli dayanıqlığının təmin edilməsinə xidmət edir.

Enerji təhlükəsizliyi istiqamətində səsləndirilən fikirlər də dövlət maraqları baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunun vurğulanması, qaz ixrac coğrafiyasının genişlənməsi, yeni bazarlara çıxış imkanlarının yaradılması və bərpaolunan enerji layihələrinin sürətlə inkişaf etdirilməsi ölkənin enerji diplomatiyasının uğurla davam etdirildiyini göstərir. Xüsusilə bərpaolunan enerji istehsalının artırılması hesabına təbii qaz ehtiyatlarının ixraca yönəldilməsi həm iqtisadi gəlirlərin yüksəldilməsi, həm də Azərbaycanın qlobal yaşıl transformasiya prosesində fəal iştirakını təmin edən strateji yanaşmadır.

Forumda beynəlxalq münasibətlər sisteminə dair səsləndirilən fikirlər Azərbaycanın balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursunun davam etdirildiyini təsdiqləyir. Türkiyə ilə müttəfiqlik münasibətlərinin xüsusi vurğulanması, Mərkəzi Asiya ölkələri, Çin, Yaponiya, Avropa İttifaqı, ABŞ, Rusiya və İslam dünyası ilə əməkdaşlıq istiqamətlərinin paralel şəkildə inkişaf etdirilməsi Azərbaycanın heç bir geosiyasi blokun qarşıdurma siyasətinə qoşulmadan milli maraqlar üzərində qurulan praqmatik diplomatiya həyata keçirdiyini göstərir. Bu model müasir beynəlxalq münasibətlər şəraitində dövlətin siyasi manevr imkanlarını genişləndirən mühüm üstünlük kimi qiymətləndirilə bilər.

Çıxışda müdafiə və təhlükəsizlik məsələlərinin prioritet istiqamət kimi təqdim olunması da dövlət maraqlarının qorunması baxımından mühüm mesajdır. Prezident İlham Əliyev regionda mövcud mürəkkəb təhlükəsizlik mühitini nəzərə alaraq müdafiə potensialının davamlı şəkildə gücləndirilməsinin vacibliyini vurğuladı. Azərbaycanın hərbi gücünün yalnız nümayiş məqsədi daşımadığı, ölkənin suverenliyinin və milli təhlükəsizliyinin təmin edilməsinə xidmət etdiyi, eyni zamanda əldə edilmiş qələbədən sonra məsuliyyətli davranış nümayiş etdirərək hərbi əməliyyatların vaxtında dayandırılmasının regional sabitliyə töhfə verdiyi xüsusi qeyd edildi.

Beynəlxalq hüququn aliliyi ilə bağlı səsləndirilən fikirlər Azərbaycanın xarici siyasət konsepsiyasının əsas prinsiplərindən biri kimi çıxış edir. Prezident İlham Əliyev Azərbaycanın həm öz ərazi bütövlüyünün bərpasında, həm də digər dövlətlərin suverenliyi və sərhədlərinin toxunulmazlığı məsələsində ardıcıl mövqe nümayiş etdirdiyini vurğuladı. Bu yanaşma Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli dünya nizamının tərəfdarı olduğunu və münaqişələrin yalnız hüquqi prinsiplər əsasında həll edilməsini dəstəklədiyini göstərir.

Forum çərçivəsində informasiya təhlükəsizliyi və media diplomatiyasına verilən önəm də xüsusi diqqət çəkir. Şuşa Qlobal Media Forumunun artıq beynəlxalq platformaya çevrilməsi Azərbaycanın informasiya müstəvisində fəallığını artırmaqla yanaşı, Qarabağ reallıqlarının dünya ictimaiyyətinə birbaşa çatdırılması üçün effektiv mexanizm formalaşdırır. Bu, müasir dövrdə informasiya müharibələrinin intensivləşdiyi şəraitdə dövlət maraqlarının qorunması baxımından mühüm strateji üstünlükdür.

Çıxışın mühüm istiqamətlərindən biri də Azərbaycanın “orta güc” statusu ilə bağlı yanaşmanın əsaslandırılması oldu. Prezident İlham Əliyev ölkənin yalnız iqtisadi və hərbi potensialına deyil, həm də beynəlxalq proseslərə təsir imkanlarına, etibarlı tərəfdaş imicinə, vasitəçilik təşəbbüslərinə və regional məsuliyyətinə diqqət çəkərək Azərbaycanın artıq regional sərhədləri aşan siyasi çəkisinin formalaşdığını göstərdi. Bu yanaşma ölkənin beynəlxalq nüfuzunun artmasının milli maraqların müdafiəsində əlavə imkanlar yaratdığını nümayiş etdirir.

Ümumilikdə, IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı dövlət maraqları prizmasından Azərbaycanın milli təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi potensialının artırılması, beynəlxalq mövqeyinin gücləndirilməsi və çoxşaxəli xarici siyasət kursunun davam etdirilməsi istiqamətində ardıcıl strateji baxışın ifadəsi kimi qiymətləndirilə bilər. Çıxış Azərbaycanın müstəqil siyasət yürüdən, beynəlxalq hüquqa söykənən, regional əməkdaşlığı təşviq edən və milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi mövqeyini bir daha nümayiş etdirdi. Bu baxımdan Forumda səsləndirilən mesajlar həm daxili auditoriya, həm də beynəlxalq ictimaiyyət üçün Azərbaycanın gələcək inkişaf prioritetlərini və strateji hədəflərini aydın şəkildə ortaya qoyan mühüm siyasi konsepsiya xarakteri daşıyır.


Vasif QAFAROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

18:23
25 Avqust

26 avqust – Laçın şəhəri günü  

18:23
25 Avqust

Xocavənddə açarlar yenidən doğma qapılara uzandı: illər sonra yurda dönüş  

18:21
25 Avqust

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

18:13
25 Avqust

Azərbaycanda makaron istehsalı artıb: süfrələrə gedən məhsulun həcmi böyüyür  

18:12
25 Avqust

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

18:09
25 Avqust

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

18:03
25 Avqust

Telefonların görünməyən “kimliyi”: 77 mindən çox saxta IMEI kod bloklandı  

17:59
25 Avqust

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

17:58
25 Avqust

Qızılın parıltısı ARDNF-nin aktivlərinə milyardlar qazandırıb

17:48
25 Avqust

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

17:45
25 Avqust

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

17:21
25 Avqust

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb

17:13
25 Avqust

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

17:11
25 Avqust

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

17:09
25 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq  

16:58
25 Avqust

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

16:55
25 Avqust

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

16:52
25 Avqust

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında “yaşıl” körpü olacaq  

16:51
25 Avqust

“Brent” neftinin qiyməti 90 dollardan aşağı enib

16:50
25 Avqust

Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib

16:47
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!